Yetkinlik dövrü, uşaqların hormonal və fiziki dəyişikliklər nəticəsində bioloji olaraq yetkin olma müddətidir. Bu müddətdə bədəndə cinsiyyətə xas dəyişikliklər, boy uzanmasında sürətlənmə müşahidə olunur. Yetkinliyin başlanğıcına hansı faktorlar təsir edər? Qızlarda və kişilərdə yetkinlik əlamətləri nələrdir? Uşaqların boyları necə dəyişər? Erkən yetkinlik nədir? Erkən yetkinliyə səbəb nədir? Amerikan Xəstəxanası Pediatrik Endokrinoloji Mütəxəssisi Dr. Nihal Memioğlu izah edir:
Yetkinliyin başlanğıcına hansı faktorlar təsir edir?
Yetkinlik qızlarda kişilərdən 1,5-2 il erkən başlar. Yetkinliyin başlamasına təsir edən faktorlar genetik (50-75%), bəslənmə, iqlim və fəaliyyətdir. Bu faktorların təsiri ilə sümük yaşı qızlarda 10, kişilərdə 11 yaşa çatsa və kafi kiloya sahibsə beynin hipotalamus bölgəsinə siqnallar gedər. Oradan hipofize, hipofizden də gonadlara (yumurtalıq və testis) xəbərdarlıq gedər. Bu dövrdə meydana gələn genital və qolaltı nahiyənin tüklənməsi, dəri yağlanması, akne, tər qoxusu orqanizmdə androgen hormon istehsalının artması nəticəsində meydana gələr.
Qızlarda yetkinlik əlamətləri
Qızlarda ilk yetkinlik əlaməti məmə nahiyəsindəki çəhrayı bölgenin altında noxud böyüklüyündəki ağrılı şişlik şəklində özünü müəyyən edən məmə böyüməsidir. Bundan 3-6 ay sonra genital bölgede tüklənmə başlayır, böyümə sürətlənir. Təxminən 1 il sonra ən sürətli böyümə, 2 il sonra ilk menstrual tsikl baş verir.
Kişilərdə yetkinlik əlamətləri
Kişilərdə ilk yetkinlik əlaməti testislərin böyüməsidir. 6 ay qədər sonra genital tüklənmə başlayır. Təxminən 2 il sonra səsdə qalınlaşma , boyun sürətli uzanması, sonrakı illərdə saqqal çıxmağa və yetkin bədən quruluşu formalaşmağa başlayır. Ümumilikdə kişilərdə yetkinlik dövrünün inkişafı 4-5 ildə tamamlanır.
Uşaqların boyları necə dəyişir?
Yetkinlik dövrünə qədər uşaqlar artıq boylarının 80-85%inə çatmış vəziyyətdə olurlar. Yetkinlik müddətində ümumilikdə qızlar 16-25sm, kişilər isə 20-28 sm uzanırlar.
Erkən yetkinlik nədir?
Normal yetkinlik başlama yaşı qızlarda 9-11 (8-13) yaş, kişilərdə isə 10-12 (9-14) yaşdır. Qızlarda 8, kişilərdə 9 yaşından əvvəl başlayan yetkinliyə erkən yetkinlik deyilir. Erkən yetkinliyik orqanizmdə hormonal tarazlığın pozulması nəticəsində meydana gəlir.
Muasir dövrdə yetkinliyin dəyişməsinin səbəbləri
Son illərdə ən çox üzərində durulan faktorlar endokrin pozucular deyilən, hormonal tarazlığı pozan təbii, ya da sintetik kimyəvi maddələrdir. Bisfenol A (BPA), fitalatlar, DDT, PCB, Dioxinler ən çox üzərində durulan endokrin pozuculardır. BPA plastik istehsalında istifadə edilər. Əmziklərdə, konserv qutusunun iç tərəflərində, qida-süd qablarında bu kimyəvi maddəyə rast gəlinir. Avropa Birliyi 1 iyun 2011də etibarən BPA ehtiva edən əmzik satışını qadağan etdi, Türkiyədə də Sağlamlıq Nazirliyi tərəfindən bu mövzuda araşdırma başladıldığı haqda mətbuatda məlumatlar yayılıb. Fitalatlar plastik maddələrin elastiklikliyini təmin etmək üçün istifadə edilir. Əsasən oyuncaq istehsalında istifadə edilir. DDT inkişaf etmiş ölkələrdə istifadəsi qadağan edilmiş bir əkinçilik dərmanıdır. Təbiətdə uzun müddət qalır, qida zəncirlərində yığılır. PCB boya sənayesində istifadə edilir, dioxinler başda PVC olmaq üzrə tullantıların yandırılmasında ortaya çıxan endokrin pozuculardır.
