
Cəzasızlığın yeni faciələrə səbəb olduğu göz önündədir
“Pulunuz çoxdursa, xeyriyyəçilik edin - bir yetimin halına acıyın, bir xəstəyə qahmar çıxın, bir kasıbın qarnını doyurun, amma görməmişlik, harınlıq etməyin”. Bir ay əvvəl xalq artisti Ağasəlim Abdullayevin ailəsi sərxoş məmur oğlunun törətdiyi avtoxuliqanlıq nəticəsində faciə yaşayanda, çox adamın dilindən məhz bu sözlər səsləndi. Buna qədər baş verən və səsi çıxmayan bu kimi hadisələr yeni faciənin fonunda gündəmə gəldi, üstəlik, məsələnin daha problemli və dərin olduğunu üzə çıxdı. Bəzi məmur övladlarının harınlığı hətta o həddə çatmışdı ki, dövlət başçısı da məsələyə münasibət bildirməli oldu. Məhz ölkə rəhbərinin reaksiyasından sonra “avtoş”luq edən məmurların övladları təkcə cərimələrlə yaxalarını kənara çəkə bilmədilər. Artıq onlara arxalıq edən valideynləri vəzifədən alınır, özləri daha sərt cəzalarla üzləşirlər.
Avtoxuliqanlıq bütün dünyada təminatlı insanların əyləncə növü hesab edilir. Ancaq onlar üçün bu əyləncənin də çərçivələri var, qaydalardan kənara çıxılmır. Belə ki, “avtoşlar” onlar üçün xüsusi ayrılan yerlərdə öz “məharətlərini” göstərə bilərlər. Böyük prospektlərdə, baş yollarda isə avtoxuliqanlıq etmək qadağandır. Artıq hər bir yarış növündən və əyləncədən gözü doymuş Avropa ölkələrində avtoxuliqanlara qarşı cərimələr 10 min avroya qədər yüksəlib. Bu ölkələr daha ağır cəzalar müəyyənləşdirməklə avtoxuliqanlara qarşı mübarizə aparmağa çalışırlar. Əsaslandırırlar ki, avtoxuliqanlıq yalnız insanların istirahətinin pozulması deyil, eyni zamanda, vətəndaşların həyatı üçün təhlükədir.
Bizim ölkəmizdə də “avtoş”luğun bir çox qudurğanlıq edən adamlar üçün əyləncə olduğu sirr deyil. Belə olmasaydı, məhz bu əyləncə ucbatından tez-tez bədbəxt hadisələr baş verməz, böyüklü-kiçikli insanlar sürət həddini aşan avtomobillərin təkərləri altında can verməzdi. Şəhərin müxtəlif yerlərini hədəf seçən “avtoş”ların əsasən məmur övladları, vəzifəli şəxslərin balaları olması isə heç kimə sirr deyil. Elə tanınmış tarzənin ailəsinə faciə yaşadan məmur övladının törətdiyi olay bunu bir daha təsdiqlədi. Təəssüf ki, “avtoş”luğu hobbiyə çevirərək bədbəxt hadisələrlə nəticələnən qəzalar törətmələrindən, insanlara faciəli anlar yaşatmalarından ciddi nəticə çıxaranlar yoxdur. Məsələn, elə bu günlərdə polis əməkdaşı Tural Həsənovun “BMW X6” avtomobili ilə Zığ şossesində avtoxuliqanlıq etdiyinə görə 20 sutka azadlıqdan məhrum və polis orqanlarından azad edilməsi, onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırovun isə 15 sutkalıq həbs olunması ilə bağlı yayılan məlumatlar “dəyirman öz işindədir” məsələni yada saldı. Ancaq xatırladaq ki, T.Həsənovun atası - Dövlət Gömrük Komitəsinin (DGK) Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov da oğlunun əməlinə görə cəzasız qalmadı - vəzifəsindən azad edildi.
