Əlindəki pul topası lazım olduğundan da bir az artıq idi.Nədənsə səbəbini bilmədiyi bir sıxıntı vardı içində.Bu qədər pulu bir yerdə heç vaxt görməmişdi.Evə belə getsə anasının çox sual verəcəyini bilirdi.Onun suallarına düzgün cavab verib onu üzməkdənsə yaxşısı budur heç faizlə borc aldığını deməsin..Yox, indi evə getmək tezdi.Əvvəlcə aptekə, dükana gedib köhnə borcları sildirib, sonra isə qəbiristanlıqdakı torpağın pulunu ödəyib rahat evə gedə bilər.Belə də etdi.Yerdə qalan pulun bir hissəsi ehsana, bir hissəsini isə işə düzələnədək evə xərclənəcəkdi..
Evə gəlib çatanda gecə yarıdan keçmişdi..”Kaş ki, anam indi yatmış olaydı.Məndən heç nə soruşmazdı.Ona hələ indiyədək yalan danışmamışam.Başqa yolum yoxdur.Onu incitmək istəmirəm.Yaxşı tanıyıram anamı.Günlərlə fikir edəcək.Məni danlamasa belə ürəyində çəkəcək”.
Həyət qapısını yavaşca açıb həyətə keçmək istəyəndə anasını həyətdə gördü.
-Niyə hələ yatmamısan ana?
-Səni gözləyirdim, oğlum.
-Əsgərliyə gedib-gəldim də, yenə mənə uşaq gözüylə baxırsan?Mənə heç nə olmaz, qorxma.-Gülə-gülə anasını qucaqlayıb hər iki yanağından öpdü.Könlünü almaq istədi.
-Övlad qocalsa da valideynin gözündə həmişə uşaq olaraq qalacaq.Belə gecikdiyin olmamışdı heç.Çox narahat idim.
-Görürsən ki, salamatam.İndi get, rahat yat.Dincəl.Mən də yorulmuşam.Sabah işlərimiz çox olacaq.
-Yerini açmışam.Acsansa xörəyini qızdırım.
-Yox, ac deyiləm, yemişəm.Yuyunum, sonra yatacam.Sən məni gözləmə.Yuxun şirin olsun.
Talehgil hüzrlü olduqları üçün adətə görə televizoru, radionu açmırdılar.Atasının qırxı çıxanadək də belə olacaqdı.Ona görə də yazıq Zemfira axşam düşəndən gecə yarısınadək bir ayağı evdə, bir ayağı həyətdə hər gün beləcə oğlunu gözləyirdi.Evdə tək oturmaqdan darıxır, həm də qorxurdu.
Taleh anasını yola salıb yuyunandan sonra yatağına uzansa da yata bilmədi.Gözü stolun üstündəki şəkil albomuna sataşdı.Götürüb bir-bir şəkillərə baxdı.Ehh.Şirin, qayğısız məktəb illərinin yerini heç nə verməz.Şəkillərin çoxu kollektivlə çəkilmiş şəkillər idi.
Hamsında da ən cılız, sısqa uşaq elə özü idi.Yaxşı ki, yuxarı siniflərdə idman dərslərində ,daha sonrasa əsgərlikdə idmanla ciddi məşğul oldu.İndi o sısqa uşaqdan bir əsər qalmamışdı.Hətta əsgərlikdən gələndən sonra bəziləri, xüsusən yaşlılar onu tanımaqda çətinlik çəkmişdi.Çox dəyişmişdi.Qızların həmişə həsədlə baxdığı kino qəhrəmanlarında olan əzələli bədəni, hündür boyu, gözəl, mənalı gözləri vardı..Kollektiv çəkilmiş şəkillərin bir neçəsində müəllimləri də vardı.Əlbəttə ki, sevimli müəllimləri.Bax, bu şəkildəki riyaziyyat müəllimi Elman müəllimdir.Onu sevməyən şagird varmı görəsən?Məktəbdə ən ciddi müəllim, dərsdən sonrasa səmimi yoldaş olub şagirdlərinə.Həyatının çoxunu məktəbə, sevimli işinə həsr etdiyi üçün də gec evlənmişdi..Bu da Sona müəllimə.Biologiyadan dərs deyirdi.Sona müəlliməni çox istəsə də biologiyadan yadında heç nə qalmırdı.Hüquq fakültəsinə hazırlaşdığı üçün o fənnə xüsusi maraq göstərməmişdi.Elə indi də biologiyadan yadında qalan ancaq qan qrupları və rezurslar idi.Həmin dərsi keçəndə Sona müəllimənin əvvəlki dərslərdə olmayan həyəcanı, “Balalarım, bu dərsi yaxşı-yaxşı oxuyun.Gələcəkdə çox lazımınız olacaq..”deyərək uzun-uzadı dərs izahını indi də xatırlayır.Müəllimlər arasında ən yaşlı müəllim olduğu üçün onlara həmişə “Balalarım” deyə müraciət edərdi..Bu isə Emin müəllimdi.Şəkildə hamı idman formasındadır.Emin müəllim məktəbin ən cavan, qızların ən sevimli müəllimi olmaqla yanaşı Talehin yaddaşında onu dəyişdirən, özünə inam yaradan müəllim kimi qaldı.Gərgin idman məşqləri nəticəsində Talehin həm bədən quruluşu dəyişməyə başladı,həm də bəzi komplekslərindən azad oldu.Özünə inamı artdı..
