Qida pozğunluğu
Yemək yeməmək bir çox ailədə yaşanan ən əhəmiyyətli problemlərdən biridir. Bəs bunu dəyişdirmək üçün nələr edilməlidir?
Əvvəlcə, uşaqlar niyə yemək yemir? - bunun cavabını tapmaq lazımdır.
- Ola bilsin ki, valideynlərin diqqətini çəkmək istəyir;
- Yeməkdən əvvəl tez-bazar nə isə yemiş ola bilər;
- Acacaq qədər çox enerji sərf etməmiş ola bilər;
- Bəlkə, diş çıxarır;
- Dişlərində çürük ola bilər;
- Yedikdən sonra qaz problemi ya da qəbz problemi ola bilər;
- Yemək üçün valideynləri tərəfindən məcbur edilirsə, bu, yemək yeməmək davranışını azaltmaz, əksinə gücləndirər;
- Vasvası bir ailədə yetişirsə, yeməyi dağıtmaqdan çəkinməsi yeməkdən imtina etmə səbəbi ola bilər;
- Ana ya da atadan biri yemək seçirsə, uşaq da onu özünə nümünə götürə bilər;
- Valideynlərini yemək yeməyərək cəzalandıra da bilər. Bacı-qardaş qısqanclığı, məktəb müvəffəqiyyətsizliyi kimi vəziyyətlərdə uşaqlar əks davranış inkişaf etdirə bilərlər. Yemək yeməmək də bunlardan biridir;
- Uşağın qabına yemək çox qoyulursa, uşaq iştahdan düşə bilər. Uşaqların böyüklər qədər yeməsi gözlənilməməlidir.
Valideynlərə məsləhətlər
1) Əvvəlcə övladınızı yaxşı tanıyın, problemin uşaqdanmı, yoxsa sizdənmi qaynaqlandığını təyin edin;
2) Uşağınıza süfrə açma və yığmaqda vəzifə verərək, yemək yeməyi sevdirməyə çalışın;
3) Yeməyi hazırlayarkən mətbəxdə sizə köməkçi olmasına fürsət verin. Yaşına görə yeməyi qarışdırmaq, çörəyi kəsmək, salat etmək kimi vəzifələr verə bilərsiniz;
4) Kiçik yaşdadırsa, yemək kürsüsündə, böyükdürsə, sizin kimi kürsüdə oturaraq yemək yeməsini təmin edin;
5) Əlinizdə qabla arxasından qaçmayın. Yemədiyi zaman maraqlanmayın, siz öz yeməyinizi yeyin. Əlbəttə bir müddət sonra onun yemək üçün istəyi olacaq;
5) Yemək istəməyəndə ya da yeməyi bəyənməyəndə ona yeməsi üçün başqa şeylər hazırlamayın. "Bizim bu günkü yeməyimiz budur , yeməsən ac qalarsan" şəklində izah edin;
6) Bir ya da bir neçə gecə ac qalan uşaq başqa çarəsi olmadığını anlayanda yemək yeyəcək;
7) Valideyn olaraq, uşağın qarşısında yeməklər ilə əlaqədar mənfi ifadələr istifadə etməyin;
8) Yemək qabını rəngli və bəzəkli hazırlamağa çalışın. Oyun oynayırmış kimi yemək yemək ona zövq verəcək;
9) Sizin qədər yeməsini gözləməyin;
10) Yemək yeyərkən "Tökmə, diqqətli ol, düz ye" kimi ifadələr işlətməyin. Bu onu yeməkdən soyuda bilər. Tökərək yeyən uşağın kürsüsünün altına bir süfrə bezi sərin, yeməyini bitirincə o bezi silkələyin.
11) Yemək əsnasında sərgilədiyi doğru davranışları təqdir edin;
12) Sevmədiyi bir yeməyi yeməsi üçün məcbur etmək yerinə, o yeməyin yanına sevdiyi bir yeməyi də əlavə edin. Beləcə daha rahat yeyər;
13) Evdə müəyyən bir yemək nizamı meydana gətirin. Hər gün eyni saatda, bütün ailə fərdlərinin yeməyə oturmasını təmin edin;
14) Yeməkdən əvvəl doyurucu başqa yeməklər yeməsinə fürsət verməyin;
15) Çəki sağlamlıq göstəricisi deyil. Sağlam olması məqsədiylə uşağınıza ehtiyacı olandan çox yemək yedirməyin.
Yuxu pozğunluğu
Yuxu - böyümə və inkişaf üçün ən əhəmiyyətli faktorlardan biridir. Çünki böyümə hormonu ən çox yuxu əsnasında ifraz olunur. Bu səbəblə, körpələrin və uşaqların yuxu nizamına diqqət göstərmək lazımdır.
Ancaq bəzi vəziyyətlərdə körpələr və uşaqlar yatmaqda çətinlik yaşaya bilərlər. Məsələn;
1. Uşaq aç ola bilər ya da çox tox ola bilər;
2. Qaz sancısı ola bilər;
3. Yatağı bədən tipinə uyğun olmaya bilər;
4. Gün içində çox yatmış ola bilər;
5. Gündüz yorulacaq qədər fiziki fəaliyyət etməmiş ola bilər;
6. Evdə ana və atanın müəyyən bir yuxu nizamı olmaya bilər;
7. Ola bilsin ki, uşağın rahat yatması üçün lazımlı mühit təmin edilə bilmir. (Yüksək səslə danışma, televizorun səsini çox açmaq və s.)
8. Ola bilər yuxusunda qorxur bu səbəblə yatmır, çünki hər yatdığında yenə qorxacağını düşünür;
9. Ana- ataları üçün (xüsusilə çalışan valideynlərin uşaqları) darıxdıqlarına görə onlarla daha çox zaman keçirmək məqsədi ilə yatmaq istəmirlər.
Valideynlərə məsləhətlər
Uşağı ac saxlamayın;.
Yatmadan əvvəl gec həzm olan ağır yeməklər yedirtməyin;
Qaz sancısı olub olmadığından əmin olun;
Gün ərzində çox yatmasına icazə verməyin. 2 yaşından böyük uşaqlar üçün gündə 2 saat günorta yuxusu kifayətdir;
Gün ərzində yorulub enerjisini sərf edə biləcəyi fəaliyyətlərə fürsət verin;
Evdə müəyyən bir yuxu nizamı təmin edin və siz də bu nizama əməl edin;
Uşağın yuxu saatlarında evdə olmağa diqqət edin. Ev ziyarətlərinizi və digər işlərinizi buna görə nizamlayın;
Uşağın yuxu saatlarında yüksək səslə danışmamağa, televizorun səsini çox açmamağa diqqət edin. Çünki uşağın fikri sizdə qalar və yuxuya getməz;
Uşağın yuxu mühitini dəyişdirməyin. Bir gün bir otaqda, digər gün başqa bir otaqda yatmasın. Özünə aid bir otağı olmasa da, hər gün eyni mühitdə yatırdın;
Yuxu saatı yaxınlaşmadan əvvəl uşağı xəbərdar edin. Bu, özünü yuxuya hazırlamasına köməkçi olacaq;
Yuxudan əvvəl ilıq bir duş almasını təmin edin;
Yuxuya getmədən əvvəl ona qısa hekayələr oxuyun, ya da otağında yüngül bir musiqi dinlədin.
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR