Yoldaşlarına ya da müəlliminə "Ən gözəl ana mənim anam" ya da "Ən güclü ata mənim atam" deməyən uşaq vardırmı? Neçə uşaq, "Mənim anam sənin anandan daha gözəl", "Mənim atam sənin atanı döyər" cümləsini qürurla söyləməmişdir? Uşağın iç dünyasında gözəl ana təyin etməsi sevgi duyğusunun, güclü ata təyin etməsi də güvən duyğusunun işarələridir. Daha sonralar ən gözəl yemək bişirən ana, ən sürətli avtomobil istifadə edən ata müşahidələri uşağı ana-atasında gücləndirdiyi sevgi və güvən duyğularının daha inkişaf etdirilməsinə kömək edər.
Ananın sevgi və şəfqəti, atanın gücü və qoruyuculuğu uşağın şəxsiyyət inkişafda çox əhəmiyyətli bir rol oynayarkən, uşaq eyni zamanda bu iki duyğunun rəhbərliyində həyatı mənalandırmağa, tanımağa və bu iki duyğunu özündə meydana gətirib böyütməyə başlayır. Bütün bu duyğu mebadiləsi əsnasında uşaq sevildiyini və güvənildiyini də hiss etməyə ehtiyacı duyar. Bütün psixoloji narahatlıqların təməlində, sevgi və güvən duyğusunun əskikliyinin durduğunu bilirdinizmi?
Ana-ata olmanın bəlkə də ən çox məsuliyyətli tərəfi, uşağa sevgi və güvən duyğusunu hiss etdirə bilməkdir. Əlbəttə, hər ana-ata uşağını sevər və onu qoruyar. Yaxşı, o zaman niyə bəzi uşaqlar ana-atası tərəfindən sevilmədiyini ya da az sevildiyini düşünür? Bəs, niyə bəzi uşaqlar özünə güvənmir? Üstəlik bu iki sıx duyğunun əskikliyi elə böyük ziyana gətirib çıxara bilir ki, yetkin insanlar olduqlarında da bu əskikliyin izlərini daşıya bilirlər.
Sevgi sözləri nə qədər az istifadə edilir!
Tanıdığım insanlardan soruşaram: "Bu gün uşağına 'səni çox sevirəm' deyənlər?" Bu insanlar arasında dərin bir səssizlik olar, sonra yavaşca barmaqlar qalxar. O dərin səssizliyin mənası budur: "Niyə bunu soruşur ki?"
Ümumiyyətlə bu tip danışıqlara analar qatılar, onların vəzifəsi uşağı yetişdirməkdir axı! Analar da onsuz da bu məsuliyyətdən yorğun düşmüşdür. Uşağın realda gördüyü budur, ana-atasından "Səni sevirəm" cümləsini və sevgi sözlərini çox az eşidər. Hətta heç eşitməyən uşaqlar da var.
- Bunu yetkin nsanlardan eşidib bilirəm. Fərdi psixo-müalicə seanslarında analarından ya da atalarından heç "səni sevirəm" cümləsini eşitmədiyini söyləyən elə çox insan var ki. Otuz yaşlarında bir kişi atasından nifrət etdiyini söyləmişdi. Onun üzünü görmək istəmədiyini, hətta ölsə çox sevinəcəyini ifadə etmişdi. Ona "Atanı heçmi sevmirsən? deyə soruşduğumda isə, heç sevmədiyini, onsuz da atasının da onu sevmədiyini, bu yaşına qədər bir dəfə olsun ona sevdiyini söyləmədiyini izah etmişdi. Daha sonra bu atayla görüşdüyümdə oğulunu çox sevdiyini amma oğlana sevginin göstərilməməsi lazım olduğuna dair düşüncələrini dilə gətirmişdi. Bir başqa ana, uşaqlarını çox sevdiyini ancaq uşaqları onları sevdiyini onsuz da bildikləri üçün bunu söyləməyə gərək olmadığını ifadə etmisti.
Yalnız "Səni sevirəm" deyil, övladımıza sevgimizi ifadə edən bir çox sözü istifadə etmirik.
• bu gün nə gözəl olmusan
• belə davranmağını çox sevirəm
• geyimin sənə çox yaraşır
• nə gözəl gülürsən
• etdiyin şəkil bir möcüzədr
• otağın nə qədər səlqəli, bu nizamını çox sevirəm, həmişə belə ol
• yoldaşların səni nə çox sevir və s.
Bu növdən cümlələri günərzində neçə dəfə istifadə edirsiniz?
Uşağınız körpəykən ona söylədiyiniz sevgi sözləri daha çoxdur. Sanki böyüdükcə bu sözlərə ehtiyacı yoxdur kimi bir düşüncəmiz var. Son dərəcə səhv bir ön mühakimədir bu. Halbuki uşaq böyüdükcə necə daha çox yeməyə, daha çox geyimə ehtiyacı olur, eyni zamanda sevildiyini də daha çox eşitmək istəyir. Romantik ehtiyaclar da fiziki ehtiyaclar qədər əhəmiyyətlidir və onlarla paralel işlərdir.
Uşaq bəlkə tənbəllik edir və otağını yığmır, xüsusilə də yetkinlik dövründə çox sıx rast gəlinən bu davranışa ananın reaksiyaları, uşağın otağını yığmaq və onu otağını yığmadığı üçün davamlı tənqid etməkdir. Axşam ata evə gəlincə o da eyni tərzi davam etdirər:
- Ananı çox yorursan, böyük qız oldun, hələ otağını yığışdırmırsan.
Və digər tənqidlər:
- Səliqəsizsən, dağınıqsan, kimə çəkmisən görəsən, bizim ailədə belə pinti biri yoxdur.
Uşaq bu tənqidlərdən bezib otağınısəliqəyə salmaq istədikdə isə bu reaksiyalarla qarşılaşır:
- Nə bacarıqsızsan oğlum, (qızım), bu otaq beləmi yığışdırırlar? Eləmə, istəmirəm, bir də yığışdırma, mən edərəm.
Uşağın etdiyi kiçik yaxşı davranışlarda belə onu motivasiya edib, həvəsləndirin və onun bu davranışını bəyəndiyinizi sevgi sözləri quraraq ifadə edin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
- ŞƏRHLƏR