Mentalitet adlanan və tərkibinə də qərb mənşəli yeniliklər əlavə olunaraq modernləşdirilən təhsilsiz görüntü mühitində, insanlar sürü zəncirindən çıxa bilmir, həyatın həqiqətini də tapmaqda çətinlik çəkirlər. Kütləni bu cəhalətdən çıxarmaq üçün isə artıq Mizrə Cəlilimiz, Sabirimiz, Cəfər Cabbarlımız, Şirvanimiz, Zərdabimiz yoxdur. Ona görə də, müasir zamanın tələblərinə düzgün uyğunlaşmaqda çətinlik çəkən xalqımızın, bu elmsiz və keşmə-keşli vaxtlarında hamılıqla təhsilə yönəlməli və gənclərin maariflənməsi üçün səfərbər olaraq, bütün enerjimizlə çalışmalıyıq. Şükürlər olsun ki, bu gün, bu kimi şüarları öz əməlləri ilə təsdiq edərək əldə rəhbər tutan az sayda da olsa ziyalılarımız var. Onlar xalqın rifahının yaxşılaşdırılması yolunda təmənnasız xidmətlər göstərir, həqiqi mənada təhsilin cəhalət üzərində qələbə çalması üçün əllərindən gələni əsirgəmirlər. Lakin təəssüflər olsun ki, belə ziyalılarımızın sayca az olması, anlayışlı kütlənin də formalaşmasını ləngidir. Belə boşluqda isə, yanlançı savadlılar peyda olur və kütlənin elmsizliyindən istifadə edərək onların həqiqəti tapmaq cəhdlərini yanlış istiqamətə yönəldirlər.
Bu mövzuda olan «Asan dahi olmaq haqqında fəsil» adlı başqa bir məqaləmdə, mən bir qrup kütləni «eqolu üzçülər» adlandırmışdım. Bu yazım da, həmin eqolu insanların yanlış davranışlarının davamı haqqındadır. Belə insanlar özlərini hər şeyi bilən mütəxəssis kimi aparıb, hər sahəyə müdaxilə eləməkdən çəkinməyən tiplərdir. Onlar hər zaman söylədikləri istənilən sözün doğruluğunu hər cəhdlə qəbul etdirməyə səy göstərir, üstün görünən hər şeyi tənqid edir, heç vaxt səhv edə bilməyəcək bir eqo ilə bütün mövzularda insanlara meydan oxumağa çalışırlar. Lakin ətrafı tənqid etdikləri halda, nə yaşam tərzləri, nə də göstərmək istədikləri istiqamətləri, tənqid elədikləri şeylərdən üstün ola bilmir. Daim ordan-burdan eşitdiklərini analiz etmədən söyləyir, özlərinə belə xeyir verməyən səthi fikirləri pafoslu cümlələrlə bəzəyərək, bununla hamıdan seçilməyə və hamının yanında hörmət qazanmağa çalışırlar. Verdikləri məsləhətlər isə, bəzən elə danışdıqları zaman ağıllarına gəlir. Bəzən isə haradansa eşitdiklərini əzbərləyib özününküləşdirir, onun nə vaxtsa yanlış olduğunu bildikləri zaman, həmin fikri özləri də inkar etməyə başlayırlar.
Əslində insanın özünü sevməsi qəbuledilən bir haldır. Ancaq bu sevgi yüksək eqoizmdən irəli gəlirsə, həmin insan ətrafdakıları kiçildir və insanlara ziyan vurmağa başlayır. Bir dəfə, bir tanışım mənə danışdı ki, dostlarının onun uğurlarını təərifləməyinin qurbanı olubmuş. Belə ki, onun üstünlüyünü və təərifləndiyini görən eqolu üzçülərdən biri, onu ələ salacaq yollara əl ataraq, bununla öz paxıllığının istəklərini yerinə yetirməyə başlayıbmış. Bütün günü onun qeybətini eləyir, fikirlərinə iftira ataraq onları təksib edir, digər təfəkkürlü insanları da ona qatıb hər yerdə tənqid eləməkdən çəkinmirdi. Biz onun səthi fikirləini özünə müdriklik kimi göstərən eqosunu müəyyən etdikdən sonra, mən buradan bu nəticəni çıxarmalı oldum: Bu tip insanlar, qazana bilmədikləri uğurları başqasının qazandığını görəndə, onların istedadına paxıllıq eləyirlər. Biz adətən insanların puluna, görünüşünə, vəzifəsinə və s. üstünlüklərinə paxıllıq edənlərlə qarşılaşmışdıq, amma istedada paxıllıq edən hərəkətsiz tiplər ağılımıza gəlmirdi. Ona görə də, bu insanları «öz tənbəllikləri paxıl edir» desəm, yanılmaram. Dünya şöhrətli aktyor Çarli Çaplin, aktyorluqdan əlavə insan davranışlarından da yaxşı baş çıxarırdı. Elə isə onun gözəl bir məsləhəti burada lap yerinə düşərdi: «Dünya hər kəsə çatacaq böyüklükdədir. Ona görə də başqasının yerini qapamaqdansa, çalışaraq həqiqi yerinizi tapın».