Əkinçilik məhsulları və heyvan yetişdirilməsində istifadə edilən hormonlar insanlarda piylənməyə səbəbolur.Bundan əlavə Xroniki stress, övladlıq verilmə, narahat ailə, pis ata-qız əlaqəsi, əsəb xəstəsi ana və s. qız uşaqlarında erkən yetkinliyə səbəb olur.
XƏBƏR LENTİ
Gələn ay 6 gün İŞ OLMAYACAQ
Türk məşhurları idman edərkən
Gürcüstan Azərbaycana hansı variantı təklif edəcək?
Kədəri sevincə çevirən şəkillər
Onlar yaşasalar da, öldüklərini düşünürlər
Oruc tutanlar imsaqda çay içməsinlər
Arıqladan pomidor suyu
Azərbaycanda hərbi vəziyyət ləğv edilir
Seda ilk dəfə qızının üzünü göstərdi-FOTO
Məhərrəmlikdə qanvermə aksiyasının keçiriləcəyi ünvanların siyahısı
Prezident qəbul keçirdi
Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1
Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıldı
Məşhur modelin görüntüsü izləyiciləri heyran qoydu - FOTO
Avropanın ən güclü ölkəsi islamı qəbul edir
Doğulduğu sıraya görə uşaqların xarakteri
Deniz Seki Bodruma gedə bilmədi
Leonid Aqutin Bakıya tək gələcək
Sarkisyanın savaş qorxusu
Bədənin bu bölgələrinə döymə vurmaq olmaz!
C vitaminin vacibliyi
Hər bir turizm marşrutunun kommersiya əsası olmalıdır
"Azərbaycan zəngin karbohidrogen ehtiyatlarının hasilatçısı kimi Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır"
"Eşkıya dünyaya hükümdar olmaz"ın çəkilişləri başladı
Dünyanın ən bəxtəvər ölkəsinin adı açıqlandı
Sən yalnızlıq nədir bilirsənmi?
Arıqla və azad ol
“Çernobıl”ın keçmiş direktoru QƏZƏBLƏNDİ-FOTO
Ölkə üzrə koronavirusa yoluxma faizi açıqlandı
Bazarda od qiymətinə satılan yerli məhsullar
İştahı itirmədən arıqlamağın yolları
Rusiyaya işləməyə gedənlərin nəzərinə
"Dostun sənə vurduqda sən də onu vur, yoxsa..."
Bu ağac koronavirus daşıyıcısıdır? - Həkimdən AÇIQLAMA
Azərbaycanda hansı benzinin qiymətində dəyişiklik ola bilər?
Azərbaycanda bu adları xoşlamırlar?
Oranqutan bataqlıqdakı insanı xilas etməyə çalışdı - FOTO
Qırmızı soğanın inanılmaz faydaları
Alişan yoldaşının saçından yazdı-FOTO
Bakıda bayram yarmarkaları açıldı
Dünyanın ən yaşıl şəhərləri
Payız geyimləri
Kirayə mənzil: problemdən necə qaçmalı?
Britaniyada türk əsilli koronavirus xəstəsi 222 gün xəstəliklə mübarizə apararaq “qəhrəman” oldu
Çin şirniyyatı
ÜST rəhbəri vaksinlərdən danışdı: “Təminatı yoxdur”
Səhər yeməyi üçün çiyələkli çörək (foto resept)
Bir sıra problemlər var
Ən sevdiyim paltarlar və ya paltar növləri
Qərb bölgəsində yerli pambıq sortlarının yığımına başlanılıb
- ŞƏRHLƏR