Daha bir nümunə: “Neftçi”nin futbolçusu Araz Abdullayevin keçən il avtomaşını ilə törətdiyi qəza bir insanın həyatına son qoydu. Futbolçu sudan “quru” çıxsa da, son “avtoşluğu” ilə bağlı yayılan xəbərlər cəzasızlığının onu daha “ürəkli” olmağa sövq etdiyini ortaya qoydu. Belə ki, bu günlərdə futbolçunun maşınının cərimə meydançasına aparılması haqqında məlumat sosial şəbəkələrin əsas xəbərinə çevrildi. Hadisə ilə bağlı “Neftçi” klubunun rəsmi açıqlamasında futbolçunun maşınının qadağan olunmuş siqnala görə cərimə meydançasına aparıldığı bildirilsə də, “Araz Abdullayev qaydanı pozub, “Neftçi” nə etsin? Biz Araz Abdullayevin bazanın divarları və yaşıl meydançadakı hərəkətlərinə görə cavabdehlik daşıyırıq” - fikirləri də səsləndi. Ancaq açıqlamada A.Abdullayevi müdafiə edən müəyyən məqamlar da yer alıb.
Heç şübhəsiz, cəmiyyət rahatlığının pozulduğuna, təhlükə ilə üz-üzə qaldığına görə “avtoş”lara qarşı sərt mövqedədir. Və təbii ki, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıq şəkildə hörmətsizlik edənlərin hərəkətlərini əyləncə kimi qəbul etmək iqtidarında da deyil. Ola da bilməz. “Bu qudurğanlıqdır, harınlıqdır” deyə etiraz edən insanlar “Avtoxuliqanlara qarşı cəzalar daha da sərtləşdirilməli, heç bir cəzasızlığa yol verilməməlidir”-tələbini irəli sürürlər. Çünki cəzasızlıq yeni-yeni bədbəxt hadisələrə, faciələrə, qaydaların, qanunların pozulmasına yol açır, narazılığın yaranmasına gətirib çıxarır. Cərimələrin artırılması, avtoxuliqanlığın cinayət əməli kimi qəbul edilməsi ilə bağlı fikirlər də səslənən təkliflər sırasındadır. Çünki avtoxuliqanlar həm öz həyatları, həm də, başqalarının həyatları üçün təhlükə törədirlər. İctimai təhlükəsizliyə riayət etməyənlərin bu cür hərəkətləri insanlar arasında şok yaradır, cəmiyyətə və onun üzvlərinə müəyyən sarsıntılar, maddi ziyanlar vurur. Həmçinin təhlükəli nəticələrə, itkilərə səbəb olur. Statistika da yol qəzalarının çoxunun elə avtoxuliqanlıq nəticəsində baş verdiyini təsdiqləyir.
Avtoxuliqanlığın cinayət əməli kimi qanunvericiliyə daxil edilməsi ilə bağlı bir neçə il əvvəl parlamentə müraciət də edilib. Hazırda isə qüvvədə olan qanunvericiliyə görə, avtoxuliqanlıq inzibati xəta hesab olunur və bu xətaya görə avtoxuliqanlıq edən şəxs canını nəqliyyat vasitələrini idarəetmə hüququndan bir ilədək müddətə məhdudlaşdırılmaq və cərimə ödəmək cəzası ilə qurtarır. Son olaylar göstərir ki, bu cəzalar azlıq edir. Sosial şəbəkələrdə yer alan rəylərdə “Yaxşı olar ki, onlar məsuliyyətə cəlb edilsinlər və müəyyən müddətə azadlıqdan məhrum olunsunlar. Onlar ictimai təhlükəsizliyə əməl etmirlər” - kimi fikirlər yer alır. “Avtoxuliqanlığa görə inzibati məsuliyyətə cəlb edilən şəxslərə məhkəmələr tərəfindən aşağı həddə inzibati həbs seçilir və bu cəza da effektli nəticə vermir” - bu fikir də Facebook statuslarındandır.
Cərimələrin artırılmasına gəlincə, ümid edilir ki, bəzən insanların cibinə ziyan dəyəndə öz hərəkətlərini təftiş etmək barədə daha yaxşı düşünə bilirlər. Amma məsələnin digər tərəfi də var: 100 və ya 150 min manatlıq maşınla avtoxuliqanlıq edənlər üçün ödəyəcəkləri hər hansı cərimə çox cüzidir. Bu, qumar həvəskarlarının kozinoda şövqlə uduzduqları pul kimidir. Öz əyləncələrini təmin etmək üçün daha böyük məbləg ödəməyə hazırdırlar.
