Gəlin belə bir test keçirdək:gözlərinizi bağlayin və xəyalınızda, yolda şütüyən avtomobili və onu sürən sürücünü canlandırın... Əgər bu testi bir neçə il əvvəl keçirtsəydik əminəm ki, avtomobili idarə edən sürücü yerində siz məhz kişi cinsinin numayəndəsini canlandiracaqdınız. Bəs indi? Doğrudan da son illər ərzində sürücülərimiz arasında zərif cinsin (zəif yox, məhz zərif) nümayəndələrinin sayi xeyli artmışdır.Artıq şəhərin küçələrində maşın sürən qadınları görəndə onları gözlərimizlə yola salmır, yanımızda oturana göstərərək "Bir bax, halaldı"- demirik. Əslinə baxanda axı niyə belə olmalıdır ki? Mən ilk dəfə sürücülük vəsiqəsi almaq üçün kurslara yazılanda (bu vətəndən uzaqlarda, başqa ölkədə baş versə də) dinləyicilərin demək olar ki, 70 %-i məhz qadınlar idi. Onların böyük əksəriyyətinin dərslərə ciddi yanaşmalarının, nəzəriyyəni bütün kişilərdən gözəl öyrənmələrinin şahidi oldum. Bəs görəsən nə üçün qadın sürüculər haqda bu qədər lətifələr qoşulur, onların yollarda əsas problemləri yaratmaları haqda fikirlər yürüdülür?Şəxsən mənim fikrimcə bunun əsas səbəblərindən biri sükan arxasında oturan xanımlarımıza olan həddindən artıq diqqət etməyimizdir. Istənilən halda əgər siz yola çıxanda hamının diqqətini özünüzə çəkirsinizsə, bu zaman kimin əlləri əsməz axı? Buna elmi dildə avtofobiya deyilir. Yaxşı olardı ki, qadinlara ifrat diqqətdənsə bir az artıq nəzakət göstərilsin, arxadan yersiz siqnal verməklə onsuz da iynə üstündə oturmuş sürücünü özündən çıxartmasınlar.Sürücülərimiz haqda bu qədər...
Bəs qadın üçün avtomobil nədir?
Psixoloqlar qeyd edir ki, kişilər üçün avtomobil hər şeydən əvvəl prestij və nəaliyyət rəmzidirsə (fikir vermisinizsə həmişə deyirlər: filankəsin maşıni, evi, baği var, məhz bele ardıcıllıqla) .Qadınlar üçün avtomobil məhz hərəkət vasitəsidir.Vaxt azlğından həmişə şikayətləndiyimiz bir vaxta onların bütün işləri görə bilməsi üçün (uşaqlar, alış-veriş, gözəllik salonu və s.) avtomobil əvəzsiz dosta çevrillir.
Bütün bunları ilk öncədən iri avtomobil istehsalçıları hiss edərək, məhz qadınlar üçün avtomobil buraxılışını ildən-ilə artırırlar. Diqqət yetirsək görərik ki, bu sahədə də qadınlar öz ənənələrinə sadiq qalaraq daha yiğcam, daha sərfəli, daha mobil maşınlara üstünlük verirlər. Rənglərə gəldikdə yenə də qadın zövqü qalib gəlir.Onu da qeyd etmək yerinə düşərdi ki, statistikaya göre ən "təhlükəsiz" sayilan rəng məhz qadınların üstünlük verdiyi sarı rəng sayılır.
Bir qədər də avtofobiyadan azad olmaq üçün bəzi mütəxəssis məsləhətləri haqda.
Avtofobiya bir növ psixoloji xəstəlik olduğundan ona qalib gəlmək olar və lazımdr.Bir çox sürücülər bunu yollarda təcrübə yığa-yığa nail olurlar.
1. Əgər siz yenicə sükan arxasına oturmusunuzsa bundan utanmayın.Arxa şüşədə uyğun nişan bərkitməklə bunu hamıya bildirə bilərsiniz. Yadınızdan çıxartmayın ki, yol hərəkəti iştirakçıları buna adekvat reaksiya verər, axı onlar da nə vaxtsa beləcə başlamışlar.
2. Avtomobilə ilk zamanlar yalniz lazim olanda yox, daha tez-tez əyləşin.Axı qorxu hissinə yalnız təcrübəylə qalib gəlmək olar.
3. Getdiyiniz marşrutu tez-tez dəyişin ki, gələcəkdə çətinliklər az olsun.
4. Çalişın ki, həmişə öz bilik və bacarığınıza daha çox inanasınız.
5. Emosiyalariniza nəzarət etməyi öyrənin.Özünüzü itirdikdə qəza işıqlarını yandırıb avtomobili saxlayın.Nəfəsinizi dərib, özünüzə gəlməyə çalışın.Buna görə heç kim sizi qınamamalıdır.
6. Digər sürücülər qaydaları pozursa heç vaxt hirslənib özünüzdən çıxmayın.Stress vəziyyətində diqqətiniz həmişə yayınır, reaksiyanız isə zəifləyir.
7. Yalniz qarşıda gedən avtomobilin arxasını yox, bütün yolu görməyə çalışın.
Ən əsası gülüş obyekti olmaqdan qorxmayın.Əvvəla qeyd etdiyim kimi, hamı nə vaxtsa məhz belə maşın sürüb.Bir də ki, necə deyərlər çöp həmişə qorxan gözə düşür.
XƏBƏR LENTİ
“Instagram”da yeni fırıldaqçılıq
Yaponlar Lexus-u dəyişdilər
Hava haqqında
Cemli rulet (foto resept)
Həqiqət acı olsa da...
Azərbaycan tarixindən yüz şəxsiyyət-57
Ermənilər Xankəndidən niyə əl çəkmir? - VİDEO
Gözəl gözlərə sahib olan hindistanlılar
Bred Pittlə Anjelina Coli razılığa gəldi-FOTO
Monika Belluçi ETİRAF etdi-FOTO
Soyuducunun necə yarandığını bildirsinizmi?
Həkimlər xəbərdarlıq edir
Coca-Cola-da təhqir çıxdı
Rəngli gəlinlik modelləri
Toy rəqsi
Tartolet (foto-resept)
Gilaslı, limon souslu keks (foto-resept)
Həftənin ilk iş gününün HAVAsı açıqlandı
Sağlam beyin üçün tövsiyələr
Koronavirus peyvəndinə əks göstərişlər açıqlanıb
Hər şey öz əlimizdədir
160-dan çox ölkə bu qidaları QADAĞAN EDİB: alma, çörək, ət...
Kartofun dəriyə faydası
21 yaşlı qız hər kəsi şoka saldı!
Quş qripinə görə monitorinqə start verildi
Gül kələmli pizza (foto resept)
Xalq təbiblərinin bəzi məsləhətləri
Bank kreditləri: bizdə də ABŞ-dakı kimi olsun?
Azərbaycanlılara ailə təhsili lazımdırmı?
Körpəni ana südündən necə ayırmalı?
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
11-ci sinif şagirdlərinə bəd xəbər
Günün qoroskopu: şəxsi münasibətlərlə işgüzar əlaqələri qarışdırmayın
Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi
Əvvəlki illərin məzunları üçün imtahandır
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Bakı bulvarı ancaq varlılar üçündür?
Məşhur aktyor 1 milyonluq yardım etdi
Uşaqlar kifayət qədər hərəkət etmir
Şəki kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır
Günün qoroskopu:Uğurlu gündür!
Bu müəllimlərin maaşı artırılacaq
Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO
Ən gözəl bilərzik kombinasiyaları
Bakıya 12 milyon doza gətirildi
Tramp daha iki hind quşunu xilas etdi
Qar uçqunu 216 adamı öldürüb
Qadın.Net-li dostum
Əmgək problemi
Mirvari sırğalar
- ŞƏRHLƏR