İnsan ictimai varlıqdır və fərdiləşmə müddətində fərdiliyini qoruyarkən eyni zamanda cəmiyyətlə də uzlaşma içində yaşayır. Ancaq bu tarazlığın pozulmasına səbəb olan bəzi düşüncə formaları vardır.Bu xəbərdə insanların xoşbəxtliyini və azadlığını ciddi şəkildə baltalayan, özü olmasına heç cür icazə verməyən, fərdi şəxsiyyətini ifadə etməkdən saxlayan, başqalarının məmnuniyyətini prioritetinə çevirən və insanı getdikcə təkliyə sövq edən düşüncə qəliblərinə sahib olan kəslərdən danışacağıq.
Bu elə bir çətinlikdir ki, bəzi adamlar fərqində olmadan həyat ilə bağları qopmuş, daha hirsli və getdikcə özünə qarşı yadlaşmış bir vəziyyətə gəlirlər.
"Başqalarının nə dediyinə" görə yaşayanlardan, başqalarının özü haqqında davamlı mühakimədə olduğunu düşünüb ona görə davrananlardan, davamlı xarici istinadlarla hərəkət edənlərdən, özünə aid bir fikri və təşəbbüsü ortaya qoymaqdan çəkinən kəslərdən bəhs edirəm. Daxil olduqları hər mühitdə sınanmaq qayğısı yaşayanlar üçün həyat həqiqətən də çox çətin olar.
İnsanları incitməkdən qorxmaq, "Yox" deyə bilməmək, mənfi duyğusunu dilə gətirə bilməmək, "Hər kəs məni sevsin" deyə gözləmək - bütün bu davranışların təməlində yatan əsas səbəb "Tək qalmaqdan qorxmaqdır".
Bu şəxslərin həyat tərzinə baxıldığı zaman, ümumiyyətlə, onların valideynləri ilə bənzər xüsusiyyətləri olur, ya da valideynləri ilə aralarında etibarlı əlaqənin qurulamamış olduğu aydın olur.
Ətrafdakı insanlar tərəfindən qəbul edilməyəcəyini düşündüyü üçün öz fikrini söyləməkdən boyun qaçırmaq, rədd edilməkdən qorxmaq, digər insanların yanında zəif olmaq, sevilməmək qorxusu, onunla maraqlanan birinin olmadığı düşüncəsi, insanların ondan uzaqlaşacağı və tək qalacağı kimi yanlış düşüncələr və səhv inanclar həmin adamın həyatına mənfi yöndə təsir edir. Belə adamlar ictimai həyatdan qaçır, ətrafındakı insanlarla əlaqədar yanlış fikir söyləyirlər. Bunun nəticəsində münasibətlər pozulur və sonda da təklik və depressiya ilə nəticələnir.
Burada ironik olan budur - ümumiyyətlə, başqalarının özü haqqında nə düşündüyü mövzusunda "falçılıq" edib ona görə hərəkət edənlər, əslində öz düşündüklərini sanki qarşısındakının düşüncəsiymiş kimi qəbul edirlər. Bu, insan əlaqələrindəki yamsılamadır və belə yaşamağa çalışmaq çox çətindir.
Yeni tanış olduğu insanların olduğu mühitdə şəxsin "Mən sözə başlasam, kimsə söylədiklərimə maraq göstərməz" düşüncəsiylə susması tamamilə özünün düşüncəsi ilə əlaqədar vəziyyət olsa da, o, bunu qarşı tərəfin düşüncəsi kimi qəbul edir. Bundan tez-tez istifadə edən şəxslərin münasibətlərində də ciddi çətinliklər yaşanar. Düşüncə sxemləri erkən yaşlardan etibarən səhv formalaşdığı üçün həmin şəxslər əlaqələrdə obyektiv olaraq anlamaq, şərh etmək və reaksiya vermək davranışları göstərə bilməzlər. Ekspert dəstəyi almaqla belə vəziyyətin öhdəsindən gəlmək mümkündür. İnsan olduğumuzu unutmadan insan olmağa icazə vermək, hər kəsin bacardığı kimi yaşamağa çalışdığını düşünmək lazımdır.
XƏBƏR LENTİ
Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponat
AFFA klubları cərimələdi
Bitcoinlar hakerləri fəallaşdırıb
Bergüzar Korel mahnı oxudu - VİDEO
"Dünya Gözəli - 2014" seçiləcək
"Cenevrə-2" iştirakçıların siyahısı hələ razılaşdırılmayıb
Britni Spirs keçmiş ərinə 110 min ödədi
Hande Demet haqqında danışdı
Bu günün hava proqnozu-01.11.2013
Ana südü hansı orqanın məhsuludur?
Gözlər qəlbin aynasıdır
Bela Hadid geyimi ilə yenə təəccübləndirdi - FOTO
Xroniki burun tıxanıqlığı
Doğulmağın, yaşamağın çətin - getməyin asan olduğu bədbəxt ölkə
Bakıda "Şalvarsız aksiya": bu nədir?
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
Saçlarımızı qoruyaq
Bu gün yağmursuz hava olacaq
Oğlan uşaqları üçün yataqlar
Portağallı piroq (foto resept)
Adeli görənlər tanımadı-FOTO
Bakıya yağış yağacaq
2017-ci ilin xüsusi donları
Bu il 2020-ci ildən daha qısa olacaq
Restorana səyahət
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Nazir hər iki ayağını itirmiş Qarabağ qazisi ilə bağlı GÖSTƏRİŞ verdi
Ən nüfuzlu brend seçildi
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Kiçik xalçaların toxunma qaydası (Video)
Kafir
Su çərşənbəniz mübarək!
"Final yolunda gözəl qələbə qazandıq, amma..."
İngilis çayı (foto-resept)
Əlil və şəhid ailələrinə yeni yaşayış binaları veriləcək
Ərdogan Azərbaycana başsağlığı verdi
Şeyma Subaşı Trampa yazdı
ÜST: Pandemiyanın başa çatması üçün dünya əhalisinin 70 faizinin vaksinasiyası lazımdır
Evini zibilxanaya döndərənlər...
Cəbhədən xəbər var
HAVA necə olacaq?- 4 MAY
Havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
Yağış yağacaq, şimal küləyi əsəcək
Kişi tipləri (Onu tanıyırsınızmı?)
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
Yaşam indeksi ən yüksək olan şəhərlər – SİYAHI
Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?
Valideynlərə deməkdən çəkinidiyimiz 15 şey
Qarpız naxışlı peçenye (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-3 Fevral
- ŞƏRHLƏR