Evlilik yeni həyata başlamaqdır. Gözəl, amma kompleksli, şirin, amma çətindir. İnsanın tanımadığı biri ilə uzun səfərə çıxması, müxtəlif şəraitlərdə bir yerdə yaşaması, əlbəttə, asan deyil. Sizə təqdim etdiyimiz bu resept yeni ailə quranlar üçündür:
Subaylığa "əlvida" deyin
Hər şeydən əvvəl subaylığa zehnən vida edin. Yeni bir həyata başladığınızı unutmayın. Subaylıq günlərinizdəki "Harada axşam, orada səhər!" səhifəsini bağlayın. "Subaylıq sultanlıqdır" yerinə "Evlilik sultanlıqdır" cümləsini qoyun.
Möhkəm ünsiyyət
Yoldaşınızın bədən dilini öyrənin. Jest və mimikalarını doğru mənalandırın. Sağlam ünsiyyət qurun. Danışmaqdan və mədəni ölçülər çərçivəsində yoldaşınızın xətrinə dəymədən mübahisə etməkdən qorxmayın. Ən pis şey susqunluqdur. Sizi narahat edən məsələlər üst-üstə yığıldıqda özünüz belə hiss etmədən vulkan kimi partlaya bilərsiniz.
Nəzakəti əldən buraxmayın
Nəzakətli, mədəni, başa düşən, hörmətli və ciddi olun. Sadə işlərin hesabını apararaq sadə düşünməyin. Nəzakət insana, kobudluq isə daş və qayaya yaraşır. Mübahisə etsəniz belə, mütləq barışacağınızı, onsuz da barışmağınız lazım olduğunu əsla unutmayın.
Yoldaşınıza zaman ayırın
Mümkün olduqca yoldaşınıza daha çox zaman ayırın. Evdə birlikdə ikən zamanınızı TV, ya da kompüter başında keçirməyin. Eyni dam altında iki ayrı insan olmayın. Xüsusilə hobbiləriniz uğruna yoldaşınıza olan marağınızı və bilavasitə xoşbəxtliyinizi kölgə altına salmayın.
"Niyə evləndim ki!" sözü deyilməməlidir!
Evliliyinizdə qarşılaşdığınız problemlər ucbatından peşmanlıq nümayiş etdirməyin. Həyat yoldaşınızın yanında "Axı niyə evləndim!" sözünü işlətməyin. Hər evlilikdə xırda-para çətinliklər olur. Əhəmiyyətli olan maneələrə fikir vermədən çətinliklərin öhdəsindən gəlməkdir. İdeal evlilik xəyallarına ilişib qalmayın. Dünyanın və ölkənin bu qədər çətinliyi içində "mübahisəsiz" evlilik ola bilməz. Hər evlilikdə bunlar olur. "İdeal" adlandırılan cütlüklər bu böhranlarda manevr qabiliyyəti yüksək, üzr diləyə bilən, kiçik şeylərə ilişməyən və bağışlayan cütlüklərdir.
Səbirli olun
Evlilikdə xoşbəxtliyin yolu səbirdən keçir. Gənclər evlənən kimi xoşbəxtlik ölkəsinə uçmaq istəyir. Qarşılarına çıxan kiçik bir çətinlikdə əlləri ayaqlarına dəyir. Halbuki, dəmir atəşdə döyülmədən şəkil ala bilməz. Meyvə günəşdə yanmadan yetişməz.
Bəzi insanlar rahatdır. Yaradılışdan şən və xoşbəxtdir. Xoşbəxt olduqları üçün yoldaşlarını da xoşbəxt edirlər. Lakin bəzilərini xoşbəxt etmək asan deyil. "Mən çətin insanam" deyib işin içindən çıxmaq hünər deyil. Hünər - asan yaşanıla bilən insan olmaqdadır.
Fədakarlıq təktərəfli olmamalıdır
Həyat yoldaşınız xoşbəxtliyiniz üçün nə qədər fədakarlıq göstərərsə, siz də bir o qədər fədakarlıq göstərin. Fədakarlığı həmişə qarşı tərəfdən gözləmək eqoizmdir. Eqoizmsə xoşbəxtliyi təkcə zədələməklə qalmır, zamanla fədakar yoldaşı da bezdirir.
Evə 'dərd' gətirməyin
Əgər ailələriniz problemlərinizi həll etmək yerinə hadisələri daha da böyüdərək yoldaşınızla aranızı pozursa, onları problemlərinizdən uzaq tutun.
Evlilik ruhunu meydana gətirin
Xoşbəxtlik ruh kimidir. Ruh bədənə girmədən bədən canlanmadığı kimi, xoşbəxtlik ruhunun olmadığı evliliklər də cansızdır. Evin əşyalarında da bir yabanılıq hiss olunar. Həyat yoldaşınızı xoşbəxt etməyə çalışın ki, o da sizə xoşbəxtlik kimi geri qayıtsın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Evlilik məsləhətləri
Barmaqlarımız haqqımızda nə deyir?
Ukrayna Tiflisə Saakaşviliyə görə "yox" dedi
Bir az da əylənək
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başlayıb
Bel hissənizdəki yağları əridəcək içkilər
Günün ulduz falı
Bel və kürək piyləri ilə mübarizə
Günün ulduz falı
"Jara" festivalına o da gəlir-VİDEO
Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!
52 yaşlı ulduz görənləri TƏƏCCÜBLƏNDİRİR
5 kiloqram arıqladan kök pəhrizi.
HAVA necə olacaq?
Sızanaq izləri üçün maska
Quran və elmi kəşflər
Ərdoğandan bütün qadınlara qeyri adi təbrik -Video
Hindlilərin xoşbəxtlik məsləhətləri
Hava haqqında - 20.01.2014
Kitab qadağası
Sevdiyiniz şəxsə söylənilən ləqəblər
Yay kimi gərilən insan...
Serenay xəstəxanaya yerləşdirildi-SƏBƏB
YouTube artıq çatdırmır
Məşhur cütlük yenidən barışdı
Mavi ayaqqabılar
Bu, milyon ildə bir olur
Toyuq ətli, kartoflu piroq (foto resept)
ÜST-dən stadionlarla bağlı XƏBƏRDARLIQ
Boğazında qaşıq qalmış gənc-FOTO
Tərtərdə nə baş verir?
40 yaşından sonra evlənən məşhurlar
Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR
Bayramda neçə gün iş olmayacaq?
O, mənə xəyanət edir!
Ana dilimizə sahib çıxaq
Dolu yağacaq
Günorta yaranan baş ağrılarının səbəbləri
Nokia Lumia 1520-ni göstərəcək
Nə üçün əsgər paltarları xaki rəngdədir?
Diş ağrısını azaldan üsullar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda artan əməliyyat - mədə kiçiltmə
Məkkəylə bağlı 8 elmi fakt: hərəkət dayanmır; niyə saat əqrəbinin əksinə?
Antibiotiklər: xeyri, yoxsa zərəri daha çoxdur?
Küləkli hava Şəkini işıqsız qoydu
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Dəbli kostyumlar (1)
Pilot sükan arxasında yatdı
Qadınlar və kişilər hansı iPhone-u seçirlər?
- ŞƏRHLƏR