Meyvələr – Allah-taalanın insan üçün yaratdığı ən təmiz, ləzzətli, həm də insanın təbiətinə müvafiq və onun bədəninin tələblərinə münasib olan yeməli şeylərdir. Rəsuli-Əkrəm (s) təzə meyvələri görəndə, onları öpüb əvvəlcə gözlərinin üstünə, sonra da mübarək ağzına qoyardı.
Sonra buyurardı:
“Ey mənim Allahım, onun əvvəlini mənə afiyətlə göstərdiyin kimi, axırını da mənə afiyətlə göstər”.
O Cənab (s) buyurub ki, Adəmi Behiştdən çıxaranda Allah-taala ona Behişt meyvələrindən tuşə (yol azuqəsi) verdi və hər şeyin sənətini ona öyrətdi. Sizin bu meyvələriniz də Behişt meyvələridir.
NAR. Rəvayət edilir ki, Peyğəmbəri-Əkrəm (s) narı çox xoşlarmış və nar yeyəndə heç kəsi özünə şərik etməzmiş; buyurarmış ki, hər narın içində Behişt narlarından bir gilə var. Onu itirməmək üçün narı bütünlüklə yeyin, bir giləsini də itirməyin. Hər kəs o gilədən yesə, o şəxsin üzü qırx səhər nurlanar və şeytanı o şəxsdən uzaqlaşdırar.
“Nar, meyvələrin ağasıdır”.
O Cənab (s) narı cümə axşamları yeyərdi.
Həzrəti-Əli ələyhis-səlam buyurub ki, narı öz ərpi ilə yeyin, çünki o, mədəni dəbbağ edər.
Rəsuli-Əkrəm (s) buyurub:
“Allah-taala Adəmi, xurmanı, üzümü və narı bir tinətdən (palçıqdan-ilk maddədən) yaradıb”.
İmam Zeynül-abidin ələyhis-səlam buyurub ki, hər kəs cümə günü ac qarına nar yesə, onun qəlbi qırx səhər nurlanar və Şeytanın vəsvəsəsi ondan qovular; Şeytan vəsvəsəsi kimdən qovulsa, o adam Allaha məsiyət (günah) etməz; hər kəs məsiyət etməsə, Behiştə gedər.
Mərhum Əbu Cəfər Tusi deyib ki, uşaqlarınıza nar yedirdin ki, tez dil açsın.
“Heyva yeyin ki, o, qəlbi qüvvətləndirir və qorxaq adamlara şücaət gətirər”.
“Heyva yeyin və onu bir-birinizə hədiyyə verin; o, gözlərə işıq verər, qəlbdə məhəbbəti bərkidər; onu öz zövcələrinizə yedirdin ki, övladlarınız gözəl olsunlar”.
İmam Cəfər Sadiq (ə) buyurub:
“Hər kəs heyva yesə, Allah-taala onun dilində qırx səhər hikmət cari edər”.
“Heyvanı ac qarına yeyin”.
İmam Rza (ə) cənablarından rəvayət olunur ki, Peyğəmbər (s) üçün heyva gətirdilər; O Cənab (s) onu öz mübarək əli ilə vurub sındırdı, yanında oturanlara payladı, özü də yedi. Buyurdu:
“Sizə tövsiyə edirəm ki, heyva yeyin; o qəlbə cəla verir və sinə ağrısını aparır”.
“Haçan ürəyinizdə ağrı hiss etsəniz, heyva yeyin”.
Yenə də o Həzrət (s) buyurub:
“Sizə tövsiyə edirəm ki, heyva yeyin; o, əqli artırar”.
İmam Cəfər Sadiq ələyhis-səlamdan rəvayət olunur ki, buyurdu:
“Peyğəmbərlərin ətri heyva ətri olar; Cənnət hurilərinin ətri mərsin çiçəyinin ətri olar; mələklərin ətri isə qızılgül ətri olar. Allah-taala məbus etdiyi bütün peyğəmbərlərə heyva ətri bəxş edib”.
İmam Mühəmməd Baqir (ə) buyurub:
“Heyva həzin qəlblərdən kədəri aparar”.
Yenə də Rəsuli-Əkrəm (s) buyurub:
“Heyva yeyin ki, o, zehni artırar, sinədən (ürəkdən) ağrını aparar və övladın gözəl olmasına səbəb olar”.
Yenə də o Həzrət (s) buyurub:
“Hər kəs üç gün ac qarına heyva yesə, zehni saf olar, batini (içərisi) hikmətlə və elmlə dolar, özü də İblisin və onun qoşunlarının hiyləsindən asudə olar”.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Cazibədar görünməyin 7 yolu-dikdaban geyinməyin...
Ən keyfiyyətli və ucuz təbii diş ağardıcısı
2016–cı ilin səyahət təqvimi
NAACP mükafatları: Qırmızı Xalça
Günün ulduz falı
Kişilərin boşanma səbəbləri
Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olmasından danışdı
Arıqladan ədviyyatlar
Rusiyada 43 km uzunluğunda tıxac yarandı
Ermənilər cəbhəyə yerləşdirmək üçün kamera düzəltdilər
İrəvan Rusiya işğalı dövründə
Mənfi auralı insanların öhdəsindən gəlmək
Yaddaşı gücləndirən 5 ərzaq
Müxtəlif peşə sahiblərinin qəribə inancları...
Sumqayıtda dünyanın ən böyük Novruz xonçası hazırlandı
TQDK keçid ballarını AÇIQLADI
iPhone-dan Galaxy S5-ə...
Gənc otağı dekorasiyası
Nilufər konsert verdi- FOTO
Şuşa şəhərində dalğalanan Azərbaycan bayrağı hansı dövlət binasına sancılıb? -
Azərbaycan otellərinin 1 gecəlik qiyməti - ŞOK
Rusiya Qarabağı nə vaxt qaytaracaq?
"Acı hayat"ın aktrisası ərə getdi
Hazırcavablar...
Yaşlı göstərən 6 yanlış saç forması
"Küçük" bilib aldı, böyüyüb ayı oldu-FOTO
Valideynlərə NAZİRLİKDƏN CAVAB
Alimlərin hazırladığı siyahı: təşvişi azaldan mahnılar
Özünü zombiyə çevirdi
Türkiyədən Bakıya başsağlığı
Orucun tibbi faydaları
At və eşşək ətini mal ətindən ayırmağın 3 YOLU
Ürək formalı piroqlar(foto resept)
Kraliça gəlinlər arasında ayrıseçkilik etdi-FOTO
Birotaqlı mənzildə 130 pişik saxlayırmış
Məşhur aktyor BOŞANIR-SƏBƏB
Əl-ələ gəzməyi sevən cütlüklər-3 (son)
Uşaqlar idmana nə zaman başlamalıdırlar?
"Nəyə görə hakim təmiz qolu qeydə almadı?!"
Gülbeşəkər biskuviti (foto resept)
Benzin ucuzlaşa bilər
2015-ci ilin ən yaxşı filmləri seçildi
İllər sonra etiraf etdi: Mən uşaqkən anam məni 80 yaşlı ... - FOTO
Boksçularımız erməniləri məğlub edib finala çıxdı
Herpes virusu
Yadplanetli qəbirləri tapıldı - Virus yayılma təhlükəsi
"Qadınlar məni qısqanır" - FOTO
Valideynlərin diqqətinə!
Bakı və ətrafında torpaq neçəyədir?
Hamiləlikdə ayaq qıc olmaları
- ŞƏRHLƏR