Bu il II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb. İmtahan nəticələrinə əsasən 700 bal toplayanların sayı dəqiq bəlli olmasa da, onlardan biri III ixtisas qrupu üzrə maksimum nəticə göstərən Bakı şəhəri Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadədir.
Qadin.Net bildirir ki, ilk təəssüratlarını publika-azla bölüşən Zeynəb Quluzadə uğurun heç də asan olmadığını deyib:
“Mən 700 bal toplamaq yox, hüquq fakültəsinə daxil olmaq üçün böyük əzmlə çalışmışam. Artıq seçimimi də etmişəm Azərbaycan Diplomatik Akademiyasında hüquq fakültəsini seçmişəm. Hüquqşünas olmaq arzum idi, bu arzuma çatmaq üçün də zəhmət çəkdim. Uğur qazanmaq üçün davamlı, sistemli oxumaq lazımdır. Onu da deyim ki, uğur qazanmaq heç də asan olmadı”.
Z.Quluzadə heç bir hazırlıq kursu və ya repetitor yanına getmədiyini deyir:
“Məktəb dərslərini hər zaman çox yaxşı oxumuşam. Bizim məktəbdəki təhsil çox yaxşıdır, ona görə də əlavə hazırlığa ehtiyac yoxdur. Son illərdə isə özüm ixtisas qrupu üzrə fənlərdən keçdiklərimi təkrar edirdim, çətinliklərim olanda müəllimlərimlə məsləhətləşirdim”.
Z.Quluzadə həm də Müslüm Maqomayevin adını daşıyan 26 nömrəli onbirillik musiqi məktəbində vokal ifaçılığı üzrə də təhsil alıb:
“Hüquq və vokal mənim üçün çox dəyərlidir. Lakin ilk növbədə yaxşı hüquqşünas olmaq istəyirəm. Beynəlxalq hüquq, dünya ölkələrinin hüququnu dərindən öyrənmək istəyirəm. Gələcəkdə bu istiqamətdə xaricdə təhsil almaq planlarım var. Vokal isə hüquqdan sonra ikinci dəyərli sənət olacaq mənim üçün”.
Qeyd edək ki, Z.Quluzadə həm də Respublika fənn olimpiadaları qaliblərindəndir. O, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə qızıl medalın sahibidir.
XƏBƏR LENTİ
21 Fevral-Ana dili günüdür!
Fəslin ən rahat ayaqqabıları
Necə? Məni unutmusan?
Keçmişin günümüzdəki trendləri
Gəncədə şərab festivalı keçirilib
Bulvarın nəhəng gəmisində gəzinti
Meteohəssas insanların nəzərinə
Təhsildəki 1 həftəlik tətil belə kompensasiya olunacaq
Mənzil kirayəyə verənlərə xəbərdarlıq
Kəmərlə cazibədar görünə bilərsiniz
Qeyri-adi üzüklər
Sevginin mövcud olduğunu göstərən məşhur cütlüklər
Bəs siz uşaq övladlığa götürməyə hazırsınız? - MÜZAKİRƏ
Stressi azaldan idmanlar
Tac Mahalda namaz qılmaq qadağan edildi
Svarovski daşlı bijuteriyalar
Toy tortları
Ömrü azaldan daha bir səbəb bəlli oldu
Allah yanında ən sevimli iş nədir?
Heyva mürəbbəsi (foto resept)
Fıstıqlı dondurma (foto-resept)
Rəssam həbsxanada qalanda - FOTO
Evdə müalicə alan və nəzarətdə olan şəxslərin sayı açıqlandı - RƏSMİ
I Avropa Oyunları Azərbaycanı dünyanın idman arenasına çevirəcək
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"Qarpız soyuducuda saxlanılmamalıdır" - Bakının baş infeksionisti
Obama rəqiblərə "od qoydu"
Hazırlıq qruplarında oxuyanlar hərbi xidmətə çağırılacaqmı?
Türkiyə Ermənistanı 1915-ci il hadisələrini yenidən araşdırmağa çağırır
“Semaşko” bağlandı: Yalnız koronaviruslu xəstələr qəbul ediləcək - YENİLƏNİB + ÖZƏL
Karantindəki Xəstə Qaçdı!
Saçları rəsmlərdəki kimi boyadı
Cardi Bi Bakıya gəlir
Mehriban Əliyeva Parisdə Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşünü izləyib
Avstriya kansleri ölkədə ikinci koronavirus dalğasının başladığını bildirib
Yeni şalvar trendi
Balıq kotleti (foto resept)
Tərəvəzləriniz uzun ömürlü olsun
Bu sizi nikotin asılılığından da xilas edəcək
14 yaşlı azərbaycanlı model birinci oldu
Viktoriya Sekret modellərinin gözəllik sirləri
Dəbli qısaboğaz çəkmələr
195 kq arıqlayan qadın hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İmtahanların vaxtı bilindi
Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmenini - “Forbes” açıqladı
"Avropa Oyunlarının qarşısını heç kim ala bilməyəcək"
Övladlarının ömrünü uzatmaq valideynlərin əlindədir
Qalaktikaların qatili tapıldı
Mehriban Əliyeva Mərdəkan və Binədə körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
Kinoteatr, muzey və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı















- ŞƏRHLƏR