Elektrik qatarının içi adət üzrə şey-şüy satan uşaqlarla dolu idi. Bu vaqondan o birisinə keçmək mümkün olduğu üçün gün ərzində kim bilir neçə dəfə qatarı əvvəldən-axıra, axırdan da əvvələ gəzir, əllərindəki güclə götürdükləri və ya yüngül şeyləri satmaq üçün dolaşırlar, bərkdən elan edirlər: “limon var”, “peçenye, şokolad var”, “corab var”, “kətə var” və s. və ilaxır.
Bu yavrular soyuqda, istidə, bürküdə, boranda beləcə nə isə satır, çörəkpulu qazanırlar. Bu uşaqlar valideyn qucağından hələ təzə ayrılmışlar və top gülləsi kimi həyatın içinə, çətinliklərə atılmışlar. Kimisinin valideyini zalımdır, göndərir, kimisininkinin də valideyini ürək ağrısı ilə, ürəyindən qara qanlar axa-axa göz yaşlarıyla, məcburən bu yavrusunu çörəkpulu üçün göndərir. Üst-başları çirkli, his-paslı, paltarları sökük-cırıq, ayaqqabıları yırtıq-sökük halda vaqonları dolaşırlar. Onlar da gözəl yaşamaq istərlər. Gözəl, yaraşıqlı geyinmiş uşaqları görəndə başdan-ayağa süzürlər və köks ötürürlər.
O gün də mən qatarla evə qayıdırdım. Qatar marşrut avtobuslara nisbətən ucuz idi. Vaqon yenə şey-şüy satan uşaqlarla “zəngin” idi. İki vaqon arasındakı keçid xəttində durmuşdum, necə deyərlər, koridorda. Bir uşaq gördüm. Əlində bir dəst turp var idi. Onun iri, qara gözləri vardı. Onun gözlərinin dərinliklərində bir qorxu vardı: indi məmur gələrək hirslənəcək: ay uşaq, keç görüm!
O, digər vaqona keçmək üçün əlini qapıya atdı. Amma qapı açılmadı. Gördü ki, bir “kişi” gülümsəyərək vaqonun qapısının açılmasına mane olur. Arabir də ətrafdakılara baxır, sanki zarafat etdiyini bildirmək istəyirdi. Uşaq keçmək üçün israr edir, “böyük”sə mane olurdu. Bilirdim ki, kişi zarafat edir. Amma buna baxmayaraq ona sərt baxırdım. Az qalırdım dillənim. Çünki o uşağın gözlərindəki kədəri görürdüm. Ürəyim parçalanırdı, dağlanırdı. Ürəyimdən keçirdi ki, o uşağa pul verim. Amma o an pulum yox idi.
Üzümü adamlardan çevirdim ki, gözlərimin yaşarmasını kimsə görməsin.
Uşaqların məsum çöhrəsini, onların sönük gözlərini görməyə taqətin varmı?
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
- ŞƏRHLƏR