Nədir sevgi?
Budur ki,sevgi çarəsizliyində çarə,qaranlıqda işıq,cəhənnəmdə cənnətin olduğu dünyadır sevgi.
Nədir sevgi?
Dənizlər belə dalğalanan anda həyatın durğunluğu,sevinci,kədəri,göz yaşı,ümidsizliyi,həm də ümididir sevgi... Həyatin sonluğu,ölümdən betər onsuzluğu,kainatın yoxluğu,gecələrin sonsuzluğu..
Nədir sevgi?
Həyatda gözlərini yummadan gördüyün yuxu. O anda belə yuxu içində yuxudur sevgi... Sevincin bəlkə son həddi,kədərin son nöqtəsidir. Həm də hər kəsi, hər şeyi sevə biləcəyin nöqtə...
Gözlərin parlaqlığı,göylərdən enən mələk,cəhənnəm odu kimi yandıran,həm də cənnət suyu ilə sərinlədəndir sevgi. Yoxluğunda belə göz yaşının töküldüyü yol,dəniz olub axdığı məcra,dalğalartək yerinə sığmayan,çağlayan, özünü sahilə vurandır sevgi...
Ləpələrin rəqsində,buludun ağlamasında,günəşin doğmasında,ayın belə batmasındadır sevgi. Sevgi odur ki,səmalar dar gəlir insana, kainat azlıq edir,bütün dünyanı istəyir, amma sahib olduğu yalnız xırda bir nöqtədir. Dünyanın mərkəzində görür özünü, amma uzaqdan baxdıqda yalnız qaranlıqdır sevgi... Ürəklərdə yer alan böyük qaraltı.
Təmizdir, safdır sevgi. Ürəklərdə yazılan, gözlərdə oxunan qalın romandır sevgi,oxunsa da qurtarmayan, sonu bilinməyən,bilinsə də görünməyən, görünsə də yaşanmayan nağıldır sevgi...
Nədir sevgi? Mələk olduğu qədər içəridə ölməz şeytandır. Ziddir hər şeyə,hər kəsə, bitməz-tükənməzdir ondan doğan həsrət, kədər.
Kor olduqda gözlərin,lal olduqda dillərin, ölmüş hisslərin ifadəsidir sevgi... Bilinməz sonsuzluğa uzanan gəmi,qaranlıq içində doğan günəşin,uzun bir yol, sonunu tapdığın dincliyin... Həyatda hər şeyin,hər kəsindir sevgi... Sinəndə vuran ürəyindir sevgi,hər döyüntüsü sənə aid,həyata duyduğun sevgidir sevgi.
Nədir sevgi?
Həyatda yaşadığın hər an, hər saniyə vurursa ürəyin,demək, bax budur sevgi...
Nədir sevgi?
Bədənin torpağa,ruhun Allaha,ürəyin isə yalnız ona aid olmağıdır sevgi...
Sevgi deyil incidən,
Sevgi deyil öldürən,
Kor olsan da bu həyatda
Sevgidir tək qəlbinlə gördürən...
Müəllif: Günay
Əziz xanımlar, bəs sizcə, sevgi nədir?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Cennifer Lopezin SİRRİ Məlum oldu-FOTO
Astmanın dərmanı: şam qozası
Məhəbbətin tipləri
COVID-19 peyvəndi 2021-ci ilin ilk yarısında yoxsul ölkələrə çatacaq - ÜST
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
Bitişik əkiz bacılar əməliyyatla ayrılıb
İtlər və pişiklər fərqli dünyadandır
Bürclərə görə 2017-ci ilin ən dəqiq proqnozu: Xoruz kimin üzünə güləcək?
“Atiye 3”ün çəkilişlərinə start verildi
Gürcüstan Azərbaycana hansı variantı təklif edəcək?
Sürücülərə xəbərdarlıq
Deniz Çakırı hədəyələn şəxs həbs olundu
6 ayda 7 minədək boşanma - STATİSTİKA
Goranboyda qeyri-adi buzov dünyaya gəldi
Ailə birlikdir!
Beş istedadlı rəssamların rəsmləri
Bu kolbasalardan uzaq durun-RƏSMİ XƏBƏRDARLIQ
Hazal Kayanı belə görməmisiniz - FOTO
Şokolad asılılıq yaradır
Qış aylarının dirçəltdiyi xəstəlik
Castinin fanatı olan məşhur aktrisadan ETİRAF-FOTO
Gəlinin əlini xınayla bəzəyək
Ancelina Coli Oğurluqda Günahlandırılır
Bir peyvəndlə bütün qrip növlərindən qorunmaq mümkün olacaq
Bakıda möhtəşəm mənzərə olacaq
Günün ulduz falı - 10.03.2014
Tolqa Karel OD PÜSKÜRDÜ-SƏBƏB
Gözəl görünmək üçün tövsiyələr
Pərdə modelləri
Koronavirusun altı “növü” mövcuddur. Hansı daha təhükəlidir?
Asqırmaq formanız xarakterinizdən xəbər verir
Bu il iPhone sahibləri nə qədər pul xərclədilər?
Yeni heyvan növü yaradıldı-FOTO
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - SİYAHI
Şimal Qütbündə 30 il tənha yaşayan adam - FOTO
Bakıda nəhəng Yeni il yolkası quraşdırıldı
Binaların fasadları üçün “ağıllı” günəş stansiyası hazırlandı
"Düzünü deyək, bu, müharibədir"
Tələbələrə ŞAD XƏBƏR: bu universitetdə imtahanlar ləğv edildi
ŞOKOLAD YEMƏK SƏNƏTİ
Kimlər aptekə, mağazaya və ya banka istənilən vaxt getməkdə sərbəstdir? - RƏSMİ
Yanvarın 21-i İŞ GÜNDÜDÜRMÜ?
Motorola yeni smartfon göstərəcək
X Mavericks pulsuz olacaq
Neft bahalaşıb
Günün qoroskopu: susaraq qazandığını dəyəri çox danışıb xərcləmə
Murad Boz lahmacun bişirdi
Qızılca və məxmərək peyvəndi almayanların diqqətinə!
Prezidentdən Suqovuşan kəndi ilə bağlı QANUN
Cəbhədə erməni təxribatı davam edir
- ŞƏRHLƏR