Bu gün Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti, professor Arif Məlikovun doğum günüdür.
ANS PRESS-in məlumatına görə, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışır.
Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir. Onun yaradıcılığında yüksək ideya, dolğun məzmun və obrazların dərin emosional-psixoloji ifadəsini görmək mümükündür.
Arif Məlikov nəinki Azərbaycan, eləcə də öz musiqiləri ilə bütün dünyanın diqqətini özünə cəlb etməyi bacarıb. Hələ 1961-ci ildə D.Şostakoviç onun haqqında yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir."
Görkəmli ustadın yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti ona dünya şöhrəti qazandırıb. Arif Məlikovun əsərləri - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademik Arif Məlikovun istedadı təkcə bəstəkarlıqla bitmir, o, həmçinin, çox gözəl rəssamdır. Onun çəkdiyi rəsm əsərlərini dünya rəssamların əsərləri ilə də müqayisə etmək olar.
Bunu Azərbaycanın xalq artisti Brilliant Dadaşova da təsdiqləyir. Onun "Güllər" musiqisini yazan və həmin mahnının klipində iştirak edən Arif Məlikovdan ağız dolusu danışan xanım müğənni: "Arif müəllim nəinki möhtəşəm bəstəkar, eyni zamanda gözəl rəssamdır. Mənim "Güllər" klipimdə də onun necə rəsm çəkdiyini görə bilərsiniz", - deyə vurğulayıb.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Arıqlamaq üçün məsləhətlər(2)
Azərbaycanda daha 338 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Bütün Yerdə pulsuz internet olacaq?
BÜRCLƏR bizə nə vəd edir?- 6 fevral
Sarımsaq haqqında bilmədiklərimiz
Ebola bitmədi
Serdar Ortaç koronavirusa yoluxub?
Uşaqların məktəblərə qəbulunda yeni qaydalar
Hazalla Burak arasında QALMAQAL- FOTO
Səyyar ASAN xidmət bu rayonlara gəlir
"Arka Sokaklar"da 13 il sonra ayrılıq - FOTO
Sibel Canın FOTOsu diqqət çəkdi
Buz bağlamış Venesiya - FOTOSESSİYA
İraq ordusu dinc sakinləri Mosulun tarixi mərkəzini tərk etməyə çağırıb
Burakın aktyorluq karyerası ilə bağlı hər şey məlum oldu
Ehtiyatlı olun: WhatsApp virus yayır
II Avropa Oyunları Niderlandda keçiriləcək
Kartoflu ispanaq kotleti (foto resept)
I siniflərə şagirdlərin qəbulu başlayır
Rusiyanın müdafiə naziri koronavirusa qarşı peyvənd vurdurdu
Pərəstişkarı Muradla Aslının barışığını sübut etdi - FOTO
İdmançımız finişə hamıdan tez çatdı
TQDK bu gün qəbul imtahanının nəticələrini açıqlayacaq
Brus Uillis 4 milyonluq ev aldı - FOTO
Günün qoroskopu:Maddi perspektivlərinizi dəqiqləşdirin
Günün qoroskopu: Atdığınız addımları təhlil edin
Beyinlər niyə axır?
HAVA necə olacaq?-31 yanvar
Ziyafət üçün baş örtükləri
DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
Turşməzə piroq (foto resept)
Prezident başsağlığı verdi
Putindən ərəbləri şoka salan qərar
Yaşayış yeri haqqında arayış elektronlaşdı
Mehriban Əliyeva pomidor-yumurtanı necə bişirib?
Lotereyada $4 milyon uddu
55 ölkə Bakını izləyəcək
Alimlər 2020-ci ilin iqlim müşahidəsi tarixində ən isti beşliyə daxil olacağını proqnozlaşdırırlar
Facebookun qurucusu ata oldu
Yaxşı dostun hansı xüsusiyyətləri olmalıdır?
Cəmi iki uşağınız var? Nahaq...
Azərbaycanda işsizlərə sığorta pulu veriləcək
11 sentyabr”da kral izi
80-cı illərin saç sancağı geri qayıtdı
İşğaldan azad olunmuş ərazilərdəki keçmiş erməni postlarından reportaj - VİDEO
Sərnişinlərə vəd: "Mütləq dəyişdiriləcək"
Bunları bilirsinizmi?
"Yutub"u BAДћLADILAR - Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün...
Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM
HAVA necə olacaq? 6 İyul














