Kötük
Meşədə qurumuş ağaclardan biri kəsilmiş və yerində balaca bir kötük qalmışdı. O, gödək boyuna yaraşmayan tərzdə ətrafı süzər və böyük-böyük danışardı:
-Ax, namərdlik , namərdlik ! Sən olmasaydın , hələ yaşayardım.
Hər dəfə hayqıranda bir qom ovuntusu tökülən yarımçürümüş kötük cavan, təcrübəsiz ağaclara deyərdi:
-Sizə çox həqiqətlər danışa bilərəm !
Fəqət o heç kəsə lazım deyildi.
Gərəksiz olduğunu başa düşməmək ! - ən böyük nadanlıq budur!
1996
Maska
Hər səhər adamlar evlərindən çıxanda öz təbii üzlərinə əlavə bir maska taxmağı da unutmurlar. Elə ki , öz zövqünə uyğun bildiyi maskadan bircə dəfə , tək bircə günlüyünə istifadə etdin , sonra ta ömrünün axırınacan onu üzündən çıxarda bilməyəcəksən. Maska sənin üçün dönüb olacaq bayır-bacaq paltarı. Və eləsi də tapılacaq ki, onu heç evdə də üzündən götürməyəcəksən.
1997
Kitablar
Əgər insan ömrünü kitabla dolu rəfə , ötüb keçən illəri isə bir-bir götürüb oxuduğumuz kitablara bənzətsək , belə bir mənzərə alınar ki , hər dəfə gözlərinə dinclik vermədən qalın bir kitabı oxumağa başlayırsan , lakin tezliklə onun nə qədər cansıxıcı olduğunu görürsən ; əsərdə cərəyan edən hadisələr yekrəngdir və səndə heç bir maraq doğurmur; sən kitabı qapamağa tələsirsən, axı qarşıda hələ oxumadığın elə kitablar var ki , onların daha maraqlı olacağını düşünürsən ; fəqət hər dəfə yanıldığını görəcəksən ; nəhayət , başa düşəcəksən ki, tez – tələsik oxuyub qurtardığın kitablardan yadında heç bir şey qalmayıb , yalnız səhifələri boş-boşuna çevirməklə kifayətlənmisən.
1999
Hədəf
Vaxtilə Diogen gedib nişangahda dayanmışdı ki, bütün oxları hədəfdən yayınan atıcı çaşıb onu vurmasın.
Elə indi də belədir. Nişangahdan kənarda dayanmaq, nişangahda dayanmaqdan daha təhlükəlidir. Əgər təcrübəli düşmən bizi hədəfə çevirmişsə , harada dayanmağın nə fərqi var? Yox, əgər qaba adamlar naşıcasına bizi vurmağa çalışırlarsa, Diogen kimi ancaq nişangahda dayanmaq lazımdır. Ağıllı düşmən bizi mərdliyimizə bağışlayacaq , alçaq adamlar isə cəsarətimizdən qorxub geri çəkiləcəklər.
2003
Adamlar
Sanki evlər müxtəlif ölçülü təyyarələr , adamlar isə naməlum istiqamətdə uçan sərnişinlərdir. Hər səhər qapılar açılır və onlar boşluqlara atılırlar. Bütün günü səmərəsiz yerə vurxunur , axşam isə xilasedici nərdivanla geri qayıdırlar. Hamısı yoruğundur və cürbəcür itkilərə məruz qalmışlar. Və hər səhər bu adamlar nəyisə geri qaytarmaq ümidilə , itirdiklərinin arxasınca yollanır və hər axşam daha böyük itkilərlə geri dönürlər.
2003
Bəxtiyar Əliyar
Azərbaycan Yazıçılar Birliyinin üzvü
(İcazəsiz kopya etmək qadağandır)
XƏBƏR LENTİ
Gül suyu ilə dəriyə qulluq
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
ABŞ Rusiya ilə savaşa girir?
Yeni qayda: Dünya çempionatında oyunlar dayandırıla bilər
Qurban bayramınız mübarək!
Əsgərimiz ad günündə şəhid oldu
Metro ilə gedənlərə müjdə
“ASAN xidmət”də öncədən növbə tutmaq üçün qaydalar- VİDEOTƏLİMAT
Meşə kababı (foto-resept)
Reynaldo yenə ən yaxşı oldu
Türkiyədə Prezident İlham Əliyevə həsr olunmuş sərgi yüksək qiymətləndirilib
Zəhərlərdən təmizlənmə üsulları (II hissə)
Rus gəmiləri Bakıya gəlir
Oğlan uşaqları üçün yataqlar
Qırıcılarımız havaya qalxır
Uşaqlarda hərəkətsizlik şəkərli diabetə səbəb olur
Türkiyə ekranlarının ən dəbli aktrisaları
Darçınlı alma topları (foto-resept)
Türkiyə parlamentindən çağırış: Qarabağı azad edin
Dağ başında qəribə məbəd
Goranboyda 3 gündür bütün apteklər bağlıdır
Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi? - AÇIQLAMA
Leyla Əliyeva sərgidə - FOTO
İlham Əliyev Antalyada
HAVA necə olacaq?-9 Avqust
2011-2012-ci ilin dəbdə olacaq çəkmələri
Fotoşopsuz sənət
Soyuducular
"Adını Feriha koydum" serialının aktrisası İLLƏR SONRA-FOTO
Sərt karantin rejimi tətbiq olunan ərazilərdə imtahanlar nə vaxt keçiriləcək? - RƏSMİ AÇIQLAMA
Özümə qavır seçerəm
Günün qoroskopu: tərəddüd etməyin
Dondum...
"Bulka" (foto-resept)
Maraqlı dibçəklər
Dərini 10 yaş cavanlaşdıran üsul
Prezident və xanımı xalq artistləri ilə görüşdü-FOTO
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? - RƏSMİ
Türkmənistanda tələbələrə əylənmək qadağan olundu
Kriştianu Ronaldu yeni rekorda imza atdı
Məşhur cütlük evlənir-FOTO
Külək nə vaxta kimi davam edəcək?
Ordudan istifadə olunacaq
Qozlu şorba (foto resept)
Şuşada fəaliyyət göstərən çörək istehsalı müəssisəsi qida təhlükəsizliyi qeydiyyatından keçdi
Sabah su olmayacaq ərazilərin SİYAHISI
Soma Bakıda da anıldı
Qəhvə və likörlu şokolad tortu (foto resept)
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
- ŞƏRHLƏR