
Ukraynaya görə Qərb dünyası ilə burun-buruna gələn Rusiyanın iqtisadi vəziyyəti "uruscadır". Avropa və Amerika ilə ticari əlaqələri kəsilən şimal qonşumuzun məhsullarını satmaq üçün alternativ bazarlar axtarır. Çin, Hindistan, Şimali Afrika, Orta Asiya, o cümlədən Cənubi Qafqaz xilas yolu kimi görünür. Prezident Vladimir Putinin, digər dövlət rəsmilərinin də son dövrlər dünya ölkələrinə səfərlərinin arxasında yeni iqtisadi tərəfdaş axtarışı olması heç kimə sirr deyil.
Rusiyanın dövlət rəsmilərindən biri də bir neçə gün öncə Bakıya gəldi. Azərbaycana rəsmi səfərə gələn RF Baş nazirinin müavini Arkadi Dvorkoviç ölkəmizdə bir sıra görüşlər keçirdi.
Rusiyanın RİA Novosti agentliyi Dvorkoviçin Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşünü xüsusi vurğulayır. Agentlik bildirir ki, Rusiya Federasiyasının vitse-premyeri bildirib ki, Azərbaycan və Rusiya hökumətləri bir neçə sənədin imzalanmasını müzakirə edir.
Söhbət 2020-ci ilə qədər sərmayə sahəsində əməkdaşlıqdan, o cümlədən iki ölkənin energetika sisteminin sinxronlaşdırılması, Rusiyanın birbaşa sərmayələr fondu və Azəraycan Dövlət Neft Fondu arasında investisiya platforması yaradılmasından gedir.
"Belə razılıqlar ticarət-investisiya sahəsində iqtisadi layihələr üçün əsasdır. Moskvaya qayıdanda işlərin sürətləndirilməsi barədə göstəriş verəcəm", - deyə Rusiyanın vitse-premyeri qeyd edib.
Azərbaycanla Rusiya arasında enerji sahədə əməkdaşlıq ölkəmizə nələr vəd edir?
Məlum olduğu kimi, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları artıq öz “faydasını” verməyə başlayıb. Bu ölkənin milli valyutası xeyli ucuzlaşıb. Qonşu dövlətlərin milli valyutaları arasında böyük uçurum yaranıb. Milli valyutanın ucuzlaşması ucbatından Rusiyada istehsal edilən məhsullar Azərbaycan, Qazaxstan, Gürcüstan və digər qonşu dövlətlərdə istehsal edilən eyni məhsullarla müqayisədə xeyli ucuz başa gəlir. Rusiyanın ixrac imkanları genişlənir, qonşu ölkələrdəki yerli istehsal sıxışdırılır. Məsələyə sırf biznes nöqteyi-nəzərindən baxılarsa, hər hansı bir məhsulun baha istehsalındansa, Rusiyadan ucuz idxalı daha sərfəlidir. Bu məsələni neft məhsullarına da şamil etmək olar.
Artıq Rusiya ilə qonşu olan ölkələrdə neft məhsullarının ucuzlaşması müşahidə olunur. Ötən gün Qazaxıstanın energetika nazirliyi Ai 92/93 benzininin və dizel yanacağının qiymətinin endirilməsi barədə qərar verib. Ölkə ərazisində dizel yanacağının, Ai 92 və Ai 93 benzinlərinin qiyməti müvafiq olaraq 99 tenge (0.53 dollar), 107 tenge (0.58 dollar) və 109 tengeyə (0.59 dollar) endirilib. Benzinin qiymətinin aşağı düşməsi ölkənin neft bazarlarının Rusiyanın neft məhsulları ilə dolması, rublun tenge ilə müqayisədə ucuzlaşması fonunda baş verir.
Qazaxıstanın Energetika Nazirliyi və "KazMunayQaz" şirkəti Rusiyadan daxil olan ucuz benzinə görə narahatlıqlarını bildiriblər. Bu proses Qazaxıstanın neft emalı müəssisələrinin işini dayandıra bilər.
