Qadin.NET / Meyvələr haqqında gələn xəbərlər - I hissə

Meyvələr haqqında gələn xəbərlər - I hissə

Meyvələr haqqında gələn xəbərlər - I hissə

Meyvələr – Allah-taalanın insan üçün yaratdığı ən təmiz, ləzzətli, həm də insanın təbiətinə müvafiq və onun bədəninin tələblərinə münasib olan yeməli şeylərdir. Rəsuli-Əkrəm (s) təzə meyvələri görəndə, onları öpüb əvvəlcə gözlərinin üstünə, sonra da mübarək ağzına qoyardı.

 

 

Sonra buyurardı:

“Ey mənim Allahım, onun əvvəlini mənə afiyətlə göstərdiyin kimi, axırını da mənə afiyətlə göstər”.

O Cənab (s) buyurub ki, Adəmi Behiştdən çıxaranda Allah-taala ona Behişt meyvələrindən tuşə (yol azuqəsi) verdi və hər şeyin sənətini ona öyrətdi. Sizin bu meyvələriniz də Behişt meyvələridir.

 

Meyvələr haqqında gələn xəbərlər - I hissə

 

NAR. Rəvayət edilir ki, Peyğəmbəri-Əkrəm (s) narı çox xoşlarmış və nar yeyəndə  heç kəsi özünə şərik etməzmiş; buyurarmış ki, hər narın içində Behişt narlarından bir gilə var. Onu itirməmək üçün narı bütünlüklə yeyin, bir giləsini də itirməyin. Hər kəs o gilədən yesə, o şəxsin üzü qırx səhər nurlanar və şeytanı o şəxsdən uzaqlaşdırar.

Meyvələr haqqında gələn xəbərlər - I hissə

 
O Cənab (s) buyurub:

“Nar, meyvələrin ağasıdır”.

O Cənab (s) narı cümə axşamları yeyərdi.


Həzrəti-Əli ələyhis-səlam buyurub ki, narı öz ərpi ilə yeyin, çünki o, mədəni dəbbağ edər.

 

Rəsuli-Əkrəm (s) buyurub:

“Allah-taala Adəmi, xurmanı, üzümü və narı bir tinətdən (palçıqdan-ilk maddədən) yaradıb”.

Meyvələr haqqında gələn xəbərlər - I hissə

 
İmam Zeynül-abidin ələyhis-səlam buyurub ki, hər kəs cümə günü ac qarına nar yesə, onun qəlbi qırx səhər nurlanar və Şeytanın vəsvəsəsi ondan qovular; Şeytan vəsvəsəsi kimdən qovulsa, o adam Allaha məsiyət (günah) etməz; hər kəs məsiyət etməsə, Behiştə gedər.

Mərhum Əbu Cəfər Tusi deyib ki, uşaqlarınıza nar yedirdin ki, tez dil açsın.

Meyvələr haqqında gələn xəbərlər - I hissə

 
HEYVA. Rəsuli-Əkrəm (s) buyurub:

“Heyva yeyin ki, o, qəlbi qüvvətləndirir və qorxaq adamlara şücaət gətirər”.

 

Yenə o Həzrət (s) buyurub:

 

“Heyva yeyin və onu bir-birinizə hədiyyə verin; o, gözlərə işıq verər, qəlbdə məhəbbəti bərkidər; onu öz zövcələrinizə yedirdin ki, övladlarınız gözəl olsunlar”.

İmam Cəfər Sadiq (ə) buyurub:

“Hər kəs heyva yesə, Allah-taala onun dilində qırx səhər hikmət cari edər”.

 

 

Rəsuli-Əkrəm (s) buyurub:

“Heyvanı ac qarına yeyin”.

İmam Rza (ə) cənablarından rəvayət olunur ki, Peyğəmbər (s) üçün heyva gətirdilər; O Cənab (s) onu öz mübarək əli ilə vurub sındırdı, yanında oturanlara payladı, özü də yedi. Buyurdu:

“Sizə tövsiyə edirəm ki, heyva yeyin; o qəlbə cəla verir və sinə ağrısını aparır”.

 

Meyvələr haqqında gələn xəbərlər - I hissə

 
Yenə o Həzrət (s) buyurub:

“Haçan ürəyinizdə ağrı hiss etsəniz, heyva yeyin”.

Yenə də o Həzrət (s) buyurub:

“Sizə tövsiyə edirəm ki, heyva yeyin; o, əqli artırar”.

İmam Cəfər Sadiq ələyhis-səlamdan rəvayət olunur ki, buyurdu:

“Peyğəmbərlərin ətri heyva ətri olar; Cənnət hurilərinin ətri mərsin çiçəyinin ətri olar; mələklərin ətri isə qızılgül ətri olar. Allah-taala məbus etdiyi bütün peyğəmbərlərə heyva ətri bəxş edib”.

İmam Mühəmməd Baqir (ə) buyurub:

“Heyva həzin qəlblərdən kədəri aparar”.

Yenə də Rəsuli-Əkrəm (s) buyurub:

“Heyva yeyin ki, o, zehni artırar, sinədən (ürəkdən) ağrını aparar və övladın gözəl olmasına səbəb olar”.

Yenə də o Həzrət (s) buyurub:

“Hər kəs üç gün ac qarına heyva yesə, zehni saf olar, batini (içərisi) hikmətlə və elmlə dolar, özü də İblisin və onun qoşunlarının hiyləsindən asudə olar”.

8 yanvar 2012
GO BACK