
Xəzər dənizinin sahilində, Salyan rayonunun Xıdırlı kəndi ərazisində dünya standartlarına cavab verən dəniz suyunu duzsuzlaşdıran ilk böyük həcmli zavod və müasir tinglikdən ibarət kompleks istismara verilmişdir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.Qeyd edək ki, Yer kürəsində təmiz suya olan tələbat ilbəil artmaqdadır və bu səbəbdən də alternativ təmiz su mənbələrinin üzə çıxarılması, onlardan istifadənin təşkili bir çox ölkələr üçün aktualdır. Məhz bu baxımdan regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda da su probleminin yaxın gələcəkdə yaşana biləcəyini qabaqcadan görən Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair keçirilmiş iclasında dəniz suyunun duzsuzlaşdırılması məsələsini xüsusilə vurğulamış və bununla bağlı lazım olan bütün tədbirlərin həyata keçirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırıb.Həmin vaxtdan başlayaraq ETSN-də dəniz suyunun duzsuzlaşdırılmasının həyata keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanıb.İ.İbrahimova deyib ki, infrastruktur imkanları 20 min m3/gün olan, ilkin mərhələdə pilot olaraq gündə 1000 m3 gücünə malik dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleksin inşası üzrə pilot layihənin icrasına start verilib, ən müasir tələblərə cavab verən zavodda tərs osmos membranları ilə təchiz olunmuş avadanlıq quraşdırılıb: "Dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleks 2013-cü ilin əvvəlində işlək vəziyyətə çatdırılıb və bir müddət sınaq rejimində yoxlamadan keçirildikdən sonra əsaslı rejimdə fəaliyyətə başlayıb. Hazırda müəssisədə gün ərzində 1000 m3 həcmində duzsuzlaşdırılmış su istehsal olunur və bu sudan müəssisə daxilində salınmış tingliklərin, həmçinin Xıdırlı kəndi yaxınlığında ETSN tərəfindən həyata keçirilən yaşıllaşdırma layihələri çərçivəsində əkilmiş ağacların suvarılmasında istifadə olunur. Eyni zamanda, gələcəkdə ehtiyac olarsa, bu sudan Xıdırlı kəndinin əhalisinin içməli suya olan tələbatının ödənilməsində də istifadə oluna bilər".Onun sözlərinə görə, layihəyə uyğun olaraq ərazidə ildə 1 milyon ədəd ağac və kol (o cümlədən dekorativ) cinsləri yetişdirməyə imkan verən bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik yaradılıb. Eyni zamanda avtomatik idarə olunan suvarma və gübrələmə sistemi yaradılıb, mikroiqlim nəzarətini həyata keçirmək məqsədilə temperatur, rütubət, küləyin sürəti, istiqaməti, günəş radiasiyası, yağıntı miqdarını ölçmək üçün meteoroloji stansiya quraşdırılıb.Kompleksin yaradılması zamanı 240 min m3 həcmində torpaq, 91,5 min m3 həcmində beton işləri görülüb. 24 kilometr uzunluğunda 315 millimetr və digər diametrli yüksək təzyiqli su boruları, 6,5 kilometrlik 110 millimetr və digər diametrli suvarma boruları quraşdırılıb, 10 kilometr uzunluğunda damcılı suvarma sistemi yaradılaraq istismara verilib. Həmçinin 15 kilometr məsafədə yol salınıb, 12 700 m2 sahədə asfalt örtüyü döşənib.Kompleksin fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədi ilə 1,3 kilometr məsafədə yüksək gərginlikli elektrik xətti çəkilib, gücü 250 kvt olan transformator və gücü 330 kvt olan generator qurulub. Ümumi sahəsi 320 m2 olan 13 otaqdan ibarət 2 ofis binası inşa edilib, həcmi 500 m3 olan yeraltı dəmir-beton su anbarı, həcmi 25 000 m3 olan izolyasiya olunmuş torpaq su anbarı, həcmləri 500 m3 və 200 m3 olan 3 ədəd izolyasiya olunmuş metal su çənləri inşa edilib.Müəssisənin 21,8 hektar ərazisində 26 mindən artıq ağac, kol əkilmiş, 3 hektar əraziyə qazon döşənib, damcılı və səpələyici suvarma sistemləri qurulub.Dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilib. Dambanın inşası üçün 76 000 m3 qarışıq daş suxur və gil, ümumi sahəsi 1500 m2 olan 200 ədəd dəmir-beton plitələrdən istifadə olunub. 800 metr məsafəyə yüksək gərginlikli elektrik xətti çəkilmiş, gücü 100 kvt olan transformator və gücü 125 kvt olan generator qurulub. Nasosxana, 2 otaqlı gözətçi evi, təsərrüfat sarayı və s. inşa edilib.Qeyd edək ki, bu layihə Abşeron yarımadası və onun ətrafında yaşayan əhalinin suya olan tələbatı qarşısında gələcəkdə yarana biləcək su qıtlığının aradan qaldırılmasına texnoloji hazırlıq baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Həmçinin duzsuzlaşdırılmış dəniz suyu ilə suvarılan yeni yaradılmış tinglik, paytaxt və ona bitişik ərazilərdə yeni yaşıllıqların salınması yolu ilə ekoloji mühitin sağlamlaşdırılması istiqamətində ciddi irəliləyişlərə nail olunmasına şərait yaradacaqdır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Uşaqlarda burun qanaxması
Azərbaycanda hansı sosial şəbəkə daha populyardır?
Heç bitməyəcək ana-qız qarşıdurması!
Bakıda nəhəng Yeni il yolkası quraşdırıldı
Cinayətkarlar təbii fəlakət qurbanlarının dadına çatdılar
Məktəbəqədər təhsilin dövlət standartları hazırlandı
Onlar da nişanlandılar-FOTO
Ağdamda Pənahəli xan sarayı erməni işğalından əvvəl və sonra... - FOTO
Daha nəyin qiyməti qalxdı?
Məşhur müğənni plastik əməliyyata 30 min xərclədi - FOTO
20 il müstəmləkəçiliyə qarşı mübarizə aparmış Qaçaq Nəbinin kəndi də işğaldan azad edildi
Makiyajla özünü istədiyi adama oxşada bilir
Tarixdən...(2)
Qiyamət bunkeri
Dekorasiya ideyaları
Qız toyu üçün gəlinliklər
Prezident Gömrük və Vergi məcəllələrində dəyişiklik etdi
“WhatsApp”dan yenilik – Rəngli olacaq
Dünya savaşı başlayır
Azərbaycanda geni dəyişdirilmiş bitki və bitki materiallarının istifadəsi qadağan edilir
"Qarabağ" rəqibini darmadağın etdi
Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Nanə çayının faydaları
Qeyri-adi ayaqqabılar
Günün qoroskopu: çətin qərarlar qəbul etməlisiniz
Avropada ilk sualtı restoran tikiləcək
Xəyanət siqnalları
Arzular gerçəkləşir
Nikol Kidmanın ilham verən tərzi
Maskalar və gözəllik sirləri (I hissə)
Gözəl ayaqqabı modelləri
Hadisə bacısını belə təbrik etdi
İşarət dili ilə şeirlər deyir, hətta mahnılar oxuyur-VİDEO
Azərbaycanın "Eurovision" mahnısı təqdim edildi
AzTV-də Rəsulzadənin real görüntülərinin yer aldığı film nümayiş olunacaq - VİDEO
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Dünyanın ən maraqlı Yeni İl ADƏTLƏRİ
“Sədərək”dəki sahibkarlar bir müddət icarə pulu ödəməyəcək
Azərbaycanlı zəvvarların ilk qrupları Ciddə şəhərinə çatıb
"Bu dəfə dəqiqdir": Putin Ermənistana gedir
Düyülü kabak yeməyi (foto-resept)
Soyuqdəyməni bir günə necə çıxarmalı?
Qadın rekorda imza atdı - VİDEO
Sobada ətli rulet (foto-resept)
Saç uzadan maska
Britni Spirs izləyicilərini heyran etdi-VİDEO
Cins şalvarla geyinmək üçün pencək seçimi
Bir ilə 8 milyon qazanan qadın mətbuat katibi...
Sabah nadir təbiət hadisəsi görəcəyik















- ŞƏRHLƏR