Qələbə günü münasibətiləbu gün Bakıdan-Sumqayıta retro avtomobillərinin yürüşü keçirilib.
ANS TV – nin məlumatına görə, Biləcəri qəsəbəsində yerləşən “Avtoretro” klubdan yürüşə başlayan həvəskarlar yolboyu böyük coşqu və maraqla qarşılanıblar. Dövlət Yol Polisi maşını ilə müşayiət olunan avtomobil karvanı əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyətində oldu. Burada həm müharibə veteranları, həm də sakinlərlə görüş keçirilib. Daha sonra orkestrin müşaiyətilə retro-maşın karvanı Sumqayıt şəhərinə üz tutub. Yolboyu xüsusi siqnal səslərilə hər kəsin diqqətini cəlb edən avtomobillərin növbəti dayanacağı Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısı olub. Yürüşdə ümumilikdə 30 avtomobil iştirak edib. Yürüş iştirakçıları əsasən “Zim”, “Çayka”, “Volqa” və “Pobeda” markalı avtomobillərlə təmsil olunub. Daha çox diqqət “Pobeda” markalı avtomobillərə ayrılmışdı. Bu isə təsadüfi deyil. Çünki bu maşın məhz 9 may faşizm üzərinədə qələbənin şərəfinə istehsal olunub.
Paradda 1930-40-cı illərin istehsalı olan “Pobeda” avtomobillərini, “QAZ 21” və “QAZ 24” markalı maşınların modernləşmiş formaların görmək olardı. Elə bu “QAZ 24” markalı avtomobil də sahibi tərəfindən xeyli dəyişikliyə məruz qalaraq bu şəklə düşüb. Avtoretro klubun üzvü Əbdüləhəd Yusifoğlu sözlərinə görə, 5 il əvvəl bu maşın “QAZ 24” idi: “Özüm mühəndisəm, bacardığımı etdim və bu hala gətirdik. Artıq 2 ildir ki, bu yürüşlərdə iştirak edirəm”. Yürüş iştirakçıları arasında tək Bakıdan deyil, digər regionlardan qatılan avtomobil həvəskarları da var idi. Yürüşdə fəallığı ilə seçilən “Avtoretro” klubun icraçı direktoru Kamran İsmayılov bu cür paradı artıq 11 ildir ki, həyata keçirtdiklərini bildirib. K.İsmayılov deyir ki, hazırda “Avtoretro” klubun 50 üzvü var. Marşurut xətlərimiz isə əsasən Bakı-Quba və Bakı-Sumqayıt yollarıdır. Yürüş iştirakçılarının sonuncu dayanacağı, köhnə avtovağzal yaxınlığındakı Mehdi Hüseynzadənin abidəsinin önü olub. Onlar abidə önünə gül dəstələri qoyublar və daha sonra yenidən yola düzəliblər.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ən Çox qazanan ulduzlar-SİYAHI
Evdə keratin baxımı
Tarkandan Sevgililər günü paylaşımı - FOTO
Azərbaycanın şimalına qar yağır
Kaskadyorun təhlükəli tryuku hər kəsi qorxutdu – VİDEO
Azərbaycanda koronavirusa yoluxma 150-dən aşağı düşdü: Üç nəfər öldü
İyul ayında yolka qurub, fişəng atıb, 2021-ci ili qeyd etdilər - VİDEO
"Bir qutu mərmi" - VİDEO
Ulduzlararası asteroid yadplanetli gəmisidir - Alimlərdən AÇIQLAMA
İş görüşməsində bunları deməyin!
Ata həsrəti
İngilis dili-Ee
İşgüzar qadınların qarderobunda 10 dəb qanunu
90 dəqiqə "Qarabağ!..."
Arıqlamaq istəyən xanımlar üçün
iPad 5 artıq hazırdır?
Subay qalmaq qorxusu
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçiriləcək
Krediti olanlara ŞAD XƏBƏR
Neslihan tək reklamdan 1,5 milyon qazandı-FOTO
Azərbaycanda nikaha daxil olanlar üçün məcburiyyət
Qadınlar niyə bəzənir?
Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!
Almalı piroq(foto resept)
Başımıza endirilən toxmaq
Yay fəslinin gəlmə vaxtı açıqlandı
BÜRCLƏR bizə nə vəd edir? - 2 Mart
Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb
Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 4267 yeni yoluxma
Günün qoroskopu: Ünsiyyətcil olun!
"Məhərrəm və Səfər aylarında toy qadağan deyil" - QMİ
Ayaqdakı çatları aradan qaldıran üsul
Onu eks-prezident adından da məhrum etmək istəyirlər
Limonlu isti suyun möhtəşəm faydası!
COVID-19-a qarşı dünyanın ilk kağız testi hazırlanır
Həyatdakı çətinliklərin bizə təsiri
Bakıya qaçan erməninin son addımı
Qısa saçlı qadınlar üçün 7 sevdiyiniz toy saçı
Bığlı Dibər müəllim - növbəti dərslik biabırçılığı
Hər qadın 2 kq kosmetika yeyir
Koronavirusa qarşı uzunmüddətli immunitetlə bağlı gözlənilməz açıqlama
Bu gün Yaşar Nurinin doğum günüdür
Dəridəki ləkələri yox edən kakao yağı
BÜRCLƏR bizə nə vəd edir? - 13 fevral
Hər yerə geyə biləcəyiniz 5 qiyafət
Dərman vasitələrinin reklamı düzgündürmü?
Hakim futbolçuya EVLİLİK TƏKLİFİ etdi -FOTO
Bekhem oğulları ilə körpüyə dırmaşdı - FOTO
Narla müalicə - RESEPTLƏR
Dəb adı altında zövqsüzlük














