Nədir sevgi?
Budur ki,sevgi çarəsizliyində çarə,qaranlıqda işıq,cəhənnəmdə cənnətin olduğu dünyadır sevgi.
Nədir sevgi?
Dənizlər belə dalğalanan anda həyatın durğunluğu,sevinci,kədəri,göz yaşı,ümidsizliyi,həm də ümididir sevgi... Həyatin sonluğu,ölümdən betər onsuzluğu,kainatın yoxluğu,gecələrin sonsuzluğu..
Nədir sevgi?
Həyatda gözlərini yummadan gördüyün yuxu. O anda belə yuxu içində yuxudur sevgi... Sevincin bəlkə son həddi,kədərin son nöqtəsidir. Həm də hər kəsi, hər şeyi sevə biləcəyin nöqtə...
Gözlərin parlaqlığı,göylərdən enən mələk,cəhənnəm odu kimi yandıran,həm də cənnət suyu ilə sərinlədəndir sevgi. Yoxluğunda belə göz yaşının töküldüyü yol,dəniz olub axdığı məcra,dalğalartək yerinə sığmayan,çağlayan, özünü sahilə vurandır sevgi...
Ləpələrin rəqsində,buludun ağlamasında,günəşin doğmasında,ayın belə batmasındadır sevgi. Sevgi odur ki,səmalar dar gəlir insana, kainat azlıq edir,bütün dünyanı istəyir, amma sahib olduğu yalnız xırda bir nöqtədir. Dünyanın mərkəzində görür özünü, amma uzaqdan baxdıqda yalnız qaranlıqdır sevgi... Ürəklərdə yer alan böyük qaraltı.
Təmizdir, safdır sevgi. Ürəklərdə yazılan, gözlərdə oxunan qalın romandır sevgi,oxunsa da qurtarmayan, sonu bilinməyən,bilinsə də görünməyən, görünsə də yaşanmayan nağıldır sevgi...
Nədir sevgi? Mələk olduğu qədər içəridə ölməz şeytandır. Ziddir hər şeyə,hər kəsə, bitməz-tükənməzdir ondan doğan həsrət, kədər.
Kor olduqda gözlərin,lal olduqda dillərin, ölmüş hisslərin ifadəsidir sevgi... Bilinməz sonsuzluğa uzanan gəmi,qaranlıq içində doğan günəşin,uzun bir yol, sonunu tapdığın dincliyin... Həyatda hər şeyin,hər kəsindir sevgi... Sinəndə vuran ürəyindir sevgi,hər döyüntüsü sənə aid,həyata duyduğun sevgidir sevgi.
Nədir sevgi?
Həyatda yaşadığın hər an, hər saniyə vurursa ürəyin,demək, bax budur sevgi...
Nədir sevgi?
Bədənin torpağa,ruhun Allaha,ürəyin isə yalnız ona aid olmağıdır sevgi...
Sevgi deyil incidən,
Sevgi deyil öldürən,
Kor olsan da bu həyatda
Sevgidir tək qəlbinlə gördürən...
Müəllif: Günay
Əziz xanımlar, bəs sizcə, sevgi nədir?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yemək bişirərkən edilən səhvlər
Erkən qırışların səbəbləri
Demek Akalın Bakıya gəlir-FOTO
Pandemiya plastik əməliyyata olan tələbatı artırıb
Hamiləliyin erkən toksikozu
Azərbaycanda maaş kreditə tutula bilərmi?
Qadın
Yaxşı yuxunun sirri
Berkay ikinci dəfə ata oldu-FOTO
Günün qoroskopu:Bədxərclik etməyin!
Girov götürülən 30 azərbaycanlıdan yeni xəbər
Yerə böyük asteroid yaxınlaşır
Körpələrdə burun tutulması
Ana olmağa hazırlaşanlar, oxusanız məsləhətdir!
Xına ilə saçlarınıza işıltı qatın
Novruz inancları
Zümrüd daşı
Çütlük xəstəxana palatasında evləndi-SƏBƏB/FOTO
İŞİD özünü məhv edir
Yohan Kristian Dal
Şerlok Holms təsvirli pul buraxıldı_FOTO
Alimlərdən qorxunc proqnoz: 30 ildən sonra...
Jefri həm dostunun, həm də dostunun ərinin böyrəyini daşıyır-VİDEO/FOTO
WhatsApp-dan növbəti yenilik
Ani Lorak xəyanət səbəbindən BOŞANIR-FOTO
Onlayn alıcılıq sahəsində Avropa lideri kimdir?
Hadise Murat Bozla Avropaya gedir-SƏBƏB
"Bakı 2015"in rekord vuran idmançısı
Azərbaycanda daha 314 nəfərdə koronavirus aşkarlandı
11 min tamaşaçı "Çukur"dan şikayət etdi-FOTO
Meyvələr haqqında gələn xəbərlər-III hissə
Üzdəki tükləri tökən maska
Böyrək daşı şikayəti ilə xəstəxanaya getdi, uşaq doğdu-FOTO
Bakıda keçiriləcək I Avropa Oyunlarının loqosu "Atletiko Madrid"in idman formasında əks olunacaq
Məşhur media şirkətində kütləvi ixtisarlar
Günün qoroskopu:Emosional gündür
Bədəni yoran vərdişlər
HAVA necə olacaq?- 14 MART
İlham Əliyev: Cəbrayıl azad olundu!
Səudiyyə də Suriyanı vurmağa başladı
Ölkədə yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək?
Hande Ataizi yenidən ana olmaq istəyir-FOTO
Qurban Qurbanov:"Qrupdan çıxmaq üçün sonadək mübarizə aparacağıq"
Gözəllik məsləhətləri
Keyfiyyətli geyimləri necə tanımalı?
Noyabr ayının qeyri-iş günləri məlum oldu
Dəbli çəkmələr
Rəsmi nikah kəbini əvəz edirmi?
Yaşıl noxudlu ət şorbası (foto-resept)
Kənan Doğulunun konsertində dava düşdü-FOTO
- ŞƏRHLƏR