Televiziya kanalları dərman preparatlarını reklam edərkən müəyyən şərtləri yerinə yetirməlidir. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən Milli Məclisin iclasında dərman reklamı ilə bağlı səsləndirilən narahatlığa münasibət bildirilərkən deyilib.
Nazirlikdən bildirilib ki, hal-hazırda Səhiyyə Nazirliyi dərmanların reklamına icazə verilməsi ilə məşğul olmur: "Qanunvericiliyə görə dərmanların reklamına Səhiyyə Nazirliyi tərəfindən icazə verilməsi nəzərdə tutulmayıb. Əvvəllər Səhiyyə Nazirliyi tərəfindən rəy verilirdi, hazırda isə bu məsələ nəzərdə tutulmur. Ancaq televiziya kanalları da yalnız reseptsiz satılan dərmanları reklam edə bilərlər, respetlə satılan dərmanlar isə ümumiyyətlə reklam olunmur. Hətta bütün reklamlarda aşağı hissədə yazılmalıdır ki, dərman preparatının istifadəsinin əks təsirləri var və istifadədən öncə həkimlə məsləhətləşin. Bu artıq bir şərtdir. Bu şərt yerinə yetirilmədən televiziyalar həmin dərmanın reklamını yayımlamamalıdır. Yəni burada telekanallar da qanunvericiliyin tələblərinə əməl etməlidirlər".
Məsələyə Milli Televiziya və Radio Şurasından da münasibət bildirilib. MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Trend-ə deyib ki, televiziyalarda reklam olunan dərmanların keyfiyyətli və ya keyfiyyətsiz olması məsələsinə MTRŞ nəzarət etmir: "Bizdə elə tibbi ekspertlər yoxdur ki, dərmanların keyfiyyətinə nəzarət etsin. Qanunvericiliyə əsasən, Şuranın üzərinə düşən bir məsələ var ki, reseptlə satılan dərmanların reklamına nəzarət edə bilər. Əgər müvafiq dövlət qurumları və ya ictimai təşkilatlar tərəfindən konkret əsaslandırılmış müraciət olarsa, biz onun əsasında monitorinq şəraitində hansısa faktı qiymətləndirə, rəy verə və qanunvericilik çərçivəsində müvafiq tədbirlər görə bilərik".
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, dərmanların reklamı "Dərman vasitələri haqqında" qaunda öz əksini tapıb: "Əvvəl o qanun olmayanda dərmanların reklamı tamam qadağan olunmuşdu. Sonradan müvafiq icra hakimiyyəti orqanının tövsiyyəsi ilə Milli Məclisə qanun layihəsi gəldi. Həmin qanun layihəsində reseptlə satılan dərmanlar istisna olmaqla, digər reseptsiz satılan dərmanların reklamına icazə verilirdi. Ancaq biz orada düzəliş etdik ki, reklam forması Səhiyyə Nazirliyi ilə razılaşdırılmalıdır. Dünyanın bir sıra ölkələrində bu təcrübə mövcuddur, reseptsiz satılan dərmanların reklamına icazə verilir. Amma mən nə dərman vasitələrinin, nə də bioloji aktiv qida əlavələrinin reklamının tərəfdarıyam. Çünki dərman müalicə vasitəsidir. Yalnız həkim bilir ki, hansı dərman hansı xəstəyə kömək edər, hansı dərman hansı dərmanla işlənsə yaxşı təsiri olar. Elə dərman olar ki, müəyyən insanlar üçün allergiya törədə bilər. Amma buna baxmayaraq bir sıra ölkələrdə reseptsiz satılan dərmanların reklamına icazə verilir".
Milli.Az
XƏBƏR LENTİ
Balıq kotleti (foto resept)
İşləyən qadınlar üçün asan saç modelləri
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Bunlari bilirsinizmi?
BÜRCLƏR bizə nə vəd edir?-25 Mart
Məşhurların uşaqlıq şəkilləri
AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Pensiyalar artırılacaq – RƏSMİ
Cemli, halvalı peçenye (foto resept)
Turşu yeməyin faydaları
Türkiyədə seçki başladı
Microsoft-un yeni möcüzəsi
Ev heyvanları uşaqları allergiyadan qoruyur
Manyak pərəstişkarina görə evini dəyişdi-FOTO
Baş Prokurorluq və DTX birgə məlumat yaydı
"Sofiya Rotaru"nun cavan qalma sirri
Günün ulduz falı
Kəşf edilmiş güzgü
Rentgen radiasiyasından keçmiş məhsulları yemək olar? - Mütəxəssis açıqladı
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
Əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsi öyrəniləcək
Ombaları möhkəmləndirmənin yolları
Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA
Qandakı şəkəri dərhal ölçən cihaz
Məhərrəm ayı ilə bağlı fətva verildi
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Çexiya ermənilərə rədd cavabı verdi
Yaşıl pomidor salatı (foto-resept)
Bu gün birinci sinfə elektron qeydiyyat başlayır
Hərbçilərimizin Sumqayıta həsr etdikləri ifa Rusiya mediasında - VİDEO
Kəpəyə qarşı təbii üsullar
Ermənistan müstəqil dövlət kimi davrana bilmir
"Eurovision" təmsilçimiz kim olacaq?
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Dünyanın ən eybəcər iti öldü
Qadınların sevimli payız aksesuarları
Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır
Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildilər
30 milyona ev aldılar
Beren Saat boşanması haqqında İLK DƏFƏ DANIŞDI
Dünya nə vaxta qədər koronavirusun təzyiqi altında yaşayacaq?
Qan tərsinə dövran edəndə...
Hazal Kaya ona yazılan məktublardan danışdı
"Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam"
Günün qoroskopu: təmaslarda diqqətli olun
Saç tökülməsinə qarşı maska
"Şaban"ın xatirəsinə pul buraxıldı - FOTO