Aşiq olanda qarnımızda kəpənəklər uçduğunu, qəlbimizin tez-tez döyündüyünü deyirik. Bəs aşiq olanda həqiqətən də bədənimizdə və beynimizdə dəyişiklər olduğunu bilirsinizmi?
Eşqin 3 mərhələsi vardır:
1.İstək
2.Özünə çəkmək
3.Bağlılıq
Hər eşq və aşiq bu mərhələləri yaşayır.
İstək passiv bir faktdır və belə demək olarsa, qarşınızdakını dəli kimi arzulamakdır.
Cazibədarlıq isə bir növ gözləri kor edən təsirdir. Birinin diqqət mərkəzindəsinizsə ya da romantizm sizi əsir aldısa, ümumiyyətlə məntiqli düşünə bilməzsiniz. "Eşqin gözü kordur " atalar sözünün əslində nə qədər doğru olduğunu bu zaman hiss edirsiniz. Təsirləndiyiniz adamın bəzi xüsusiyyətləri gözünüzü tutacaq və onu istəməkdən özünüzü saxlaya bilməyəcəksiniz. Bu mərhələ isə tamamilə bioloji quruluşumuzla əlaqəlidir.
Bağlılıq isə eşqin bir müddətə uyğunlaşan halıdır. Eşqin cadusundan yavaş -yavaş həqiqətə doğru addım atdığınız mərhələdir. Bu mərhələdə problemlər yaşaya bilərsiniz və ancaq güclü əlaqələr davam etməyi bacarar.
Eşqlə əlaqədar maraqlı məlumatlar…
• MRI göstərmə sistemiylə eşqin beynin bir bölgəsində hərəkətlərə səbəb olduğu məlum olmuşdur. Eyni bölgə narkotik asılılığı olduqda da təsirlənir

