Ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində insanların özlərini qorumaları üçün müxtəlif tövsiyələr, videoçarxlar hazırlanır.
Bəs hər kəsin ayrılmaz bir hissəsinə çevrilən smartfonlar necə? Onları dezinfeksiya etmək lazımdırmı?
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, "Kaspersky” şirkəti smartfonların nə ilə və necə düzgün dezinfeksiya edilməsi barədə məlumatlar paylaşıb.
Smartfonu koronavirusdan nə ilə və necə qorumaq olar?
Smartfonların üzərində hər zaman çoxlu bakteriya olur.
Cihazı COVID-19 koronavirusundan necə qorumaq olar? Smartfonu spirt və ya xlorheksidin (antiseptik və bakterisid maddə) ilə silməyə dəyərmi?
Hazırkı koronavirus (COVID-19) epidemiyası, deyəsən, artıq insanları ictimai yerləri ziyarət etdikdən sonra əllərini yumağa və üzlərinə daha az toxunmağa vərdiş etməyi öyrədib. Ancaq hələ də hamı daha bir faydalı vərdişə - öz cihazlarını, xüsusən gündə yüz dəfə əlimizə aldığımız və tez-tez üzümüzə toxundurduğumuz cihazları dezinfeksiya etmək vərdişinə yiyələnməyib. Bunun vacibliyi və necə düzgün edilməli olduğu haqda danışaq.
Telefonu niyə dezinfeksiya etmək lazımdır?
İlk olaraq, unutmayaq ki, koronavirusun otaq temperaturu şəraitində metal, şüşə, keramika və plastik materiallar üzərində öz yoluxma gücünü saxlayaraq yaşama müddəti bir neçə gün təşkil edir. Virus telefona iki yolla keçə bilər – yoluxmuş insanın öskürəyindən ayrılan kiçik damcılarla və ya əvvəllər qapı tutacaqları, lift düymələri və digər səthlərə toxundurduğunuz əllərinizlə.
Əgər telefonunuzu başqa insanlara verməsəniz (vermirsiniz, elədir?) və hamı cihazınıza öskürməsə, havadan yoluxma ehtimalınız azdır. Əllə yoluxma əlaqədə qaldığınız müddətdən asılıdır və bu müddət müxtəlif mikroorqanizmlər üçün fərqlidir – koronavirusun yoluxma müddəti haqda etibarlı məlumatlar hələ də mövcud deyil.
Buna görə də, virusun daha əvvəl başqa bir şeylə təmasda olan yuyulmamış əllərinizin dəydiyi smartfon vasitəsilə ötürülə biləcəyini düşünmək daha məntiqlidir. Xüsusilə, telefona yalnız əllərimizlə deyil, həm də danışarkən üzümüzlə toxunduğumuz üçün, bu riski gözə almamaq olmaz. Ümumiyyətlə, telefonu mütəmadi olaraq, hətta hər evə qayıtdığımızda dezinfeksiya etmək daha yaxşıdır.
Smartfonu koronavirusdan necə qorumaq olar?
Məişətdə daha geniş yayılmış məhsullardan etil (C2H5OH) və izopropil spirtləri (C3H7OH), həmçinin, hidrogen peroksid (H2O2) və hipoxlorit (NaClO) koronavirusla mübarizə üçün daha effektivdir.
Smartfonu dezinfeksiya etməyin alternativ variantları:
Kimyəvi dezinfeksiya sizə uyğun deyilsə, başqa seçimlər də var. Məsələn, ultrabənövşəyi dezinfeksiya aparatları. Yaxud telefonu hermetik polietilen torbaya qoymaq və hər dəfə çölə çıxdıqdan sonra həmin paketi atmaq (virus polietilendə uzun müddət yaşaya bilər).
Belə bir üsul çox dəbdə olmasa da, istifadə etmək ziyan gətirməz.
Ən radikal üsul telefondan ictimai yerlərdə mümkün qədər az istifadə etməyə çalışmaqdır. Bu, eyni zamanda rəqəmsal detoksa kömək edir və ümumiyyətlə, zərərli deyil.
Əlbəttə ki, evdən çöldə sizinlə birgə gəzişən digər cihaz və əşyalar - planşetlər, noutbuklar, ağıllı saatlar və ya bilərziklər, qulaqlıqları da unutmaq olmaz. Hər ehtimala qarşı, istehsalçının veb-saytı və ya təlimat kitabçasından, yaxud birbaşa özündən hansı maddələrin dezinfeksiya üçün daha uyğun olduğunu və onlardan cihazın qorunması üçün necə istifadə edə biləcəyinizi dəqiqləşdirməyə dəyər.
Nəticə: smartfon dezinfeksiyası üçün tövsiyələr
• Smartfonunuzu silməzdən əvvəl istifadə edəcəyiniz məhsulun tərkibini araşdırın.
• Etil spirti və ya hidrogen peroksidin istifadəsindən çəkinin, onlar ekranın oleofobik (barmaq izi saxlamayan xüsusi örtük) örtüyünə zərər verə bilər.
• İzopropil spirti smartfonunuzu silmək üçün ən uyğun maddədir.
• Optimal konsentrasiyası 70-80%-dir.
• Hər dəfə çöldən qayıtdıqdan sonra smartfonunuzu silmək tövsiyə olunur.
XƏBƏR LENTİ
Yer kürəsinə Atlas kometi yaxınlaşır - AMEA
Koronavirus 51 illik cütlüyü 6 dəqiqə fərqlə öldürdü
Ləzzətli toyuq (foto resept)
Sellülitdən aspirinlə xilas olun
Ekran yorğunluğunun qarşısını almaq üçün 3 üsul
Hande və Murat EVLƏNİR-FOTO
Bu gün güclü külək əsəcək
Ölüm dedikləri bir vüsal imiş
Peşələr
Yer kürəsinin tarixi fotosu
Veneraya ekskursiya...-NASA-dan yeni layihə
Saçlara qulluq
Pensiyalar nə qədər artırıldı? - RƏSMİ
Ad günü
Ağacı fikirləşərək
Ölümün bir addımlığında: Beyin travması
Məşhur müğənni intihar etdi-SƏBƏB
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
Ləng reaksiya - tez ölüm
Sinan Akçıl BOŞANDI
Erməni tarixçilərinin etirafları
Gözəl həyata sahib olmaq üçün nə etməli?
Bu günün hava proqnozu - 05.11.2013
Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ
Daha baxımlı və dolğun kirpiklərə sahib olmaq üçün...
Deniz Çakır hicablı qadınlara sataşdı
Toy adətlərimiz
Kiçik döşlərə əlvida
Hava müjdəsi
Qadin.Netin sevimli simaları (2)
Ayrıldıqdan sonra 45 kilo arıqladı
General Zakir Həsənov: "Şəhidlərin qisası birə on qat alınıb"
Skype-la pul göndərmək mümkündür
Yağ yandırmağa kömək edən çaylar
Həcc ziyarətini 1000 kamera izləyəcək
Təbii üsullarla ayaq qoxusuna son verin!
Azərbaycan boksçusu dünya birinciliyinin bürünc medalı ilə kifayətləndi
Son 50 ildə görünməmiş həddə qar yağıb
Eurovision-2016-nın bütün finalçıları bəllidir
Dünyada ucuzlaşır, Azərbaycanda isə bahalaşır
"Barselona" Messinin satış qiymətini açıqladı - Fantastik məbləğ
Dodaq boyası çəkərkən yol verilən səhvlər
Britaniyanın səhiyyə naziri canlı yayımda göz yaşlarını saxlaya bilmədi - VİDEO
Nazirlikdən dünya şöhrətli fransalı məşhurların erməni separatizminə dəstəyinə SƏRT REAKSİYA
Azərbaycanda karantin rejiminin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ
Koronavirus insan sağlamlığını necə dəyişir? - Sonsuzluq və...
Nanə çayının faydaları
Məktəbi bitirməyənlərə fürsət
Müdrik fikirlər
Qısaboğazlı çəkmələr