Yaşadığımız dövrdə bəzi insanlar arasında nifrətin yayılma səbəbi nədir? Nifrətin sevgiyə çevrilməsinin həlli necə olmalıdır?
Bütün insanlar sevgini bilərək doğulurlar. Kiçik bir uşaq irq ayrı-seçkiliyini, nifrəti, dininə, mədəniyətinə, millətinə görə insanları siniflərə bölməyi, insanlara zülm etməyi bilməz. Çünki o sevgi ilə doğulur. Hər insan ruhu ilə bərabər yaradılır və o ruh birbaşa sevgiyə bağlıdır... İnsan nifrəti, zülmü, kini, insanlara fikirləri, irqləri, dinləri, dilləri, nəsilləri səbəbindən düşmən olmağı sonradan öyrənir. Nifrət cəmiyyətlər içindəki bəlaların da əsas mənbəyidir.
Cəmiyyətin mövcud qanunları insanları günahdan və pis əxlaqdan ancaq bir nöqtəyə qədər çəkindirə bilər. Dövlət ictimaiyyətə açıq olan yerləri, küçələri və mərkəzi bölgələri təhlükəsizlik qüvvələri sayəsində qismən qoruya bilər, cəmiyyətin nizamını təmin edə bilər, güclü bir ədalət sistemi sayəsində cinayət nisbətini azaltma mövzusunda lazım olan tədbirləri ala bilər. Lakin hər insanın iyirmi dörd saat nəzarət edilməsi mümkün olmadığına görə müəyyən məqamdan sonra insanın vicdanı fəaliyyətə keçməlidir. Vicdanını dinləməyən insan yalnız olanda və ya özü kimi düşünən şəxslərlə birlikdəykən asanlıqla cinayət törədə bilər. Bu vəziyyətdə yalana müraciət edən, haqsız qazanc yeyən, məzlumu əzməkdən heç bir narahatçılıq duymayan fərdlərdən ibarət bir cəmiyyət modeli ortaya çıxar. Mənəvi dəyərlərin itirildiyi bir cəmiyyətdə fiziki tədbirlərin və tətbiqatların nəticə verməyəcəyi aydındır. Etdiyi hər hərəkətə, aldığı hər qərara, söylədiyi hər sözə görə Allah qatında hesaba çəkiləcəyini və sonsuz axirət həyatında bu etdiklərinə görə qarşılıq tapacağını bilən bir insanın pislikdən çəkinəcəyi aydındır.
Mənəvi dəyərlərin hakim olduğu bir cəmiyyətdə zorakılığa meyilli insanların ortaya çıxmasına səbəb olan problemlər də təbii olaraq ortadan qalxmış olur. Cəmiyyət dürüstlük, fədakarlıq, sevgi, şəfqət, ədalət kimi yüksək dəyərlərə sahibdirsə, bu cəmiyyətdə yoxsulluq, gəlir bərabərsizliyi, ədalətsizlik, haqsızlıq, məzlumun əzilməsi, azadlığın məhdudlaşdırılması kimi mənfi hallarla qarşılaşılmaz. Tam əksinə ehtiyac içində olanların ehtiyaclarının təmin edildiyi, zəngin olanın yoxsul olanı himayəyə aldığı, güclü olanın zəif olanı qoruduğu, sağlamlıq, təhsil, rabitə kimi sosial imkanlarda hər kəsin ən yaxşısını istifadə etdiyi, fərqli etnik mənşələr, dinlər və mədəniyyətlər arasında mehriban münasibətin hakim olduğu bir cəmiyyət nizamı olar. Elə bu səbəblədir ki, sevgi və sevginin gətirdiyi gözəl əxlaq bir çox ictimai problemlərin həllidir. Əksində isə, yəni nifrətlə ancaq dünya qarışır. Müharibələr, iğtişaşlar artır. Halbuki, nifrətin səbəb olduğu müharibələrdə xərclənən pul ilə nələr edilə bilər.
