
İnkişafın normal getməsinə mane olan bir çox amillərdən birinin də hipoksiya faktoru olduğunu qeyd edən A.Qazıyev bildirib ki, belə nöqsanlı uşaqlarda yaşamaq qabiliyyətinin proqramında pozuntular olduğundan onlar çox asanlıqla insani keyfiyyətlərini unuda bilirlər. Ona görə də hamilə qadınları müasir texnologiyaların təsirindən yayındırmaq lazımdır.
İnstitut direktoru bildirib ki, elektromaqnit dalğaları hamilə qadına təsir etdikdə orqanizmdə hipoksiya əmələ gəlir: "Əvvəllər insanlarda hərəkət aktivliyi olurdu. Bu, bir çox şeyləri nizamlayardı. Qan durğunluğu inkişaf etməkdə olan prosesin energetik təminatını pozur. Bu zaman əmələ gələn nöqsanlar müxtəlif olur".
A.Qazıyev deyib ki, hazırkı dövrdə təbii qlobal iqlim dəyişikliklərinin intensivləşməsi və birbaşa insan fəaliyyəti ilə bağlı texnogen amillər yer üzərində yaşayan canlıların, o cümlədən insanların sağlamlıq göstəricilərinə, yaşamaq və nəsil vermək qabiliyyətinə arzuolunmaz təsir effektlərini artırıb. Bu baxımdan diqqəti cəlb edən amillərdən biri orqanizmin oksigenlə təmin olunma mexanizmində yarana biləcək nöqsanlardır. Sənayenin inkişafı nəticəsində atmosfer havasında karbon qazının böyük həcmdə toplanması, qlobal istiləşmə, oturaq həyat tərzi və müxtəlif streslər oksigen mübadiləsində çatışmazlıqlara səbəb olur, orqanizmin fəaliyyətinin intensivliyi lazımi səviyyədə nizamlanmır: "Bütün bunlar insanların laqeydliyinin nəticəsi deyil. Bunlar insanın yaşadığı bugünkü mühitin, inkişafın təsir effektləridir. Heç kim qlobal elektromaqnit dalğalarının yer üzünə düşməsinin qarşısını ala bilməz. Atmosferdə oksigenin mübadilə qatılığının dəyişməsinin, canlılara pis təsirinin qarşısını almaq mümkün deyil. Düzdür, bunu yüngülləşdirmək yolları var - ağac əkmək, havanı çox çirkləndirən zavodları bağlamaq və s. Ancaq bu, profilaktik işlərdir. Bu, son nəticədə problemi aradan qaldırmır. Buna görə də insanın bu proseslərə uyğunlaşmasının yollarını öyrənmək lazımdır".
A.Qazıyevin sözlərinə görə, bir sıra müəlliflər tərəfindən əldə edilmiş mühüm eksperimental-kliniki nəticələr əsasında sübut olunub ki, hamiləlik dövründə hipokineziya hamiləliyin gedişinə və nəticəsinə mənfı təsir göstərməklə, patoloji halların yaranmasına gətirib çıxara bilər. Azərbaycan alimləri müasir inkişafın, texnologiyaların tətbiqinin ana-döl münasibətlərinə təsirini araşdırarkən isə məlum olub ki, hipoksiya orqanizmin normal inkişafına kəskin təsir göstərməklə ananın fizioloji funksiyasında ciddi dəyişiklər yaradır. "Ana-döl" münasibətlərinin lazımi səviyyədə tənzimlənməsi mexanizmləri birbaşa oksigen təminatı və onun əsas məntiqi kimi enerji mübadiləsi ilə bağlıdır. Bu prosesin pozulması müxtəlif hadisələrlə, xüsusilə balanın düşməsi (ananın bətnində balanın saxlanmaması), mayalanmanın getməməsi, orqanogenez dövründə embrionun inkişafında bir çox pataloji halların təzahürü ilə nəticələnir.