Azərbaycanda da analoji situasiyanın yaranması mümkündür. Ölkəmiz hazırda Ai 95 premium markalı benzini xaricdən idxal edir. Ölkəmizdə Ai 95 markalı benzinin idxalının istehsaldan daha səmərəli olduğu üçün belə bir qərar qəbul edilib.
İndi dünyada yaranan situasiya fərqli şərtlər yaradıb. Yaxın vaxtlarda Ai 92 markalı benzinin də Rusiyadan idxalı yerli istehsaldan daha səmərəli ola bilər. Belə olan təqdirdə, sözsüz ki, əlavə xərclər hesabına yerli istehsalı dəstəkləmək səmərəsiz olardı. Əgər bu, baş verərsə, şimaldan daha ucuz gələn benzinin qiymətində niyə dəyişiklik olmasın ki?
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Demet Okanla barışması haqqında danışdı-FOTO
"Dünyanın ən qədim pendiri" rekordu yeniləndi-FOTO
Azərbaycanda səslə idarə olunan mini-kompüterlər yaradılır
MTRŞ ANS-in yayımının dayandırılması ilə bağlı məlumat yayıb
Yer kürəsinə həyat kosmosdan ötürülüb - ŞOK İDDİA
Təfəkkürü yaxşılaşdıran 10 QİDA
Gələn həftə son 68 ilin ən nadir hadisəsi baş verəcək
Təhsil Nazirliyi: "Heç kim işdən çıxarılmayacaq"
Ayrılıq səbəbi bəlli oldu-XƏYANƏT
Xətaidə yanan binanın sakinlərinə veriləcək MƏBLƏG
Beyons 100 milyon dollar qazanacaq
Berkay səhnəyə qızı ilə çıxdı-FOTO
Məşhur ulduzlar dünən və bu gün
Səmada fişənglə uçdular
Xərc olmasın deyə toy eləmədi-Gəlinliyi isə-ŞOK QİYMƏT
Ankarada "Xocalı şəhidləri" abidəsinin açılışı olub
Müəllimlərin diqqətinə: yeni qaydalar
Dünyada bir ilk
Böyük Feysbuk qalmaqalı
Azərbaycanda qışda "yaz havası" olacaq
Azərbaycan bu ölkələri geridə qoydu
Rusiya Qarabağ müharibəsindən nəticə çıxarıb PUA-larla silahlanacaq
Savçenko: "Sərt reaksiya verə bilərəm"
Ölüm vaxtını hesablayan şəbəkə yaradıldı - YENİLİK
Üzgüçülüyün faydaları
Tək övladların hərbi xidmət məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarıla bilər
Google-un xəritəsində Azərbaycana qarşı növbəti təxribata yol verilib
Şaurma (foto-resept)
Bu il manat yenə ucuzlaşacaq
Oksigen catışmazlığı ilə doğulan uşaqlarda elə zərərli vərdişlər yaranır...
Azərbaycanda ən populyar internet provayderi bilindi
Şokolad xülyası (foto resept)
Bakı Metropoliteni sərnişinlərin istifadəsinə nə vaxt açılacaq?
Rafet El Roman yenidən onunla evlənir? - FOTO
Ölkədə koronavirusun pik həddə çatma vaxtı hesablanır - RƏSMİ
Qan içmək istəyi oyadan xəstəlik
Torpaq sürətlə bahalaşır
ÜST koronavirusa qarşı kütləvi immunitet ideyasını tənqid etdi
Bayram günü HAVA necə olacaq?
İldırım vulkanları
Zakir Həsənov müharibə anonsu verdi
Hava necə olacaq?
Mikrodalğalı sobada kumpir (foto-resept)
Məleykə Abbaszadə Beynəlxalq Mütəxəssislər Qrupunda təmsil olunacaq
Sevgi psixoloji sərmayədir
Dövlətə xəyanətə görə cəza 20 ilə qaldırılır
İş yerini dəyişmək istəyən müəllimlərə XƏBƏRDARLIQ
"You-Tube" ilə bağlı inanılmaz qərar
Koronavirusa görə bu serial final edir
Müasir gəlinlər üçün fərqli nişan üzükləri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]