Pul bütün dünyadakı aclığı müəyyən qədər aradan qaldıra bilər. Uşaqları hər cür ölümcül xəstəliyə qarşı qoruyacaq tədbirlər alına bilər. Az inkişaf etmiş ölkələrdə minlərlə insanın ölümünə səbəb olan xəstəliklərin müalicəsində istifadə oluna bilər. İşsizlik bütün dünyada aradan qaldırıla bilər. Təhsilə ayrılan pul ilə dünyada oxumaq, yazmaq bilməyən insan qalmaz. Xərçəng, Alsheymer kimi xəstəliklərin araşdırmaları, xəstəliklərə çarə ola biləcək üsullar inkişaf etdirilər.
Nifrəti sevgiyə çevirməyin yeganə yolu gözəl əxlaqdır. İnsan gözəl əxlaqı bütün həyatına tətbiq edəndə sevginin önü açılır. Gözəl əxlaqın bir parçası səbirdir. Səbir sevgini əldə etmək üçün böyük əhəmiyyət daşıyır. Çünki səbir olmasa, insan sevdiklərinin xətalarını, qüsurlarını tapar, onlardan qopub ayrılar, səbir olmadan insanın sevgini əldə etməsi çətindir. Eqositlik və laqeydlik də sevgini aradan qaldırır. Comərdlik isə sevgini artırır. Köməksevərlik həm kömək edən şəxsdə, həm də kömək edilən şəxslərdə qarşılıqlı sevgi olaraq inkişaf edir. Yalan danışmamaq da sevgi üçündür. Yalan danışan adamları sevməkdə insan çətinlik çəkir, çünki davamlı yalan danışan bir insanın əsl şəxsiyyəti ilə əlaqə qurula bilməz. Vəfa, sədaqət və bağışlamaq da ancaq sevgi ilə mümkündür. Gözəl əxlaqı yaşayan insan sevdiklərini şəfqət duyaraq sevər, minlərlə dəfə səhv eləsə də, onlara qarşı mərhəmətli və hər şərtdə bağışlayıcıdır. Buna görə də bağışlamaq insanlar arasındakı sevgi zəminini yaratmada Allahın lütf etdiyi nemət və gözəlliklərdən biridir.
Vicdan zəifliyinin nəticəsi olan nifrət isə ancaq yanlış inanclardan, yanlış həyat tərzindən doğur. Nifrətin yaratdığı keyfiyyətsiz həyat tərzini, terroru, dağıntını, zorbalığı, müharibəni dayandırmaq üçün insanları təlimləndirmək lazımdır. İnsanlar öz həyatlarından, gördüklərindən, düşündüklərindən məsul olduqlarını bilməli və insan həyatının bir böcək qədər dəyərsiz olduğu fikrindən xilas olmalıdırlar. Sonlu deyil, sonsuz bir varlıq olduqlarını, həyatlarının bu dünya həyatı ilə sona çatmayacağını, yox olub getməyəcəklərini unutmamalıdırlar. Bir-birləri ilə döyüşüb vuruşaraq, bir-birlərini əzərək, dalaşaraq deyil, sevərək, şəfqət göstərərək, fədakarlıq edərək irəliləyəcəklərini öyrənməlidirlər. Müharibə aparmağı normal göstərən hər ideologiya böyük bir yalandır. İnsanlar ancaq və ancaq öz yaradılışlarına uyğun hərəkət eləyəndə xoşbəxt yaşaya bilərlər. İnsanlar sevgi üzərində yaradılmışdır. İrəliləmək, gözəlləşmək və xoşbəxt yaşamaq istəyirlərsə, sadəcə sevgini ayaqda saxlamalıdırlar. İnsanların əksəriyyətinin nifrəti qızışdırmaları sevgi yolu üzərində maneə deyil. Sevgiyə meyilli bir insanın Allah hər zaman köməkçisidir. Belə insan Allaha qarşı sevgi yaşadığı və yaşatdığı müddətdə minlərlə insanın üzərində bir gücdür. Ruhundakı o gözəlliyi yaşadığı üçün hüzursuzluq və sıxıntı içində olmaz. Sevgi ilə ruhunu razı salar. Bədəni, üzü, bütün hüceyrələri o sevginin verdiyi enerji və şənlik ilə canlanar, dirilər. Nifrətin gətirdiyi qaranlıq, qorxu və dəhşət, ruhundan sıyrılıb gedər. Bu insan üçün yaşamaq, yəni hadisələrə həll yolu gətirmək, yaşadıqlarını xeyrə yozmaq, dinc bir beyin ilə rahat və xoşbəxt yaşamaq hər zaman mümkün olar. Asan olan sevgini yaşamaq, çətin olandan, yəni nifrət və kindən təmizlənməkdir. Sevgini yaşayan və yaşadan bir insanın həm öz həyatı gözəlləşəcək, həm də ətrafındakı insanların həyatı.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Doğruluğun mükafatı
Bu dərmanlar ən az 2 dəfə ucuzlaşdırıldı
İnstaqramda trendə çevrilən geyimlər
Nikinizin mənasını bilirsinizmi?
Meyvə-tərəvəzlə arıqlayın
Rusiya brendləri
Devid Bekhem evinin altında gizli tunel tikdirir-SƏBƏB
Haçalanan saçlar üçün maska.
"Donuz qripi"nə yoluxan aktrisa hər kəsi QORXUTDU - FOTO
Saçları gücləndirən və qoruyan maska
Bütün idman obyektlərində ibadət otaqları yaradılacaq
Saç rezinləri
Yaponiyada koronavirusa rekord yoluxma
Sev ki, sevən mərd olar...
Vitaminlərin sirləri
Dünyada ən minimalist telefon təqdim olundu
Ronaldinyo çoşqa uğrunda mübarizə apara bilər
Məşhur aktyor metroya mindi, tanıyan olmadı
Sosial şəbəkədən pul qazana bilərsiniz
Kişilərə söyləyərkən diqqət edəcəyiniz məqamlar
Onu özünə aşiq et!
Məşhur müğənnin səhnə geyimi müzakirə olunur - FOTO
Bakıda sürücü fırıldağı: işığı yandır...
Artur Rasizadənin oxşarı tapıldı
Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO
Aprel ayının qalibləri!
Bu film hər kəsi GÖZ YAŞLARINA BOДћDU - VİDEO
Mehriban Əliyevaya Pakistanın "Hilal-e-Pakistan" ordeni təqdim olunub
Namaz və onun qaydaları (7-ci hissə)
Sürücülük vəsiqələri smartfonlarda olacaq
Hamilə Miranda Kerr -FOTO
Benzinin qiymətindəki dəyişlik Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək
Yoqaya indi başlamağınız üçün 12 səbəb
WhatsApp-da əla yenilik
Hava necə olacaq?
Soyuqdəyməni bir günə necə çıxarmalı?
Ana südü uşaqları bundan da qoruyur
Radio və televiziya işçilərinin peşə bayramıdır
Dostları sayəsində dünyanı gəzdi
Hollivudun ən çox gəlir gətirən aktyoru məlum oldu
Ulduz falı nə dərəcədə düzdür?
Xalq inancları
Naftalanda qeyri-adi layihə
Azərbaycanda qadınların bəzi iş yerlərində çalışmaları qadağan ediləcək
Burak Özçivitdən ilk dəfə -FOTO
Almaz daşı
Azərbaycanda bir kənddə onlarla insan koronavirusa yoluxdu
Prezidentin köməkçisindən təqdirəlayiq addım - VİDEO
Kiçik xalçaların toxunma qaydası (Video)
TQDK sədri Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının konfransında iştirak edəcək
- ŞƏRHLƏR