Qəribə səslənsə də, sözü gedən insanlar həm də başqalarından istifadə etməyi də yaxşı bacarırlar. Bunun nümayişkar davranışlar ilə əlaqəli olduğunu analiz edən mütəxəssislər bu qənaətə gəliblər. Belə ki bu, danışıq və görüntü ilə təsir altına salma sayəsində reallaşır. Gülərüz olmağın cəmiyyətdə səmimiyyət kimi qarşılandığını düşünüb, özlərini gülümsəməyə məcbur edən həmin qeyri-səmimi “pozitiv” şəxslər, isanları razı salacaq bu obrazla öz istək və arzularını həyata keçirə bilirlər. Zəif kütlədən də bir neçə tərif və xoş söz eşidən kimi, bunu özlərinə böyük stimul edib, öz üstün olmalarına daha da əmin olurlar. Amma heç olmasa, yaxşı olardı ki, özlərinə aid olmayan sahələrə girişməyəydilər. Çünki verilən hər bir yanlış informasiya, insanları həqiqəti öyrənənə kimi təsirdə saxlayıb, yanlış hərəkətlər eləməyə yönəldə bilir. Çox vaxt isə, belə informasiyaların qurbanı olmuş insanlar həqiqəti heç vaxt öyrənə də bilmirlər.
Sonda bütün məsləhətçilərin özlərinə verməli olduqları bir sual meydana çıxır: «Mən nə dərəcədə səmimiyəm?» İnsanlara faydalı məsləhətlərdən əlavə, oxuyub faydalana biləcəkləri bilikləri ehtiva edən kitablar lazımdır. Verilən məsləhətlərin səmimi oduğunu təsdiq edən ən gözəl addımlardan biri isə, insanlara maraqlı kitablar təklif etməkdir. Elə kitablar ki, həmin şəxslər özləri də ən çox məhz onlardan məlumatlanıblar. İngilis elm adamı Con Herşel gözəl bir ifadə işlətmişdir: «Bir insanda oxumaq həvəsi yaradın və onu təmin edəcək kitab verin; əmin olun o insan xoşbəxt olacaq.» Elə isə bunu onlardan əsirgəməyin və insanların maariflənməsini həqiqətən istəyirsinizsə, onların özlərinin də oxuyaraq qavramalarına imkan yaradın.
Coşqu İsmayılzadə
XƏBƏR LENTİ
Bunlar səhvən icad olunub
Günün qoroskopu: aktiv olun, enerjili çalışın
İllərdir komada qalan məşhur aparıcıdan ŞAD XƏBƏR
Bu ölkə Bakıya 3 cüdoçu göndərir
Engin Altan yeni obrazda efirlərə qayıdır-FOTO
Bakıda dilənçi əməliyyatı
Mərkəzi Bankdan kreditlərin manatla verilməməsi ilə bağlı
Ermənistan ordusunda növbəti biabırçılıq - FAKT
Dubay metrosunda robotlar xidmət göstərəcək
Dəb Dünyası Bakıda
Ancelina Colinin heyranedici görünüşü– FOTO
Azərbaycanda sürücülərə vaxt qoyuldu, qiymətlər açıqlandı
Monika Belluççidən gözlənilməz ETİRAF
DİQQƏT! Bakıda bu marşrutun hərəkət sxemi dəyişdi
Uzun illərin ayırmadığı məşhur cütlüklər
Körpə səslərini aydın dildə ifadə edəcək proqram yaradılıb
Dəri gödəkçələr
Zəlzələ nəticəsində ölənlər var
Gözlənilən Azərbaycan bəyanatı
5 əsas fitness hərəkətinin doğru və səhvləri
Facebook videoreklama başlayır?
Azərbaycan 17,4 min əcnəbinin üzərində pensiya öhdəlikləri qəbul etdi
Bu günün tarixi (18.09.2014)
"Qalatasaray"la bağlı yeni bomba
Çanta modelləri
Bəzi qidaların qocaltdığını bilirdinizmi?
“Vaqif Mustafazadənin adı və yaradıcılığı daim yaşayacaqdır” - Mehriban Əliyeva
5 min avroya qarışqa aldı
Niderland Türkiyədən üzr istədi
“Survivor 2020” iştirakçısı küçənin ortasında evlilik təklifi etdi - VİDEO
Sənədsiz evlərin məsələsi - yenə "qırmızı işıq"?
Azərbaycan gölləri
Balıq bazarında - QİYMƏTLƏR
Avqust ayının qalibləri!
Napoleonun Çəkmələri Rekord Məbləğə satıldı-FOTO
İnternet istifadəçilərinin kimliyi dəqiq bilinəcək
Niyə hörümçəklərdən qorxuruq?
2011 gəlinlik duvaqları
47 yaşlı nənə hər kəsi heyran edir-FOTO
Birlik istəyirəm
İdman ayaqqabıları
Alçaqdaban ayaqqabılar
Erməni nazir: "Biz Bakıya getməliyik"
9 gün iş olmayacaq
Gürcüstan Gəncədə Baş konsulluq açır
İşçinin vurduğu ziyan nə zaman ödənilmir?
Hərbçilərimizin həyatını təhlükəyə atan məsuliyyətsiz paylaşımlarla bağlı çağırış - VİDEO
Qidaları tanıyırıqmı?
ABŞ-da Zika virusu daşıyıcıları artıb
Tailandda həbsxanalar turistik məkana çevrilir
- ŞƏRHLƏR