Şəkildəki balaca qızların bəziləri artıq anadır.Elə oğlanlardan da evlənənlər var.Bayaqdan fikri müəllimlərdə olduğundan heç diqqət etməmişdi.Demək olar ki, bütün şəkillərdə Sevda onun yanında dayanmışdı.Şəkillərin çoxunda sağ tərəfində oğlanlardan biri, sol tərəfindəsə Sevda idi.Heç bir şəkildə yanında başqa qız dayanmamışdı.Şəkil çəkdirəndə də, dəfələrlə bu şəkillərə baxsa da buna fikir verməmişdi.Görəsən bu təsadüf idimi?Təsadüf bir olar, iki olar.Kollektiv çəkilən on şəkildən yeddisində Sevda yanındaydı.O birilərdəsə ancaq oğlanlar idi yanındakılar..Bəlkə Sevda onu uşaqlıqdan sevirmiş???Ondan xəbərsiz...Ağlına gələn fikrə özünün də gülməyi gəldi."Yox, nə sevgi?O məni bir qonşu, parta yoldaşı kimi çox istəyirdi.Mən də onu.O qədər..Yaxşı, bəs bu albom hardandır?Mənim albomum yox idi axı.Anam da ki, inanmıram beləsini ala.Albomun üstündə ox işarəsi olan ürək şəkli və ingiliscə "Love" sözü yazılmışdı.Bunu ancaq Sevda ala bilər.Heç dəyişməyib.Məktəbdəki kimi romantik, sürpriz etməyi xoşlayan Sevdadır elə."
Albomu örtüb kitab rəfinə yaxınlaşdı.Maraqlı kitablarından birini götürüb oxumaq istədi.Yuxusu gəlmirdi.Kitabların arasında qalın bir dəftər gördü.Yadına düşdü,-bu onun gündəliyi idi.Hələ məktəb vaxtından onun gündəliyi vardı.Bu barədə heç kimə deməmişdi.Bilirdi ki, kiməsə desə:-"Gündəlik tutmaq qız işidir."deyib onu ələ salacaqdılar.Çox utancaq, qapalı, bir az da kompleksli olduğu üçün heç kimə deyə bilmədiklərini, hisslərini, düşüncələrini bu dəftərə köçürərdü.O vaxtdan əslində o qədər də uzun zaman keçməyib.Cəmi iki il keçib.İki il nədir ki?Amma bu qısa zamanda çox şey dəyişib.Düz deyiblər ki:-"Hərbi xidmət- kişilik məktəbidir".Bu müddətdə onun zahiri görünüşü kimi həyata baxışı, xarakteri də tamam dəyişib.Daha möhkəm, özünə daha çox inamlı olub..Əlinə alıb vərəqlədiyi, hər səhifəsini oxuyarkən gülümsədiyi bu dəftəri-gündəliyini atsınmı, ya məktəb illərindən bir xatirə olaraq saxlasınmı?Həyatında indi maraqlı nə vardı axı yazmalı?Sevdiyini insanın itirməsindənmi, bu azmış kimi bitmək bilməyən problemlərindənmi yazsın?Yəni onun həyatında bir işıqlı tərəf yoxdurmu?"Yox, belə ümidsiz olma Taleh,-dedi öz-özünə.-Bəs Sevda?Axı sən də ona biganə deyilsən.Məhz qonşun olduğuna görə hisslərini gizlətdin.Amma görürsən ki, onun da sənə meyli var.Bu şəkillər də, üstündə ürək şəkli olan albomu hədiyyə etməsi də çox şey demirmi?Ah, Sevda...Sevda..."
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR