Qadınların vazgeçilməzləri arasında iştirak edən sırğa, boyunbağı, üzük, bilərzik, saat və s. kimi bijüteriyalar bizlər üçün əhəmiyyətli yerə malikdir. Gündəlik istifadə etdiyimiz, geyimimizi tamamladığımız, gözəlliyimizə gözəllik qatdığımız aksessuarlar balaca və çox olduğu üçün itirilməsi çox asandır. Bəzilərimiz onları qutu içində və müxtəlif bu kimi yerlərdə saxlayırıq. Bu zaman da hamısı bir-birinə dolaşır. Bizə də onları açmaq üçün dəqiqələrlə vaxt lazımdır.
Evdə işlətmədiyiniz materiallarla qəşəng və rahat bijüteriya asqısı ilə artıq bijuteriyalarınız itməyəcək. Evdəki materiallarla hazırlaya biləcəyiniz bu asqılar gündəlik həyatda istifadə etdiyiniz bijüteriyalarınızı daha səliqəli saxlayar və daha yaxşı mühafizə edər.
Evdə istifadə etmədiyiniz çərçivə (məsələn, ayna çərçivəsi), rəndə, paltar asqısı və ağacların budaqlarından düzəldə biləcəyiniz bu asqıları evdə rahatlıqla hazırlaya bilərsiniz . Siz yalnız hansını etmək istədiyinizə qərar verin.
Burada ağac budağından istifadə edilmiş, daha gözəl görünməsi üçün üzərinə taxta lakı çəkilmişdir.
Bu isə qurumuş ağac budağından hazırlanıb. Daha təbii görünməsi üçün rənglənməyib.
Güzgü çərçivəsindən düzəldilmiş asqı. Çərçivənin görünən hissəsinə hər hansı bir tordan və yaxud ipdən istifadə edə bilərsiniz.
Bu çərçivə dördbucaq formadadır və burada nazik ağac budaqlarından istifadə edilib, ipdən də istifadə etmək olar.
Xanımlar, gördüyünüz kimi, bu asqımız şərab tıxacıdır. Şərab tıxacı yumşaq olduğu üçün hazırlanması rahatdır.
Bu isə şərab tıxacından hazırlanmış asqının başqa formasıdır.
Fərqli olaraq asılqandan düzəldilmiş asqı. Necə də maraqlıdır, elə deyilmi?
Yumşaq simdən istədiyiniz formada asqı hazırlaya bilərsiniz.
Güzgünün ətrafını belə düzəldə bilərsiniz.
Əziz xanımlar, heç sürtkəcdən asqı görmüşdünüzmü?
Tennis oynanılan torlu kürəkcikdən bijuteriya asqısı.
Bu isə fərqliliyi sevən xanımlar üçün inanılmaz asqı ideyasıdır.
Əgər "Yox, mən bunları edə bilmərəm" deyirsinizsə, onda şkafınızın hansısa bir bölməsini belə düzəldə bilərsiniz. Həm rahat, həm də səliqəlidir.
Artıq bijüteriyalarımız bir-birinə qarışmayacaq. İtmə ehtimalı da olmayacaq. Unutmayın ki, belə əl işləri evə də qeyri-adi bir görünüş verir çünki hamısı əl işidir və qeyri-adidir.
XƏBƏR LENTİ
Özünü üçüncü mərtəbədən atan uşağı havada tutdu - FOTO/VİDEO
Qatıq maskası
Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”
Demet Akalın restoran açdı
Prezidentin Mübariz İbrahimovun ailəsinə bağışladığı villa
10 gündə 48 nəfərin itdiyi şəhər-camaat qorxu içindədir
Amsterdam “Eurovision-2020” mahnı müsabiqəsinə ev sahibliyindən imtina etdi
Daxili orqanları görən "rentgen qız": Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA
Məşhurlar dünən və bu gün
Yumurtadan göbələk (foto resept)
Vətən müharibəsində iştirak edən 82 mindən artıq hərbçimiz təltif olunub
"Çarpışma"nın aktyoru xəstəxanalıq oldu
Yoqa pozalarından
Hürrəm Sultan 30 yaşında - FOTO
26- kq arıqlayan qadın onu tənqid edənlərə cavab verdi-FOTO
"Jara" festivalına o da gəlir-VİDEO
Ermənilər cəbhədə təxribat törətdilər
Libası müğənniyə çətinlik yaratdı - FOTO
WhatsApp-da azərbaycanlı istifadəçilərin sayı nə qədərdir?
Hansı daha vacibdir
Sarımsaq qoxusunu aradan qaldıran qidalar
NADIR HADİSƏ: İkibaşlı qız uşağı doğuldu
Qeyri-adi makiyajlar
Qərb bölgəsində yerli pambıq sortlarının yığımına başlanılıb
Təhsi haqqından azad edilən tələbələr ən çox hansı ali məktəbdədir? - SİYAHI
Ölülərinin skeletlərini daşıyan ermənilər meşələrimizdəki ağacları da kəsib aparırlar - VİDEO
Ankarada güclü partlayış: 27 nəfər ölüb, 75 nəfər yaralanıb
Prezidenti İlham Əliyev bir qrup şəxsi “Şöhrət” ordeni ilə təltif edib
Bakıda möhtəşəm sərgi olacaq
Dövrümüzü tənqid edən şəkillər
Dərinizə uyğun meyvə maskası
Əl və ayaqlara qulluq
Dilqəm yenə sınmadı
Həyat dərsi-Ön mühakimə
Bu gün həzrət Əlinin şəhadət günüdür
Tarixin ağ ləkələri
Günün ulduz falı
"Yıxılan ulduzlar"-YENİ TREND
Qızlar üçün avatarlar
Əl telefonu ilə çox danışmayın!
Bakı sakinləri, qəpikləri unudun!
Hava haqqında
Ətli, qaysılı keks (foto resept)
Prezidentdən ordumuzda muzdluların döyüşməsi iddialarına SƏRT REAKSİYA
Tarixin ən qaddar 10 qadını
Metroda gediş haqqını nəqliyyat kartları ilə də ödəyə biləcəksiniz
Allahşükür Paşazadə Türkiyənin səfirini qəbul edib
Murat Boz Aslı ilə duet oxuyacaq!
Zanbaq gülü ilə gözəlləşin
Badamlı plov (foto-resept)
- ŞƏRHLƏR