A.Qazıyevin dediyinə görə, institutun əməkdaşlarının embrional inkişafın müxtəlif dövrlərində kəskin hipoksiyaya məruz qalmış heyvanlarla bağlı apardığı tədqiqatlardan aydın olub ki, hipoksiya baş beyində qlikoliz prosesini dəyişir - rüşeym dövründə baş beyin kontrola nisbətən daha çox, orqanogenez dövründə isə əksinə aşağı səviyyəli olur. Bu, həm təsir müddətindən, həm təsirin dərəcəsindən, həm də dölün inkişafının hansı mərhələdə olmasından asılıdır. Boğaz heyvanlara oksigen catışmazlığı ilk məhrələdə başqa, son məhrələdə digər formada təsir edir. Ən güclü təsir orqanogenez və rüşeym dövrlərində müşahidə olunur. Erkən mərhələdə oksigen çatışmazlığı olan heyvanlarda dölün məhv olması baş verir. Son mərhələdə artıq formalaşmış döllərin psixi fəaliyyətində oksigen çatışmazlığı nəticəsində problemlər yaranır, o, nevroz olur. Psixi pozuntuların nəticəsində zəif yaddaş, görmə, eşitmə sisteminin, hərəkət dinamikasının pozulması baş verir: "Psixoloji durumu belə olan adam gələcəkdə ya yaxşı müəllim, ya da iqtisadçı ola bilməyəcək. Onun cəmiyyətdən müəyyən dərəcədə kənar qalmaq ehtimalı çoxalır".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ermənistan sərhədlərinə qayıdır
Aleyna Tilki izləyicilərini qıcıqlandırdı_FOTO
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı və Müdafiə Nazirliyinin idarə rəisi vəzifələrindən azad edildilər
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlandı: 10 min işsizə vəsait ödəndi - VİDEO
1 əsrdən çox yaşı olan iki lüləkli samovar
Stereotipləri qıran Cahanə nənə
Qız saçlarını kola ilə yudu: gözlənilməz nəticə - FOTO
Şokoladlı pışka (foto resept)
Dəhşətli epidemiya ilə bağlı xəbər yayıldı
Tələbələr bu halda təhsil haqqı ödəməyəcək - RƏSMİ
Dekorasiyada qış rəngləri
Rəngarəng fincanlar
Pişiklərin sizi sevdiyini göstərən hallar
Putin İslamı qəbul edib?
WhatsApp yeni rejim işə düşəcək
Sürücülər bu səhvə görə 15 min manat cərimə ödəyəcəklər
Alimlərdən inqilabi ixtira
Dezodorantlar qorxunc xəstəlik yaradır
"Viber"də yeni funksiya
Günün qoroskopu:Bədxərclik etməyin!
Sabahın HAVAsı
Uşaqlarımızın otağını özümüz dizayn edək
Yaşlarını gizlədən məşhurlar-SİYAHI
Göbələkli toyuq (foto resept)
"Kanal S"in 5 yaşı tamam olur
Duyğu xarici qavramalar
Özcan Denizin xanımı gözəlliyi ilə diqqət çəkdi-FOTO
Adelin günlük qazancı hər kəsi heyrətləndirdi
Bakı bulvarı tamamilə internetləşdiriləcək
Yarmanın faydaları
"Gucci"-nin tarixi(2)
Arzularımın və xəyallarımın şəhəri-Roma!
Sıla Ahmet haqqında AÇIQLAMA verdi
Pişik sahibəsinin xərçəng xəstəliyini belə aşkarladı
Özge Ulusoydan Estetik AÇIQLAMASI
Kıvanç xanımı ilə Afrikada dincəlir - FOTO
Ağır xəstəliklərin carçısı. Qeyri-ciddiyə almayın!
“Afrika taunu”na görə Rusiyanın bəzi bölgələrində karantin elan edildi
Çayımızın da duzu var
Karantindən sonra şagirdlərə dərslər necə keçiriləcək? - EKSPERT RƏYİ
Orlando Blum və Keti Perri yenidən birlikdə-FOTO
Sosial şəbəkələr çökdü
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Bakıda xatirə gecəsində iştirak edib
Prezidentin qızları sərgidə
Mükafat sahibi sənətkardan gözəl şəkillər
“Stress çarxı”ndan sonra daha bir aksessuar satış rekordları qırdı - FOTOLAR
İnstaqramda ən çox izlənilən məşhurlar - Siyahı
İstədiyinizdə deyil, acdığınızda yeyin!
FİFA prezidenti İranı qadınlara stadiona getməyə icazə verməyə çağırıb
Hande Erçeldən yeni FOTOsessiya















- ŞƏRHLƏR