İnsanlar niyə depressiyaya girir?
Depresiv olmaqla depressiyada olmaq arasındakı fərqi bilirsinizmi? Yaxşı bəs bir yaxınınız depressiyadadırsa ona qarşı necə davranmalı olduğunuzu bilirsiz?
Ən çox qadınların depressiyaya girdiyini, depressiyanın 40 yaşından sonra daha çox görüldüyünü, lakin, buna baxmayaraq, uşaqlarda da ortaya çıxa biləcəyini bilirsinizmi? Bəs insan niyə depressiyaya girir? Genetik faktorlarmı, yaşanan hadisələrmi təsirlidir depressiya üzərində? Adam depressiyada olduğunu necə anlaya bilər? Depressiyada olmaqla depresiv olmaq arasındakı fərq nədir? Psixologiya Eksperti Dr.Haşmət İşıqlı depresiyanı belə izah edir ...
Spirt və siqaret depressiyaya gətirib çıxarmaz, ancaq depressiyaya meyl spirt və siqaret istəyini özüylə bərabər gətirə bilər. Depressiyayla birlikdə spirt asılılığını olduqca çox görürük. Ancaq spirt istifadəsi depresiyanı artıran bir faktordur. Adam spirt aldıqda rahatlayar, lakin ertəsi səhər qalxdığında özünü daha çox depresiv hiss edər.
Depressiyanın mövsümlərlə də əlaqəsi vardır. Xüsusilə bahar aylarında artım görülür. Təkrarlayıcı bir narahatlıq olduğu üçün də bu dövrlərdə mütləq diqqət yetirmək lazımdır.
Depressiya ən çox kimlərə görülür?
Depressiya əvvəllər 40 yaşdan yuxarı insanlarda ortaya çıxardı. Ancaq zəmanəmizdə depressiya 20 yaşa qədər enmiş vəziyyətdədir. Yenə də 40 yaşından sonra daha çox görülür.
Depressiya qadınlarda daha çox görülür. İntihar cəhdi də qadınlarda daha çoxdur.
Ancaq depressiya nəticəsində intiharla ölüm nisbəti kişilərdə daha yüksəkdir.
Subaylıq, işsiz olma, ailə dəstəyinin olmaması, spirt ya da narkotik maddə istifadəsi depressiyaya meyli artıran vəziyyətdir.
Depressiya zamanı əhəmiyyətli bir narahatlıq vardırmı?
Depressiyanın nəticələri əhəmiyyətlidir. Funksionallıq və adamın həyatını məhv etməsi, intihar potensialı daşıması amillərini nəzərə alaraq diqqət yetirilməsi lazım olan bir xəstəlikdir. Psixi narahatlıqlar arasında ən çox intihar depresiv vəziyyətlərdə ortaya çıxır. Buna görə də mütləq müalicə edilməsi lazımdır.
Ən az 6 ay dərman istifadə etməyi, uzun müddət də psixoterapiya görməyi tələb edən bir ruhi narahatlıqdır. Müalicələr əhəmiyyətlidir, çünki depressiyaya gətirib çıxaran meylləri aradan qaldırmasaq müalicədə yaxşı nəticə əldə edə bilməzsiniz. Müalicə prosesinin nə qədər davam edəcəyi fərdi fərqliliklərə bağlıdır. Bəzən üç seansda nəticə alına bilər, bəzən 2 il çəkə bilər. Bu problemlərin nə qədər dərində olduğuyla əlaqədardır.
Depressiyanın dərman müalicəsi və terapiylə bərabər təqib edilməsi lazımdır. Çünki depressiya əgər müalicə edilməzsə 60% yenidən təkrarlanır.
Depressiyayla depresiv duyğu vəziyyətini bir-birindən ayırmaq lazımdır. Depressiya çəkdiyimiz səxəntılar, uğursuzluq və s. hallarda ortaya çıxır. Bir neçə saat ya da bir neçə gün çəkib ortadan itir.
Bir duyğu vəziyyətinə depressiya deyə bilməyimiz üçün həftələr boyu davam edən bir vəziyyətin ortaya çıxması lazımdır. Gündəlik fəaliyyətləri davam etdirməkdə bəzi çətinliklərin görülməsi və daha əvvəl zövq aldığımız fəaliyyətləri edə bilməmək və ya edərkən əvvəlki kimi zövq almamaq depressiya halı sayılır. Hər ağlayanı və ya hər kədərli olanı da depressiyada olaraq qiymətləndirə bilmərik.
Bəzən xəstənin yaxşı halını görərsiniz, üzü gülür, amma əslində bu hal depressiya ola bilər. Məhz bu səbəblə bütün həyatı nəzarətdə saxlamaq lazımdır.
Depressiyadan özümüz azad ola bilərikmi?
Bu depressiyanın ağırlığına bağlı olaraq dəyişir. Depressiya öz-özünə yaxşılaşar. Təbii ki, çox ağır depressiya deyilsə... Ancaq bu çox ağrılı və adamın həyatını pozan bir müddətdir. Buna görə də mütləq bir mütəxəssis tərəfindən müalicə edilməsi lazımdır.
Uşaqlıq çağı depresiyası gün keçdikcə artır. Diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli şey depressiyanın mənşəyinin nə olduğudur. Xüsusilə ilk 6 yaşa qədər olan uşağa davranışlar çox əhəmiyyətli olmalıdır.
Ailə içində həddindən artıq bir duyğu, uşağı özündən kənarlaşdırmaq kimi halların olmaması ya da həddindən artıq soyuq davranışların olmaması, uşağın tualet təhsilinin qatı bir şəkildə verilməməsi və uşaqla ünsiyyətin təmin edilməsi depressiyaya meylin qarşısını almaq baxımından çox əhəmiyyətlidir.
Valideynlərdən birinin, ya da uşağa baxan digər birinin itkisi depressiyaya zəmin hazırlaya bilər. Bu mövzuda edilə biləcək bir şey yoxdur təbii ki.
Uşaqlıq depressiyalarının müalicəsində vəziyyətə görə dərman istifadə edilə bilər. Ümumiyyətlə oyun terapiyası tərzində bir müalicə olmalıdır. Uşaq 13-14 yaşlarındadırsa normal psixoterapiya tətbiq oluna bilər, ancaq yaşlılardan fərqli üsul tətbiq olunur.
Depressiyada olan biri ilə ətrafındakılar necə davranmalıdır?
Normal, heç bir şey olmamış kimi davranmaq lazımdır. Ancaq xəstə depressiyaya girdiyi, funksionallığı azaldığı, gücsüz qaldığı və bir şey etmək istəmədiyi zaman ailələr ya da yaxınları tərəfindən çətinlik çəkir. "Çölə çıx, tətilə get" kimi sözlərlə razı edilməyə çalışırlar. Halbuki mühit dəyişikliyinin xəstəyə heç bir faydası olmaz.
Depressiyadakı xəstəyə deyiləcək olan sözlər budur: "Biz buradayıq, sənə hər zaman dəstək olacağıq. Narahatlığın keçəcək, sən ürəyin nə istəyirsə onu et, ürəyin heç bir şey etmək istəmirsə də heç bir şey etmə və s."
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda benzinin ucuzlaşacağı proqnozu
Səkinə İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Kölgə sənəti
Dəb haqqında 30 mif
Qaranlıq qorxusu
Rihanna artıq çəkiləri ilə diqqət çəkir-FOTO
Gürcüstandan Azərbaycana Qarabağla bağlı DƏSTƏK
Övladlığa götürülən uşaqlara görə müavinat necə veriləcək? - AÇIQLAMA
Filippin qasırğanın əsirinə çevrilib
Yeni növ canlı alimləri dəhşətə gətirdi-FOTO
TQDK yeniliyə hazırlaşır: variant ləğv olunacaq
Həbib Ronaldonun elə görüntülərini paylaşdı ki... - VİDEO
Culyetta Drueni və Viktor Hüqo
Bu rayonlarımızda qızları ərə yox, elmə verirlər
Vladimir Putin Makronla telefonla danışıb: Sabahkı üçtərəfli görüş müzakirə olunub
Göz ətrafındakı qırışlardan xilas olmağın yolu
Toxluq hissi yaradan 5 ərzaq
Tanış olun: Jaguar F-Type R Coupe
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hər üç şəxs üçün Prezidentin aylıq təqaüdü təyin edildi
Almaniya İŞİD-lə bağlı qərar verdi
Mübarizsiz 10 il...
Yadplanetlilərlə görüşə hazırsınız?
Muradla Aslının arasına o girib?
Yeni xəstəlik COVID-19-dan daha dəhşətli olacaq-Həkimdən şok açıqlama-VİDEO
Əti süni şəkildə bahalaşdırıblar - Nazirlikdən AÇIQLAMA
İstirahət gününün HAVAsı
Sinqapurda yeni super otel tikiləcək
Günün qoroskopu: danışmaqla bahəm, qulaq asmağı da bacarsanız, yaxşıdır
Google şirkəti Qreys Hopperi andı
2080-ci ilə qədər 20 dövlətdə…-Ailm rəyi-FOTO
Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır - RƏSMİ
Azərbaycanda koronavirus xəstələrinin sayı 400-ə çatdı
Fotoşopsuz sənət
Leyla Əliyeva Federasiya nümayəndələri ilə görüşdü
Kişilər üçün üz maskaları
Yaşıl pomidor turşusu (foto resept)
Millət vəkili xəyanətdən yazdı
Bəstəkar Arif Məlikovun 82-ci doğum günü
"Yüzleşme" serialı reytinq qurbanı oldu
Azərbaycan, Rusiya və Ermənistanın başçılarının imzaladığı birgə bəyanatın mətni - FOTO
Futbola görə toya kimsə getmir
Avronun məzənnəsindən xəbəriniz var?
Duman açıqlaması
Şokoladlı bezeli tort (foto resept)
"Korrupsiyaçının Allah bəlasını versin!"
Koronavirusun hüceyrələrə yayılmasının görüntüləri - FOTO
Özümüzü necə motivasiya edək?
Putinin gənclik Sirri Açıldı-FOTO
“Youtube”da ən çox o izləndi - 3 günə 1 milyon
Türkiyədə dolların məzənnəsi tarixi maksimuma yüksəlib















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]