İstənilən əyləncə yaxşıdır, ancaq ictimai asayişi, insanların rahatlığını pozmamaq, onlara qorxulu anlar və faciələr yaşatmamaq şərtilə. İstər məmur övladı olsun, istər milyonçu balası - insanların taleyi ilə oynamağa, qaydaları pozmağa nə qanunvericilik yol verir, nə də insanlıq. Əgər həyatda daha xeyirxah işlər görmək mümkünsə, elə bunu da əyləncəyə çevirmək olar. Hər cür qanunsuzluqdan və ən əsası, dəhşətli ölümlərdən bu daha yaxşıdır!

XƏBƏR LENTİ
Azərbaycanda karantin dövründə toy təşkil etdilər - VİDEO
Koronavirusla bağlı yayılan səs yazısına RƏSMİ AÇIQLAMA
Ən sevincli günüm
5G şəbəkəsi ilə bağlı işlər nə yerdədir?
Körpələrə şüyüd çayı vermək olarmı?
Pensiyaçılarla bağlı yeni statistika
Qarabağdakı sülhməramlılar müşahidə postlarını qoruyucu vasitələrlə təchiz etdilər
Şeyma Subaşının gizli FOTOsu diqqət çəkdi
Niyə arıqlaya və ya kökələ bilmirik?-3
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Sızanaqlar üçün maska
Gözəllik salonlarında olarkən 3 saatlıq icazə müddəti bitənlərəgünün güzəşt olacaqmı?
Məşhur cütlük Almaniyaya getdi-FOTO
Mal-qaraya avtomobil yolları qadağan edildi
Günəşli hava geri qayıdır
İrəvanın Qarabağ ultimatumuna Bakıdan cavab
ABŞ-dan İlham Əliyevə növbəti təbrik
Hülya Avşar Çiçək adasını ala bilmədi-SƏBƏB
İt cinsləri və xarekterləri
Ronaldonun adı QALMAQALDA hallandı
Uşaqlarımızı dəyişən mavi ekranlar
Rusiyanın xəbər telekanalının aparıcıları evdən işləyir – VİDEO
Dünyaca məşhur model-aparıcı nişanlandı-FOTO
Səhiyyə Nazirliyi Qriplə bağlı son vəziyyəti açıqladı
Uşaqlar üçün tortlar
Cəbhədə nə baş verir?
Yer üzü daha bir fəlakətlə üz-üzə: “Beyin yeyən amöb” yayılıb
12 illik təhsillə əlaqədar ali məktəblərə qəbul qaydaları dəyişəcək
Mərkəzi Bankdan devalvasiya açıqlaması
Gələn il hansı bürcü nə gözləyir?
Taxta darağın sirri
Saç dəbi: Qırmızı ombre
Lerikdə zəlzələ oldu
"Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının fəaliyyət planının hazırlanmasında beynəlxalq ekspertlər də iştirak edəcək"
Hülyadan daha bir FOTO
Ermənilərin yalanlarını sübut edən daha bir sənəd üzə çıxıb
Üç ekranlı smartfon hazırlandı
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Göz qamaşdıran donlar
Məktəblər nə vaxt açıla bilər? - RƏSMİ AÇIQLAMA
Bakıda yağış yağacaq
Aclıq çəkmədən 60 kq arıqladı-FOTO
Hava haqqında - 30.09.2013
Doğuş çantanızda nələr olmalıdır?
Barak Obama kitab yazıb
Toyuq ətinin faydalarını bilirsinizmi?
Dünyanın ən gözəl üz cizgilərinə malik olan qadınları – FOTO
Kobe Brayantın məktubu tapıldı - FOTO
Mark nə üçün sərvətindən 3,3 milyard itirdi? - SƏBƏB
Instagram vasitəsilə diaqnoz qoyulacaq

- ŞƏRHLƏR