Aşiq olanda qarnımızda kəpənəklər uçduğunu, qəlbimizin tez-tez döyündüyünü deyirik. Bəs aşiq olanda həqiqətən də bədənimizdə və beynimizdə dəyişiklər olduğunu bilirsinizmi?
Eşqin 3 mərhələsi vardır:
1.İstək
2.Özünə çəkmək
3.Bağlılıq
Hər eşq və aşiq bu mərhələləri yaşayır.
İstək passiv bir faktdır və belə demək olarsa, qarşınızdakını dəli kimi arzulamakdır.
Cazibədarlıq isə bir növ gözləri kor edən təsirdir. Birinin diqqət mərkəzindəsinizsə ya da romantizm sizi əsir aldısa, ümumiyyətlə məntiqli düşünə bilməzsiniz. "Eşqin gözü kordur " atalar sözünün əslində nə qədər doğru olduğunu bu zaman hiss edirsiniz. Təsirləndiyiniz adamın bəzi xüsusiyyətləri gözünüzü tutacaq və onu istəməkdən özünüzü saxlaya bilməyəcəksiniz. Bu mərhələ isə tamamilə bioloji quruluşumuzla əlaqəlidir.
Bağlılıq isə eşqin bir müddətə uyğunlaşan halıdır. Eşqin cadusundan yavaş -yavaş həqiqətə doğru addım atdığınız mərhələdir. Bu mərhələdə problemlər yaşaya bilərsiniz və ancaq güclü əlaqələr davam etməyi bacarar.
Eşqlə əlaqədar maraqlı məlumatlar…
• MRI göstərmə sistemiylə eşqin beynin bir bölgəsində hərəkətlərə səbəb olduğu məlum olmuşdur. Eyni bölgə narkotik asılılığı olduqda da təsirlənir.
• Eşqin ilk mərhələlərində beynin seks motivi və bağlılıq kimi bölgələri aktiv hala gəlir.
• Aşiq olduğunuzda qandakı serotonin səviyyəsi düşür. Eyni təsir obsesiv-kompulsiv pozğunluqlarda da müşahidə edilmişdir.
Yəni aşiq olduqda beynimizdə nələr olur ?
Eşq, narkotik asılılığı, obsesiv-kompulsiv pozğunluqlar və digər beyin problemlərin meydana gəldiyi bölgələrdəki molekulların qarşılıqlı təsiri nəticəsində meydana gəlir.
"Eşq kimyası" olaraq bilinən Dopamin beyində xoşbəxtlik hissi yaratmağa başlayır. Yüksək miqdarlardakı dopamin eyni zamanda noradrenalin deyilən və diqqəti, qısa davamlı yaddaşı, yüksək aktivliyi, yuxusuzluğu və hədəf məqsədli davranışları həyata keçirir. Yəni eşq mərhələsindəki cütlərin gözü bir-birlərindən başqa heç bir şey görmür.
Noradrenalin, adrenalinə bənzər bir kimyəvi maddədir və ürəyin sürətli döyüntüsü ilə həyəcanı artırır. İnsan bədəni yalnız müəyyən bir vəziyyət ortaya çıxdıqda bu kimyəviləri ifraz edir və kişilərdə bu maddənin miqdarı qadınlara görə daha çoxdur. Çünki kişilərin beyni daha çox vizual olaraq işləyir.
Eşqin diqqət və ideallaşdırma müddətinin digər bir izahı da London College Universiteti tərəfindən edildi. Tədqiqatçılar aşiq olan insanlarda serotonin miqdarının azaldığını və eyni zamanda digərlərini qiymətləndirməmizi təmin edən əsəbi dövrələrin də təzyiqinin artdığını ifadə etdi.
Bal ayından qayıtmaq…
Bəzi elm adamları 18 aydan 4 ilə qədər dəyişən bir müddətdən sonra, insan bədəninin bu kimyəvilərə alışdığını müdafiə edir. Eşq kimyəvilərinə qarşı bir immunitet qazanıldıqda isə ehtiraslı romantizm yavaş-yavaş təsirini itirir. Əlaqənin bu mərhələsində beyniniz endorfini çıxarır və endorfin daha çox morfin kimi narkotik bir təsir yaradır. İfraz olunan endorfin ya bağlılığı artırır ya da razı qalınmayan vəziyyətlər olması halında eşqin bitməsinə zəmin hazırlayır. Bu dövr evliliklərin bitəcəyi ya da davam edəcəyini təyin edən bir mərhələdir. Elm adamları bu səbəblə boşanmaların evləndikdən sonrakı 4-cü ildə daha çox görüldüyünü ifadə edirlər.
XƏBƏR LENTİ
Şəhid anaları ilə görüş
Demet Özdemir AÇIQLAMA verdi-FOTO
2017-ci ilin ən çox satılan kitabları
Küftə (foto resept)
Əcdadlarımızın alkoqoldan istifadə etməsinin ilkin səbəbləri
Günün qoroskopu: Əhvalınızı pozmayın!
İki həftədən bir dərisi dəyişən model - FOTO
Bizim fəlsəfə dünyamız (1)
Apple təbiət meneceri axtarır
Sabah duman olacaq
Ünvanlı sosial yardımın verilməsi qaydalarında dəyişiklik
Azərbaycanda bu banklar da bağlandı
Müəllimlər haqqında 7 film
Bu ölkədə oruca qadağa qoyuldu
Daha çox su içməyin 5 asan yolu
Azərbaycanla İran arasında bir neçə sənəd təsdiqlənib
"Kaş ki..." deyən Qadın.Netlilər
36 uşaqlı ailə
Saç necə yuyulmalıdır?
Ana olmağa hazırlaşanlar, oxusanız məsləhətdir!
Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
"Çarıq" badımcan yeməyi (foto resept)
Geyimdə nanəcövhər fərahlığı
Həkimlər şokdadırlar: nəhəng uşaq doğuldu
Sabah Bakıda hava yağmursuz olacaq
AŞPA-nın yaz sessiyası öz işinə başlayır
Alternativ dünyaya keçid olduğu deyilən SİRLİ ÇUXUR - Əslində... - FOTOLAR
Tərəvəzli yaşıl şorba (foto resept)
Facebook, Instagram və WhatsApp-ın işində problemlər yaranıb
Meydana atılan modelin əsil məqsədi məlum oldu-FOTO
Souslu kotlet (foto resept)
Aİ Azərbaycanla müştərək hava məkanı barədə danışıqlara hazırdır
Sızanaqlara qarşı nələri etməliyik?
Yaşlanmağın qarşısını alan maska
Kim Çen In koronavirusa görə bu şəhəri bağladı, fövqəladə vəziyyət elan edildi
Sabiq Roma Papası xəstələnib
Pəhriz başına oyun açdı
Koronavirusdan müstəqil şəkildə müalicə üçün inhalyator hazırlanıb - FOTO
Yağlı yeməklərdən QAÇIN! - Beyini “iflic edir”
Demet Akalından Pərviz paylaşımı: "İntiqamın alındı"
Uşaqlara verilən gül adları - SİYAHI
Bakıda yağış sularından texniki su kimi istifadə edilməsi nəzərdən keçirilir
Boyun ağrısı üçün idman
Tarkan atalığa indidən hazırlaşır
Qara pişik uğursuzdurmu?
Aleyna Tilki geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ
Bakıda uşaqlarının 1-ci sinfə qəbulu ilə bağlı şikayəti olanlar nə etməlidir?
Alim: 1000 il sonra...
Rafet El Romanın EVLİLİK xəbəri yayıldı-FOTO
Siena beynəlxalq şəkil mükafatları
- ŞƏRHLƏR