Nədir sevgi?
Budur ki,sevgi çarəsizliyində çarə,qaranlıqda işıq,cəhənnəmdə cənnətin olduğu dünyadır sevgi.
Nədir sevgi?
Dənizlər belə dalğalanan anda həyatın durğunluğu,sevinci,kədəri,göz yaşı,ümidsizliyi,həm də ümididir sevgi... Həyatin sonluğu,ölümdən betər onsuzluğu,kainatın yoxluğu,gecələrin sonsuzluğu..
Nədir sevgi?
Həyatda gözlərini yummadan gördüyün yuxu. O anda belə yuxu içində yuxudur sevgi... Sevincin bəlkə son həddi,kədərin son nöqtəsidir. Həm də hər kəsi, hər şeyi sevə biləcəyin nöqtə...
Gözlərin parlaqlığı,göylərdən enən mələk,cəhənnəm odu kimi yandıran,həm də cənnət suyu ilə sərinlədəndir sevgi. Yoxluğunda belə göz yaşının töküldüyü yol,dəniz olub axdığı məcra,dalğalartək yerinə sığmayan,çağlayan, özünü sahilə vurandır sevgi...
Ləpələrin rəqsində,buludun ağlamasında,günəşin doğmasında,ayın belə batmasındadır sevgi. Sevgi odur ki,səmalar dar gəlir insana, kainat azlıq edir,bütün dünyanı istəyir, amma sahib olduğu yalnız xırda bir nöqtədir. Dünyanın mərkəzində görür özünü, amma uzaqdan baxdıqda yalnız qaranlıqdır sevgi... Ürəklərdə yer alan böyük qaraltı.
Təmizdir, safdır sevgi. Ürəklərdə yazılan, gözlərdə oxunan qalın romandır sevgi,oxunsa da qurtarmayan, sonu bilinməyən,bilinsə də görünməyən, görünsə də yaşanmayan nağıldır sevgi...
Nədir sevgi? Mələk olduğu qədər içəridə ölməz şeytandır. Ziddir hər şeyə,hər kəsə, bitməz-tükənməzdir ondan doğan həsrət, kədər.
Kor olduqda gözlərin,lal olduqda dillərin, ölmüş hisslərin ifadəsidir sevgi... Bilinməz sonsuzluğa uzanan gəmi,qaranlıq içində doğan günəşin,uzun bir yol, sonunu tapdığın dincliyin... Həyatda hər şeyin,hər kəsindir sevgi... Sinəndə vuran ürəyindir sevgi,hər döyüntüsü sənə aid,həyata duyduğun sevgidir sevgi.
Nədir sevgi?
Həyatda yaşadığın hər an, hər saniyə vurursa ürəyin,demək, bax budur sevgi...
Nədir sevgi?
Bədənin torpağa,ruhun Allaha,ürəyin isə yalnız ona aid olmağıdır sevgi...
Sevgi deyil incidən,
Sevgi deyil öldürən,
Kor olsan da bu həyatda
Sevgidir tək qəlbinlə gördürən...
Müəllif: Günay
Əziz xanımlar, bəs sizcə, sevgi nədir?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Çay dəmləmənin qızıl qaydaları
Sosial şəbəkələrdə parollar dəyişdiriləcək
Dünyanın ilk sərnişin dronu
Bu il Azərbaycanda 11 həkimin diplomunun saxta olduğu müəyyənləşib
Tbilisi küçələrində yırtıcı leşləri yığırlar
"Amin" sözünün mənası və etimologiyası
Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib - VİDEO
Haker 24 dəfə cek-pot uddu
Tacikistanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə dəvət olunub
Banqladeşdə qasırğa: 38 ölü, 240 yaralı
Prezident İlham Əliyev Azərbaycan-Almaniya biznes forumunda iştirak edir
Gümüş qablar
Azərbaycanda güclü zəlzələlər olacaq? - RƏSMİ AÇIQLAMA
47 yaşlı məşhur evlənməyə qərar verdi – FOTO
Bilmədiyiniz məlumatlar
Bürclərin pul ilə əlaqələri (1)
Qarabağdakı sülhməramlılar müşahidə postlarını qoruyucu vasitələrlə təchiz etdilər
"Barselona"nın yeni kapitanı kim olacaq?
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan xanəndə - VİDEO
Türkiyədə qar səbəbindən məktəblər tətilə buraxıldı
Necə "Yox" deməli?
Ermənistanın daha bir polkovniki məhv edildi
Şir bürcünün 4 əsas xüsusiyyəti
Ronaldonun paxıllıq hissi onu əsəbiləşdirdi
Toyuq hininə oxşayan kitabxana
Vulkan püskürdü: xəsarət alanlar var
Hamilə Miranda Kerr -FOTO
Anomal hava daha bir ölkəni cənginə aldı
Sertap Erenerin bu davranışı xoş qarşılanmadı-FOTO
Soyuqdəymənin qəniminə rəqib çıxdı
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
HAVA necə olacaq?- 5 fevral
Dünyanın ən bahalı dodağı
Dünyanın ən maraqlı dilləri
İlham Əliyev Azərbaycanda koronavirus vaksinasiyasına başlanma vaxtından danışdı
İnkişaf etdirən tənbəllik
Kefir süddən daha faydalıdır
Nuh peyğəmbərin Qazqazdakı nəvələri
Kreativ qablar
Mövlanə sözləri-2
Vitaminlərin profisiti aritmiyaya səbəb olur
Anasının bir sözünə 100 kq arıqladı - FOTO
Bu domen 3,6 milyon dollara satıldı
Soyuq, ya isti?
Göbələk souslu küftə (foto-resept)
Körpələr üçün geyimlər
Bunları bilirsinizmi?
Kəlbəcərin yeni görüntüləri yayımlanıb - VİDEO
Avropa geri çəkildi
Britaniyanın bayrağı dəyişdirilə bilər
- ŞƏRHLƏR