Son günlər “rentgen qız” adı ilə tanınan Natalya Dyomkina hər kəsin heyrətinə səbəb olub. 30 yaşlı Natalya etiraf edir ki, o, insanların daxili orqanlarını aydın görə bilir:
"Mənim sanki iki cür görmə qabiliyyətim var. Bir insanın sağlıq durumunu öyrənmək istəyirəmsə, həmin an nəzərimi ona yönləndirəm. Prosesin özü mənim üçün heç də çətin deyil, bu haqda düşünməyim kifayət edir. Vücudun daxildən hansı templə çalışdığını görür, zədəli orqanları müəyyən edirəm. İzah etməkdə çətinlik çəkirəm. Buna inanmaq bir az çətindir. Rentgen “gözüm” günün işıqlı saatlarında qüsursuz işləsə də, qaranlıqda kor olur. Maraqlısı odur ki, öz orqanizmimi daxildən heç vaxt görməmişəm".
Qadin.Net publikaz.az-a istinadən xəbər verir ki, 2004-cü ildə dünya şöhrətli "Discovery Channel" Natalyanın qabiliyyətini yoxlamaq üçün onunla bir təcrübə aparıb. Lakin bu təcrübə uğursuzluqla nəticələnib. KİV-lər isə fenomen Nataşanın tibbi avadanlıqlardan və mütəxəssislərdən daha dəqiq diaqnoz qoyduğunu iddia edirlər.
“Rentgen qız”ın tarixçəsi
Nataşanın valideynləri iddia edirlər ki, bu bacarıq onda hələ 10 yaşında özünü göstərməyə başlayıb. Qeyri-adi qabiliyyəti sayəsində öz əhatəsində böyük maraqla qarşılanan yeniyetmə qız, vaxt keçdikcə ölkə mediasının diqqətini çəkir. Az keçmir ki, Naraşanı Britaniyaya şou proqramlara dəvət etməyə başlayırlar. Verilişlərin birində Natalya avtomobil qəzasında ciddi xəsərət alan bir jurnalistin sümüklərindəki bütün qırıq və çıxıqları dəqiqiliklə qeyd edir.
Beləcə, “rentgen qız” ABŞ mütəxəssislərinin diqqətini cəlb edir və o Nyu-Yorka dəvət alır.
Burada onu elmi institutların məşhur professorları, mütəxəssisləri qarşılayırlar.
Nataşanın qarşısına 7 şəxs gətirilir. Bu insanlar, kor bağırsaq, mədə, ürək əməliyyatı keçirənlər, eləcə də kəllə, onurğa sümükləri bərpa olunan xəstələr idilər. Lakin bu şəxslərin yalnız birinın sağlığında heç bir problem yox idi. Nataşanın anasının iddialarına baxmayaraq, qızı 7 nəfərdən sadəcə 4-nə doğru diaqnoz qoya bilir. Qəribəsi o idi ki, "rentgen qız" kəllə sümüyündə metal disk olan xəstənin bu qüsurunu görmürdü. Həmçinin təcrübə zamanı Nataşanın tərcüməçisi qismində iştirak edən rəfiqəsinin ona gizli sms göndərib, xəstələrin əsas problemləri barədə məlumat ötürdüyü də iddia edilirdi. Lakin hakimlər bütün prosesin yalandan ibarət olmadığını və Nataliyanın qeyri-adi bacarığa malik olduğunu vurğulayaraq, onu dəyərləndirməyi üstün tutdular.
“Rentgen qız” isə ona qarşı bu münasibətdən narahat olaraq: ”Mən heç vaxt eyni anda 7 xəstəni birdən qəbul etməmişəm. Fikir dağınıqlığım normal hal idi. Həmçinin o məkanda hökm sürən aura da diqqətimi cəmləməyimə mane oldu.
Lakin bu uğursuzluq onun taleyini həll etmir və Nataşa bacarığı ilə milyonları özünə heyran qoymağa nail olur. O, dəfələrlə yanlış diaqnoz qoyulan xəstələrin həyatını xilas edib. Bu gün Natalya Dyomkina rus xalqının qüruru sayılır. O, ekstrasenslərin beynəlxalq yarışlarından mükafatlarla ölkəsinə dönür. İnsanlar etiraf edirlər ki, “dahi qız” “ikinci gözlərini” açanda sanki başqa dünyaya köklənir, göz bəbəkləri hədəqəsindən çıxacaqmış kimi fikrə dalır və bir müddət sonra problemli orqanın adını çəkir.
Natalyanın valideynləri övladları ilə qürur duyduqlarını və onu hər zaman dəstəklədiklərini vurğulayırlar.
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz