Tərkibi:
50 qram şəkər tozu
60 qram bal
1/4 çay qaşığı hil
2 ədəd mixək
50 qram "Wellington" kərə yağı
3 ədəd yumurta
1/4 qram soda
1/4 çay qaşığı duz
1 çay qaşığı darçın tozu
250 qram un
100 qram südlü şokolad
Hazırlanması:
İlk öncə şərbətimizi hazırlayırıq. Bunun üçün şəkər tozuna 3 xörək qaşığı su töküb vam odda şəkər tozu əriyənə qədər şərbəti qaynadırıq. Sonra odun üstündən götürüb bir az soyumağa qoyuruq. Bir az soyuduqdan sonra balı töküb yavaş-yavaş qarışdırırıq. Zövqə görə hil və mixək tökürük. Şərbətimiz hazırdır.
Xəmiri hazırlayırıq. Yumurtaların ağını sarısından ayırırıq. Ayrı qaba yumşaldılmış kərə yağı, yumurta sarılarını və şərbəti töküb yaxşı-yaxşı qarışdırırıq.
İndi isə unu ələyirik. Duz, soda və ya qabartma tozu və darçınla qarışdırırıq. Darçını xoşlamayanlar onu vanillə əvəz edə bilər.
Yumurtalı-ballı kütləmizi unun üzərinə töküb qarışdırırıq. Sərt xəmir alınacaq.
Hazır xəmirimizi yumrulayıb dairə formasına salırıq və onu folqa kağızıyla bükürük. 1 saat qoyuruq qalsın.
DР°ha sonra xəmirimizi yumru balaca kündələrə bölürük. Azca yayırıq və beləcə banan formaları veririk. İsətəyən başqa formada edə bilər. Ardından soba qabının üzərinə folqa kağızı sərib və ya qabı yağlayıb banan xəmirlərini düzürük və 170 dərəcədə 15-20 dəqiqə qızarana qədər bişiririk.
İndi isə qlazurumuzu hazırlayırıq. Südlü şokoladımızı bermari üsulu ilə (buxarda) əridirik.
Daha sonra sobadan çıxardığımız soyuq peçenyelərimizin ucunu şokolada batırırıq və qurumağa qoyuruq.
Ballı banan peçenyelərimiz hazırdır.
Nuş olsun.
(Tərcümə olunub)
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR