Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Cəsarət Valehov məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox ünvanlanan sualları və qurum tərəfindən verilən cavabları paylaşıb.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, günlərdir müzakirə olunan mövzu ilə bağlı sual-cavabı təqdim edir:
- "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası" nə deməkdir?
- "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası" dedikdə şagirdlərin ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirilməsi nəzərdə tutulur.
- Mənim övladım xüsusi təhsil müəssisəsində təhsil alır. Onun məktəb üzrə nailiyyətləri də bu Qayda əsasında qiymətləndiriləcək?
- Xeyr, bu Qayda xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş, sağlamlıq imkanları məhdud şəxslərin və ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların qiymətləndirilməsinə şamil edilmir.
- Mən hazırda müəllim işləyirəm. Şagirdlərin diaqnostik qiymətləndirməsinin aparılması məcburidirmi?
- Bəli, şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmalıdır.
- Bəs formativ qiymətləndirmə necə? Əvvəlki qayda üzrə də mən şagirdlərin formativ qiymətləndirilməsini aparırdım, lakin onun nəticəsini "Məktəbli kitabçası"nda sözlə, müəllimin formativ qiymətləndirmə dəftərində isə səviyyələr üzrə rum rəqəmi ilə qeyd edirdim. Axı 45 dəqiqə ərzində sinif üzrə bütün şagirdlərin formativ qiymətləndirilməsini aparmaq və nəticələrinin sözlə həm "Məktəbli kitabçası"nda, həm də müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması qeyri-mümkündür.
- Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir.
Bir dərs müddətində digər müxtəlif fəaliyyətlərin də olduğunu nəzərə alsaq, əlbəttə, bütün şagirdlərin formativ qiymətləndirilməsinin aparılması, nəticələrin "Məktəbli kitabçası"nda və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması fiziki olaraq mümkün deyil. Bu səbəbdən də sinif üzrə formativ qiymətləndirmə aparılsa da, müvafiq planlaşdırmaya əsasən, hər dərs üzrə 5-8 şagirdin formativ qiymətləndirilməsinin nəticəsinin "Məktəbli kitabçası"nda və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması tövsiyə olunur.
- Formativ qiymətləndirmədə qiymətləndirmə vasitəsi kimi ancaq testdən istifadə etməliyik?
- Xeyr, formativ qiymətləndirmədə qiymətləndirmə vasitəsi kimi testlə yanaşı, yazı işlərindən, çalışmalardan da istifadə edilməsi tövsiyə olunur.
- Summativ qiymətləndirmə ləğv olunub?
- Xeyr, yalnız I siniflərdə bütün summativ qiymətləndirmələr ləğv olunub.
- Bəs II-III siniflərdə qiymətləndirmə necə olacaq?
- II-III siniflərdə yalnız böyük summativlər ləğv olunub. Kiçik summativlər isə keçiriləcək.
- Əvvəllər dərs dediyim siniflərdə 4 həftədən tez, 6 həftədən gec olmayaraq, kiçik summativlər keçirirdim. İndi belə çıxır ki, bu qayda artıq yoxdur?
- Bəli, həmin qayda artıq qüvvədən düşüb. Yeni qaydaya əsasən, hər fənn üzrə hər yarımildə 3 dəfədən az, 6 dəfədən çox olmamaqla kiçik summativ qiymətləndirmə keçirilməlidir. Belə ki, artıq təkcə bölmənin sonunda deyil, bölmənin daxilində də kiçik summativ qiymətləndirmə keçirmək mümkündür. Yəni, məsələn, Azərbaycan dili fənni üzrə təkcə "İsim" bölməsinin sonunda deyil, bölmənin daxilində (məsələn, ismin hallarını keçib qurtarandan sonra) də kiçik summativ qiymətləndirmə keçirmək olar.
- Kiçik summativ qiymətləndirmə üçün ayrıca dərs saatı olmalıdır?
- Xeyr, hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu 1 (bir) dərs saatı ərzində aparılır.
- Mənim övladım liseydə oxuyur. Mən yeni qaydaları alqışlayıram. Məsələ ondadır ki, övladımın yalnız ana dili, riyaziyyat və xarici dil fənləri üzrə böyük summmativ qiymətləndirilməsinin keçirilməsindən narahatam. Yəqin fikrimi anladınız.
- Yeni qaydalara əsasən, lisey, gimnaziya və istedadlı şagirlərin yetişdirilməsi ilə məşğul olan digər təhsil müəssisələrində buraxılış fənləri ilə yanaşı, Pedaqoji Şuranın qərarı ilə müəyyənləşdirilmiş digər maksimum 3 fənn üzrə də böyük summativ qiymətləndirmə təşkil olunacaq.
Eyni zamanda, ümumtəhsil məktəblərində də Pedaqoji Şuranın qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.
- Salam, məni çaşdıran nailiyyətlərin 100 ballıq şkala ilə ölçülməsidir. Bəs mən hardan bilim ki, övladımın topladığı bal hansı qiymətə uyğundur?
- Təhsilalanın summativ qiymətləndirmələrdə topladığı ballar 2, 3, 4, 5 qiymətlərinə uyğunlaşdırılaraq, həm "Məktəbli kitabçası"nda, həm də sinif jurnalında qeyd olunacaq.
- Övladım dərslərini yaxşı oxuyur. Amma tez-tez xəstələnir. Məktəbə getmədiyi gündə kiçik summativ keçirilsə, necə olacaq?
- Təhsilalanın üzrlü (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) səbəbdən kiçik summativ qiymətləndirmənin hər hansı birində iştirak etməməsi yarımillik balların hesablanmasında nəzərə alınmır. Təhsilalanın iştirak etmədiyi kiçik summativ qiymətləndirmə növbəti kiçik summativ qiymətləndirməyədək təşkil edilir.
- Yəqin ki, summativ qiymətləndirmədə qiymətləndirmə vasitəsi kimi ancaq testdən istifadə olunacaq. Bəs şagirdlərin yazı qabiliyyətinin inkişafı necə olsun?
- Summativ qiymətləndirmədə təhsilalanlar üçün qiymətləndirmə vasitəsi kimi təkcə test deyil, imla, inşa, ifadə, çalışma, məsələdən də istifadə edilməsi tövsiyə olunur.
- Summativ qiymətləndirmənin nəticəsindən narazı qaldıqda nə etməliyik?
- Summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları tərəfindən baxılır. Yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmək hüququ var.
- Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar nə vaxtdan tətbiq olunur?
- Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi və dərc olunduğu gündən (29 dekabr 2018-ci il) qüvvədədir.
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
- ŞƏRHLƏR