Duruşla bağlı bir çoxlarının problemi var, hətta fitnes məşqçilərinin belə.
Amerikada Buil Lean tanınmış fitnes mərkəzinin məşqçisi Mark Perri etiraf edir ki, biomexanika seminarında bir çox kolleqalarının da duruşla bağlı problemlərinin olduğu aydın olandan çox təəccüüblənib. O, 4 sadə test təklif edir ki, siz də duruşunuzdakı səhvləri müəyyən edib onları aradan qaldırasınız. Bu məşqlər onurğanın korreksiyası üçündür.
Duruşdakı I problem: Pəncənin qiperpronatsiyası (çökmə)
Necə yoxlamalı: əlləri pəncənin hər iki tərəfində 2 sm olmaqla, şəkildə göstərildiyi kimi qoymaq lazımdır. Topuğunuzu elə gərin ki, hər iki əllə eyni səviyyədə olsun. Sonra sərbəst vəziyyət alın. Əgər onlar güclü çökəcəksə, demək sizdə pəncədə qiperpronatasiyadır.
Səbəb: artıq çəki, hamiləlik, düzgün seçilməmiş ayaqqabı, müntəzəm ağır yük (hündürdaban ayaqqabıda gəzmək). Bütün bunlar ayaq pəncəsini zəiflədir.
Təsiri: qiperpronasiya topuğa kifayət qadər ağırlıq verir, baldır əzələlərini sıxır və diz qapaqları üçün ziyanlıdır. Tədricən bu plantar fastiidə və digər ayaq problemlərinə gətirib çıxara bilər.
Həlli: Əgər bu artıq baş veribsə, ortopedə müraciət etmək və xüsusi ayaqqabı və müalicə kursu keçmək lazımdır. Əgər şişkinlik təzə başlayıbsa, əzələləri möhkəmləndirmək üçün qaçış və yeriş hərəkətləri yerinə yetirmək lazımdır. Amma yenə də əvvəlcədən həkimlə məsləhətləşmək lazımdır.
Duruşdakı II problem: Kürəyin yuxarı hissəsinin əyriliyi (kifoz)

Necə yoxlamalı: sizin kimsə profildən şəkilinizi çəksin. Əgər şəkildə görsəndiyi kimi kürəyin yuxarı hissəsi 40-45 dərəcədən çox əyilirsə, bu kifozdur.
Səbəbi: oturaq həyat tərzi, məsələn: ofisdə kompüter arxasında işləmək.
Təsiri: əyilərək kompüter arxasında oturaraq biz sinə əzələlərini sıxmış oluruq, bu da kifozun yaranmasına səbəb olur. Duruşa cavabdeh, kürəyin yuxarı hissəsinin əzələləri tədricən zəifləyir.
Həlli: tenis topunu sinə səviyyəsində tutaraq videodakı hərəkətləri yerinə yetirmək.
Duruşdakı III problem: Bükülmüş qədd.
Necə yoxlamalı: karandaşla test edin. Əllər gövdə istiqamətində durun və hər əlinizə bir qələm götürün. Əgər onlar irəli istiqamətlənibsə, hər şey qaydasındadır. Əgər onlar biri-birinə və ya künclərə baxırsa, bu əyrilikdən xəbər verir.
Səbəb: oturaq həyat tərzi və sinə əzələlərini möhkəmləndirmək üçün edilən ağır məşqlər.
Təsiri: əyilərək kompüter arxasında oturmaqla biz sinə əzələlərini sıxırıq,bçiyinlər əyilir və qozbellik əmələ gəlir. Duruşa cavabdeh əzələlər zəifləməyə başlayır.
Həlli: topla edilən həmin masaj hərəkətləri kömək edir.
Duruşdakı IV problem: Başın önə əyilməsi

Necə yoxlamalı: Kimdənsə sizi profildən şəkməyi xahiş edin. Şəkildə görsəndiyi kimi çiyinin çıxıntılı sümüyü ilə (birləşik akromioklavikular) qulaq məməciyi eyni səviyyədə olmalıdır. Əgər qulaq məməciyi irəli çıxırsa, sizin duruşla bağlı probleminiz var.
Səbəbi: Kompüter ekranının qarşısında əyilərək oturmaq.
Təsiri: boynu təşkil edən əzələlər və kürək əzələləri güclü sıxılmaya məruz qalır.
Həlli: İlk olaraq düzgün oturuş qaydasını öyrənin: kürək düz, baş azacıq arxaya əyilmiş, baxış önə olmaqla. İkincisi müntəzəm olaraq çiyinlərinizi və kürəyin yuxarı hissəsini masaj edin. Bunlar boyun əzələlərini sakitləşdirir.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR