Guluw Serdarqizi
Canım bacım, axır ki özümdə bir cəsarət tapıb bu mövzuda fikirlərimi bölüşmək istədim. Yadımdadı ki. 8-ci sinifdə oxuyurdum, o vaxt uşaqlar xatirə dəftəri tuturdular və orda olan "gələcəkdə hansı sənət sahibi olmaq istərdin" sualına "aktrisa" cavabını yazmlşdım, bilmirəm bu xəbər hardansa valideyinlərimə (onların hər iksi müəllim işləyirdilər) çatmışdı və mənə çox hirslənmişdilər, mənim özüm üçün arzuladığım, yadımda qalan unutmadığım ilk arzum bu oldu. Baxmayaraq ki, ailənin yeganə qızı idim, həmişə mənim tam həyatım valideyinlərimin arzusu və istəkləri ilə reallaşırdı. Hərdən bu arzular biri-birinin ardınca elə tez baş verirdi ki, hətta heç bunu istəyib-istəməməyimi də fikirləşə bilmirdim. İstəmədən onların arzusu ilə 17 yaşında ailə qurdum, xoşlamadığım sənət üzrə təhsil aldım və 1-2 il işlədim, sonra yoldaşımın arzusu ilə işdən çıxdım, evdar qadın oldum. Bir dəfə bir müəlliməm mənə yaxşı yemək bişirməyi bacardığıma görə "Sən gələcəkdə yaxşı ev xanımı olacaqsan" demişdi. Beləliklə, mən özüm üçün heç bir arzu arzulamadım. Naşükürlük eləmirəm, bir qadına qadın xoşbəxtliyi üçün nə lazımdırsa, Allahım bunu mənə verib. Buna görə Allahıma, valideyinlərimə və yoldaşıma həmişə borcluyam. Əsl arzuların nə olduğunu övladlarım dünyaya gələndən sonra bildim, demək olar ki, bütün arzularım onlarla bağlıdır. Şükürlər olsun, bu günə kimi verdiyim tərbiyəyə layiq övladdırlar, indi arzulayıram ki, ali məktəbi bitirib vətənlərinə layiqli övlad olsunlar. Amma heç vaxt onların istəklərinə qarşı çıxmaram, çünki tərbiyələrinə və qərarlarına güvənirəm. InşAllah, bəlkə vaxtında arzulamağa imkan tapmadığım arzularım qız nəvələrimdə özünü tapar. Bu vaxta qədər özüm üçün arzuladığım yeganə arzum artıq çəkidən xilas olmağım olub, onu da demək olar ki, 95% həyata keçirmişəm. Allah heç bir ananın arzusunu ürəyində qoymasın.
Sumeyya Ummi Ali
Həyata keçməyən arzum çoxdur, əslində isə arzular gərəkdir ki, Allahla, imanla bağlı olsun, iman zəifliyimdən arzularımın həyata keçməməsi üçün təəssüflənmirəm. Amma bir arzum cahil vaxtımda olub, o da filoloq olmaq istəmişəm, olmayıb, müəllimə olmaq istəmişəm, amma fəlsəfəçi olmaq nəsib olub. Hər şeydə Allahın hikməti var. Həyata keçən arzum isə balamın sağ-salamat dünyaya gəlməsi idi, o da həmd olsun Allahım eşitdi məni. Hal-hazırda isə yeganə arzum, istəyim Allahım mənə Kərbəla ziyarətini nəsib etsin, ora getməkdir əsas istəyim, qayıtmamaq isə bir nemət olardı. Nə bilim, Allahım bu lütfu nəsib edərsə... Məndən bu qədər, bacı...:girl-smi:
Nuray
SəRRaS, çox sağ ol məni də belə gözəl xəbərinə dəvət etdiyin üçün. İlk öncə həyata keçməyən arzularımı sizinlə bölüşüm, ən böyük arzum ali məktəbə girmək olub, o da heç vaxt həyata keçməyib, bundan sonra da keçməyəcəyini bilirəm. İkincisi, həmişə işləmək istəmişəm, o da alınmayıb, gələcəkdə Allah qismət etsəydi, işləyərdim. Üçüncu arzum da maşın sürmək idi, həvəsələ qadınların maşın sürmələrinə baxıram, deyirəm ki, kaş mən də olaydım o sükanın arxasında, o da qismət. Həyata keçən arzularım da var. Allaha şükürlər olsun ki, ilk növbədə mənə iki dənə sağlam övlad verib. Şükür etməliyəm ki, öz evimdə yaşayıram, heç kimə möhtac deyiləm, olmayanlara da Allah qismət etsin.
Vefa Akbarova
Mən uşaq vaxtından vizajist olmaq istəmişəm, öz arzuma da çatmışam. İndi isə işləmirəm, uşağım hələ balacadır. Ancaq həyatda əsas ailə xoşbəxtliyidir. Həyata keçməyən arzum isə şəxsi evimizin olmamasıdır. InşAllah o da olar. Bacılarım, ən önəmlisi can sağlığıdır. Allaha təvəkkül, hər şey Allahın əlindədir, "Ol" desə arzularımız çin olar.
BELLA
Həyata keçən arzularım azdır və ən böyük arzularım hələ həyata keçməyib. Almaniyaya gələndən sonra yoldaşımla bir müddət işlərimizə görə istəmədən ayrı qalmalı olduq, o müddətdə sevdiklərimdən heç kəs yaxınımda deyildi, bircə yoldaşımdan başqa. Səbirsizliklə yoldaşımın məni aparmasını gözləyirdim. Bir müddətdən sonra gözləmədiyim vaxtda yoldaşım məni gəlib apardı. Ən böyük arzularım ana olmaq, yoldaşımla öz həyatımızı istədiyimiz kimi qurmaqdır, valideynlərimin, bacımın, qardaşımın bir müddətlik də olsa yanımda olmasını istərdim. Allah hər kəsin arzusunu çin etsin. Amin. Mənə də yer verdiyin üçün çox sağ ol, canım.
Ayka S
Həyata keçən arzularım maşAllah çox olub, şükür olsun, istədiyim hər şeyə nail olmuşam. Ən əsası da gözəl, vəfalı həyat yoldaşım, gülərüz şipşirin bir dənə böcəyim var. Həyata keçməyən arzum isə budur ki, oxumaq istəmişəm. Arzum tibb bacısı olmaq idi, qismət olmadı. İnşAllah Allah ömü rversin, qızımı oxudaram. Bu günümə şükür olsun. ALLAH səni də ən böyük arzuna çatdırsın, tezliklə ana olasan, Amin.
Sevinc M
Uşaqlığımdan bu yana ən böyük arzum olub ki, bir qızım, bir oğlum olsun. Hərəsinin öz otağı olsun, xoşbəxt, gözəl, müasir ailəm olsun. Allahıma şükürlər olsun ki, yavaş-yavaş bütün arzularım həyata keçir. Ancaq bircə arzuma çata bilməmişəm, o da ki, artıq mümkün olan bir şey deyil. Həyatdakı ilk, əsl və sonsuz məhəbbətimə qovuşa bilməmişəm. Arzum budur ki, Allahım hamını öz sevgisinə qovuşdursun. Mənim çəkdiyim əzabları heç kim çəkməsin. Amma bu günümə də şükürlər olsun. Məni sevən həyat yoldaşım, gözəl ailəm, baldan şirin balalarım var. Və mən də artıq yoldaşımı sevməyə başlamışam. İnanıram ki, məhəbbətim günü-gündən də artacaq.
Prences
Canım, mənə bu xəbərdə yer ayırdığın üçün təşəküür edirəm. Hər bir insanın olduğu kimi mənim də arzularım var. Arzusuz insan yoxdur. Həmişə bir arzu yerinə yetir, digəri yaranır. Arzularım yavaş-yavaş yerinə yetir. Şükür Allaha, nə istəmişəmsə, gec-tez yerinə yetib. Sadəcə, Allahın nəsib etdiyi zamanı gözləmək lazımdır. Arzular olmasa, hədəflərimiz olmasa, həyatda mübarizə etməyin də bir mənası olmaz. Həyatda ən böyük varlıqlarım valideynlərimdir, onların xoş günlərini görməyi, onların hər zaman yanımda olmalarını istəyirəm Allahımdan. Özüm üçün isə xoşbəxt həyat sürmək, ali məktəbə qəbul olmaq, yaxşı yerdə təhsil almaq.. İndiki arzum təhsildir, İnşallah xeyirlisi...
İnşAllah hamı arzularına çatar...
XƏBƏR LENTİ
Koronavirusla bağlı yaponların yeni kəşfi – Əlac tapılır?..
Ispanaq piroqu(foto-resept)
Daxili orqanları görən "rentgen qız": Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA
Beren Saatın “Netflix”dəki serialı
Üz və bədən üçün maskalar
Azərbaycanda daha 12 nəfərdə koronavirus aşkarlandı
Rusiyada koronavirusa qarşı preparatlar apteklərə veriləcək
Ekspess avtobuslarda sıxlıq yaşanır - VİDEO
Bağlı əməliyyatın 6 faydası
Bir qab makaron və… ölüm
Bu ilin ilk günündə...-RƏSMİ AÇIQLAMA
Hande Yener izləyicilərini məyus etdi-SƏBƏB/FOTO
Ərdoğan Bakıya gəlir
Bu cür hallar milyonda bir baş verir
Sabahın HAVAsı
Mobil telefonla danışanlar cərimələnə bilərlər
"Eurovision" da bir ilk
Hər qadına lazım olan 15 məsləhət
Sabahın HAVAsı
BÜRCLƏR bizə nə vəd edir?-20 Sentyabr
Qaratərə salatı (foto-resept)
"Facebook" və "İnstagram"da problem yarandı
BAFTA: Britaniya ən yaxşıları seçdi -SİYAHI
Nişan üzüyünü taxmaq lazımdırmı? - MÜZAKİRƏ
"Ərazi bütövlüyümüzü güzəştə getməyəcəyik" - Elmar Məmmədyarov
ABŞ-a "Florens" qasırğası yaxınlaşır
Pendirli-şokoladlı tort (foto resept)
Keçmiş sevgilinizlə qarşılaşdıqda nə etməlisiniz?
Hava haqqında - 05.10.2013
Makiyajla yatmağın zərərləri
"Simpsonlar 2" gəlir - 12 illik fasilədən sonra
Sərnişin maska taxmasa, avtobus hərəkət etməyəcək - BNA
Kirayə pulu verməkdən bezən qız çarəni bunda tapdı-FOTO
Məşhur astroloqdan 2019- PROQNOZU
Kate Middletonun tərzi
Günün ulduz falı
"Dördbucaq" piroqu(foto resept)
Yatın, amma fil qulağında yox...
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Hamilələrin nəzərinə: çox kökəlməyin, yoxsa...
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Düşbərə (foto-resept)
"Muska" börəyi (foto resept)
Yaponiyada qasırğa: ölənlər var
Koronavirus bu şəxsləri öldürmür - ARAŞDIRMA/VİDEO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Paris Hilton itlərinə villa tikdirdi-FOTO
Payız pəhrizi necə edilər?
Bürcə görə kişilərin eşqdə tərzləri
QASIRДћA ABŞ-a yaxınlaşdı
- ŞƏRHLƏR