Qadin.NET / Bijüteriya asqısı nümunələri

Bijüteriya asqısı nümunələri

Qadınların vazgeçilməzləri arasında iştirak edən sırğa, boyunbağı, üzük, bilərzik, saat və s. kimi bijüteriyalar bizlər üçün əhəmiyyətli yerə malikdir. Gündəlik istifadə etdiyimiz, geyimimizi tamamladığımız, gözəlliyimizə gözəllik qatdığımız aksessuarlar balaca və çox olduğu üçün itirilməsi çox asandır. Bəzilərimiz onları qutu içində və müxtəlif bu kimi yerlərdə saxlayırıq. Bu zaman da hamısı bir-birinə dolaşır. Bizə də onları açmaq üçün dəqiqələrlə vaxt lazımdır.

Bijüteriya asqısı nümunələri

Evdə işlətmədiyiniz materiallarla qəşəng və rahat bijüteriya asqısı ilə artıq bijuteriyalarınız itməyəcək. Evdəki materiallarla hazırlaya biləcəyiniz bu asqılar gündəlik həyatda istifadə etdiyiniz bijüteriyalarınızı daha səliqəli saxlayar və daha yaxşı mühafizə edər.

Bijüteriya asqısı nümunələri

Evdə istifadə etmədiyiniz çərçivə (məsələn, ayna çərçivəsi), rəndə, paltar asqısı  və ağacların budaqlarından düzəldə biləcəyiniz bu asqıları evdə rahatlıqla hazırlaya bilərsiniz . Siz yalnız hansını etmək istədiyinizə qərar verin.

Bijüteriya asqısı nümunələri

Burada ağac budağından istifadə edilmiş, daha gözəl görünməsi üçün üzərinə taxta lakı çəkilmişdir.

Bijüteriya asqısı nümunələri

Bu isə qurumuş ağac budağından hazırlanıb. Daha təbii görünməsi üçün rənglənməyib. 

Bijüteriya asqısı nümunələri

Güzgü çərçivəsindən düzəldilmiş asqı. Çərçivənin görünən hissəsinə hər hansı bir tordan və yaxud ipdən istifadə edə bilərsiniz. 

Bijüteriya asqısı nümunələri

Bu çərçivə dördbucaq formadadır və burada nazik ağac budaqlarından istifadə edilib, ipdən də istifadə etmək olar.

Bijüteriya asqısı nümunələri

 Xanımlar, gördüyünüz kimi, bu asqımız şərab tıxacıdır. Şərab tıxacı yumşaq olduğu üçün hazırlanması rahatdır.

Bijüteriya asqısı nümunələri

Bu isə şərab tıxacından hazırlanmış asqının başqa formasıdır.

Bijüteriya asqısı nümunələri

 Fərqli olaraq asılqandan düzəldilmiş asqı. Necə də maraqlıdır, elə deyilmi?

Bijüteriya asqısı nümunələri

Yumşaq simdən istədiyiniz formada asqı hazırlaya bilərsiniz.

Bijüteriya asqısı nümunələri

 Güzgünün ətrafını belə düzəldə bilərsiniz.

Bijüteriya asqısı nümunələri

Əziz xanımlar, heç sürtkəcdən asqı görmüşdünüzmü?

Bijüteriya asqısı nümunələri

Tennis oynanılan torlu kürəkcikdən bijuteriya asqısı.

Bijüteriya asqısı nümunələri

Bu isə fərqliliyi sevən xanımlar üçün inanılmaz asqı ideyasıdır.

Bijüteriya asqısı nümunələri

Əgər "Yox, mən bunları edə bilmərəm" deyirsinizsə, onda şkafınızın hansısa bir bölməsini belə düzəldə bilərsiniz. Həm rahat, həm də səliqəlidir.

Artıq bijüteriyalarımız bir-birinə qarışmayacaq. İtmə ehtimalı da olmayacaq. Unutmayın ki, belə əl işləri evə də qeyri-adi bir görünüş verir çünki hamısı əl işidir və qeyri-adidir.

10 aprel 2013
GO BACK