Mayın 30-da Bakı Şopinq Festivalı çərçivəsində "Port Baku Mall"un bədii qalereyasında dünyanın ən məşhur interyer dizaynerlərindən olan Kiril İstominin "LivingwithArt" adlı şəxsi sərgisi açılıb.
Qadin.Net trend-ə istinadən xəbər verir ki, sərgidə "Kirill Istomin Interior Design & Decorating" dizayn studiyasının bütün dünyada reallaşdırdığı foto layihələr təqdim edilir.
Sərginin mərkəzində isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmləri quraşdırılıb.
Qeyd edək ki, sərgidə nümayiş edilən fotoların müəllifləri dünyanın ən yaxşı interyer fotoqraflarıdır. Sərgidə, həmçinin xüsusi olaraq Bakı üçün yaradılmış və Azərbaycan motivləri ilə quraşdırılmış interyer nümayiş edilir.
Leyla Əliyeva fəal sosial və ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsində də tanınıb. Heydər Əliyev Fondunun vitse-prezidenti aktiv bədii fəaliyyətlə bərabər, həm də dünyanın tanınmış tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmiş rəsmlər çəkib. Leyla Əliyeva artıq Paris, Berlin, London, Moskva şəhərlərində əsərlərini nümayiş etdirib.
2002-ci ildə yaradılmış "Kirill Istomin Interior Design & Decoration" bu gün daxili dizayn və dekorasiya sahəsində lider mövqeyə malikdir. Layihələri bütün dünyada həyata keçirilir: Paris, Cenevrə, London, Nyu York, Kot d'Azur, İtaliya Rivierası, Los Anceles, Sankt-Peterburq, Moskva və Almatıda. Şirkətin təsisçisi Kiril İstomin AD və "ElleDecoration" jurnallarının versiyalarına görə ən yaxşı dekorçulardan biridir.
Şirkət daxili memarlığın yaradılması və fərdi yaşayış binalarının və nümayəndəlik ofislərinin daxili dizaynından tutmuş, fərdi otaqların dekorasiyası və yenilənməsinədək müxtəlif miqyaslı layihələr üzərində işləyir. Hər bir obyekt üçün xüsusi mebel, divar kağızları və parçalar hazırlanır, eksklüziv stol dəstləri, yataq dəstləri, aksesuarlar sifariş edilir, həmçinin nadir sənət əşyaları seçilir.
XƏBƏR LENTİ
Molyusk şirniyyatı (foto resept)
Paxıllıq etməmək mümkün deyil: belə də polis olar?
Havaların şaxtalı keçməsi onların işini asanlaşdırıb
Hıçqırıq necə keçər?
Pentaqon UNO-ların araşdırılması üçün işçi qrupu yaradır
Qəbul imtahanlarının vaxtı açıqlandı - RƏSMİ
2013-cü ilin rəngi - narıncı
Valideynlərin diqqətinə: bir iliniz də məcburi artdı!
Sabah da qar yağacaq
Alimlər vegetarianlar üçün “ət” icad ediblər
Eviniz üçün aksessuarlar
Napoleonun sirli maskası – 198 illik müəmma üzə çıxdı
Sınaq imtahanının nəticələri bu gün açıqlanacaq
İdmanın uşaqlar üçün bu faydası heç ağıla gəlməzdi
Rusiya bir həftədə 3,7 milyard dollar kasıbladı
100 milyon dollarlıq hədiyyə
Sabahın HAVAsı
Sosial şəbəkədən qorxan ölkələr.
Bəzi musiqilərin sözləri yeniyetmələri erkən nikaha təşviq edir
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Ermənistan güzgüyə baxsın
Bakıda daha bir ekspres xətt fəaliyyətə başlayır
Fabletlər sürətlə populyarlaşır
3 günlük sindirella pəhrizi
Sürücü idarəetməni itirdi, avtomobil attraksiona çırpıldı - ANBAAN VİDEO
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
Bu səhvi hər gün dəfələrlə edirik - MƏSLƏHƏT
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Kayli Canneri görənlər TANIMADILAR_FOTO
Ermənistan ordusu mövqelərimizi atəşə tutub
Qar fobiyası - Chionophobia
Məşhur aktrisa övladının cinsiyyətini gizlədə bilmədi-FOTO
Olimpiya çempionumuzla bağlı ilginc məlumat
"Facebook" insan mimikasına reaksiya vermək qabiliyyətinə malik alqoritm yaradıb
Kokteyl və gecə geyimləri
Bu kənddə hər şey donub
İlham Əliyevdən yeni sərəncam
Şəhid generalımız Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək
Ermənilər girov götürdü
Azərbaycanın ən yaxşı 10 mahnısı seçildi
BÜRCLƏR bizə nə vəd edir?-5 Noyabr
Azərbaycanda təhlükəli sürüşmə
Xallı keks(foto resept)
Rol üçün qolunu kəsən aktyor-FOTO
Qadın və kişinin fərqli xüsusiyyətləri
Kənan İmirzalıoğlu və Sinem Kobalın boşanma xəbərləri yayıldı-FOTO
Mübariz İbrahimovu bundan sonra belə görəcəksiniz
Dollara Putin "silləsi"
Bakıda hava isinəcək, rayonlara yağacaq
Övladları ilə eyni yaşda görünən valideynlər