Nədir sevgi?
Budur ki,sevgi çarəsizliyində çarə,qaranlıqda işıq,cəhənnəmdə cənnətin olduğu dünyadır sevgi.
Nədir sevgi?
Dənizlər belə dalğalanan anda həyatın durğunluğu,sevinci,kədəri,göz yaşı,ümidsizliyi,həm də ümididir sevgi... Həyatin sonluğu,ölümdən betər onsuzluğu,kainatın yoxluğu,gecələrin sonsuzluğu..
Nədir sevgi?
Həyatda gözlərini yummadan gördüyün yuxu. O anda belə yuxu içində yuxudur sevgi... Sevincin bəlkə son həddi,kədərin son nöqtəsidir. Həm də hər kəsi, hər şeyi sevə biləcəyin nöqtə...
Gözlərin parlaqlığı,göylərdən enən mələk,cəhənnəm odu kimi yandıran,həm də cənnət suyu ilə sərinlədəndir sevgi. Yoxluğunda belə göz yaşının töküldüyü yol,dəniz olub axdığı məcra,dalğalartək yerinə sığmayan,çağlayan, özünü sahilə vurandır sevgi...
Ləpələrin rəqsində,buludun ağlamasında,günəşin doğmasında,ayın belə batmasındadır sevgi. Sevgi odur ki,səmalar dar gəlir insana, kainat azlıq edir,bütün dünyanı istəyir, amma sahib olduğu yalnız xırda bir nöqtədir. Dünyanın mərkəzində görür özünü, amma uzaqdan baxdıqda yalnız qaranlıqdır sevgi... Ürəklərdə yer alan böyük qaraltı.
Təmizdir, safdır sevgi. Ürəklərdə yazılan, gözlərdə oxunan qalın romandır sevgi,oxunsa da qurtarmayan, sonu bilinməyən,bilinsə də görünməyən, görünsə də yaşanmayan nağıldır sevgi...
Nədir sevgi? Mələk olduğu qədər içəridə ölməz şeytandır. Ziddir hər şeyə,hər kəsə, bitməz-tükənməzdir ondan doğan həsrət, kədər.
Kor olduqda gözlərin,lal olduqda dillərin, ölmüş hisslərin ifadəsidir sevgi... Bilinməz sonsuzluğa uzanan gəmi,qaranlıq içində doğan günəşin,uzun bir yol, sonunu tapdığın dincliyin... Həyatda hər şeyin,hər kəsindir sevgi... Sinəndə vuran ürəyindir sevgi,hər döyüntüsü sənə aid,həyata duyduğun sevgidir sevgi.
Nədir sevgi?
Həyatda yaşadığın hər an, hər saniyə vurursa ürəyin,demək, bax budur sevgi...
Nədir sevgi?
Bədənin torpağa,ruhun Allaha,ürəyin isə yalnız ona aid olmağıdır sevgi...
Sevgi deyil incidən,
Sevgi deyil öldürən,
Kor olsan da bu həyatda
Sevgidir tək qəlbinlə gördürən...
Müəllif: Günay
Əziz xanımlar, bəs sizcə, sevgi nədir?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Özge Ulusoy Bakı çəkilişindən 170 min qazandı-FOTO
Bir vanna qəpik pulla "Iphone XS" aldı - FOTO
Hindistanda virusa yoluxanların sayı bir milyonu ötdü
Can Yaman hər kəsi təəccübləndirdi-FOTO
Bill Qeyts: COVID-19 bu müddətdə bitəcək
Messidən gözlənilən jest
Qarın yağlarının yaratdığı 4 təhlükə
Soba olladiləri (foto resept)
Böyrək daşlarından birdəfəlik xilas olmaq mümkündürmü?
Hər zamanın dəbi- skelet başı
Xanımların gizli tərəfləri - Kişilər oxusun
Körpənin ilk anları
Xəzərdə neftçi itkin düşüb
İnstaqram Madonnaya qadağa qoydu
Günün qoroskopu:Stressdən uzaq olun
Mustafa Sandalın keçmiş xanımının hər kəsdən gizlədiyi yeni sevgilisi - FOTO
Azərbaycanda mobil rabitədənin GƏLİRLƏRİ
Həftənin ilk iş günü Azərbaycanda hava necə olcaq?
"Diriliş Osman"ın bəş qəhrəmanları bəlli oldu-FOTO
Yeni planet kəşf edildi
Dünya yenə onları izləyəcək
Hamiləlik dövründə vitaminlərin faydası
Adrianadan Metin Haraya daha bir zərbə
Ayrılıq xəbəri yalan çıxdı
Mark və xanımı uşaqlarına verdikləri tərbiyədən danışdı
HAVA necə olacaq?-18 İyul
Azərbaycan hərbçiləri Moskvaya yola düşdü
Azərbaycanda bu benzinin qiyməti bahalaşdı
Bir həftəyə 10 kq arıqladım
Kometa olduğunu düşündülər, amma... – VİDEO
Mehriban Əliyeva müsahibə verdi
ABŞ-da “qar adamını” yaxın məsafədən lentə aldılar - FOTO
Baş İnfeksionistdən Koronavirusla bağlı Əhaliyə Müraciət
Bütün dünyadan gözəllik sirləri
Coca-Cola-nın zərəri təsdiq olundu
Alimlərdən qorxulu XƏBƏRDARLIQ: Yeni və ölümcül...
Almaniyada hakerlər hərbçilərin məlumatlarını ələ keçirdi
Günün qoroskopu: Enerjili olun!
Gözəl maşınlar
Klassik əsərlərin yazılmış ilk halı
Rəqəmləri birləşdir-8
Pelin Karahan yenidən rəsm çəkir-FOTO
COVID-19 Yer kürəsinin üçdə ikisini yoluxduracaqmı? - EKSPERT RƏYİ
İlham Əliyev yeni xarici işlər naziri təyin etdi
Post modern kilsələr
Qüssəli duyğular yaradıcılığı artırır
Saqqız çeynəməklə xərcəng olub-olmadığını biləcəksən
Gül kələmli alfredo (foto resept)
İtləri koronavirusa yoluxanları təsbit etməyə öyrədəcəklər
61 yaşılı model
- ŞƏRHLƏR