Psixoloq Dəyanət Rzayev: “İnsanın içərisi boş olanda, əlində nəyi varsa, onunla özünü təsdiq etməyə çalışır”
Son vaxtlar sosial şəbəkələrdə, mətbuatda məmur övladlarının öz dəbdəbəli həyat tərzlərini, əyləncələrini nümayiş etdirən fotoları yayılır. Onlar ən bahalı avtomobilləri, yaxtaları ilə şəkil çəkdirir və bunu paylaşırlar. Ümumiyyətlə, Azərbaycanda məmur övladları əyləncəyə, eyş-işrətə, lüks həyata qədərindən çox aludədirlər. Onlar öz bacarıqları ilə yox, məhz dəbdəbəli həyat tərzlərini nümayiş etdirməklə sanki qürur duyurlar.
Psixoloq Dəyanət Rzayev var-dövlət nümayişinin mənəvi kasıblıqdan irəli gəldiyini dedi: “Burada söhbət daha çox özünü təsdiqləməkdən gedir. İnsanın daxilində belə bir şey olur ki, o özünü həyatda, cəmiyyətdə, Allah qarşısında təsdiqləsin. Amma o insanın içərisi boş olanda, daxilində müəyyən xüsusiyyətlər olmayanda təbii ki, insan əlində nəyi varsa, onunla özünü təsdiq etməyə çalışır. Bu kimi hal sadə vətəndaşlarında arasında var. Məsələn, kasıb bir insan da birdən-birə nəyəsə sahib olanda o da məmur övladlarının etdiyi hərəkətləri edəcək. Təbii ki, insan həmişə özünü digərləri ilə müqayisə edir. Bir çox dahilər və dünyanın ən varlı insanlarının həyatına nəzər salsaq, əksəriyyətinin ali təhsili olmamasına baxmayaraq cəmiyyətdə böyük bir iz qoyduğunu görərik. Məmur və varlıların balalarının əksəriyyəti universitetləri özləri oxumur. Diqqət yetirsək görərik ki, onların çoxu ali məktəbi xarici ölkələrdə oxuyurlar. O da mal-dövlətin, pulun hesabına. Bu insanlar kitabdan, klassikadan, ədəbiyyatdan uzaqdırlar. Ona görə də onların daxili boşdur.
Öz dəbdəbəli həyatını, bahalı avtomobillərini nümayiş etdirən şəxslər elə bilir ki, insanlar bunlara baxıb həsəd aparır. Düzdür, elə insanlar var ki, onlarda paxıllıq hissi yaranır ki, niyə onda olmalıdır, məndə yox. Yaxud da ki, niyə onun atası filan yerdə işləməlidir, mənim atam isə işləməməlidir. Var dövlətini nümayiş etdirən məmur balalarının var dövləti, pulu olmasaydı və başqa tərbiyə görsəydilər, onlar mütləq cinayətkar olacaqdılar. Burada daha çox söhbət psixopatiyadan gedir. Psixopat o insandır ki, nə özü yaşayır, nə başqalarını qoyur yaşamağa. Həmin o "avtoşluq" edənlərdə, dəbdəbəli həyatlarını nümayiş etdirənlərdə daha çox psixopatiyanın əlamətləri olur. Bu insanların daxilləri hansısa bir elmlə dolu olsaydı, özünü bilikləri ilə təsdiqləyərdilər. Onlarda bu bilik yoxdur, əvəzində bahalı maşınları var. Ona görə də maşınlarını cəmiyyətə nümayiş etdirir ki, bax, məndə filan maşın var. Yaxşı olardı ki, bu insanlar özlərini hansısa xeyriyyə məsələləri etməklə təsdiqləsinlər. Məsələn, sahibsiz insanlar üçün bir sığınacaq açsalar, ağaclar əksələr və başqa işlər görsələr, daha yaxşı olardı.
“Dəbdəbəli həyatlarını nümayiş etdirənlərdə psixopatiyanın əlamətləri olur”
Biz öz məmurlarımızı dünya məmurlarının yaşayışı ilə müqayisə etsək, arada bir uçurum olduğunu görərik. Məsələn, ABŞ-ın prezidenti Obamanın heç özünün şəxsi maşını yoxdur, qaldı ki, övladının. Obama qoluna 200 dollarlıq saat taxır, amma Rusiyanın prezidenti Putinin isə ən ucuz saatı 10 min avrodur. Ən bahalı saatı isə yarım milyondur. Halbuki, Rusiya elə də varlı ölkə deyil. Rusiyanın kifayət qədər kasıb əhalisi var. Hansısa müsəlman Afrika ölkəsinin prezidentinin özünə neçə milyonluq maşınlar aldığı aşkarlanmışdı. Halbuki, Afrika çox kasıbdır. Ümumiyyətlə, ədalətsiz münasibətlər dünyada çoxdur. Açığı deyim ki, o dəbdəbəli həyatını nümayiş etdirən məmur övladlarını elə də günahlandırmıram. Onlar da övladdır, ataları çox istəyir və hər cür şərait yaradır. Ancaq başa düşmürlər ki, sabah onların atası olmasa cəmiyyətdə iz qoya, yaşaya bilməyəcəklər. Düzdür, əksər məmurları övladlarının bu hərəkətlərinə görə prezident cəzalandırıb. Ancaq təəssüflər olsun ki, bu digərlərinə hələ də dərs olmayıb".
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək