Görkəmli fransız yazıçısı Viktor Hüqo demişdir: “Dünyada uşaq qığıltısından təntənəli himn yoxdur”. Bu, həqiqətən belədir. Müdrik atalarımız ailədə uşağın roluna xüsusilə yüksək qiymət vermişlər: “Uşaqlar həyatın çiçəkləridir”, “Oğul arxadır, qız yaraşıqdır”, “On arvad alsan, ev dolmaz, bircə uşaqla ev də dolar, ürək də”. Və yaxud:
Göydə ulduz naşıdı,
Kim balamın yaşıdı.
Qız gözümün işığı,
Oğlan ürək başıdı.
Övladda oğlanmı əsasdır, yoxsa qız? Valideyn oğlu və qızı olmasından asılı olmayaraq, övladına gərək fərq qoymaya. Mahiyyət etibarilə ata və ana üçün hər ikisi əziz övladdır. Təəssüf ki, bəzi valideynlər nisbi də olsa fərq qoyurlar. Bu, əlbəttə, tarixən belə olmuşdur. S.Vurğun “Bəsti” poemasında yazırdı:
Beləydi qayda bizdə... Qız doğanda analar,
Baxıb qara geyərdi su üstündə sonalar.
Yazıq qadın utanıb, qızarardı ərindən,
Min bir varaq qopardı könlünün dəftərindən.
Deyərdilər: “Qız nədir? Qazancı yox, varı yox,
Vəfası yox, qəlbi yox, aşiqə ilqarı yox.
Özgə şamı yandırır... Bu gün-sabah gedəcək,
Köçəri quş kimidir, oylağı tərk edəcək.
Bizim cahil babalar xor baxardı qadına...
Bu misralar təsadüfən deyilməmişdir. Keçmişin ürəkağrıdıcı adətlərindən biri də ailəyə qızın gəlməsi idi. O, özüylə sanki hüquqsuzluğunu gətirirdi. Lakin tarixin bu hökmsüzlüyünə Böyük Oktyabr sosialist inqilabı son qoydu.
Müasir qız, yaxud qadınlarımız barədə deyirik:
“Aslanın erkəyi, dişisi olmaz”.
Azərbaycan ailələrində övladın dünyaya gəlməsi toy-bayrama çevrilir. Gənc ailələrdə uşağın doğulmasını xüsusi intizarla gözləyirlər. Doğrudur, bir-birinə könül vermiş iki gənc - əvvəllər uşaq haqqında fikirləşmir. Onların ən ümdə arzusu bir-birinə qovuşmaqdır. Əvvəlcə, nişanlanır, sonra nikah bağlayır və təntənəli surətdə toyları olur.
Körpənin verdiyi sevinci heç nə ilə müqayisə etmək olmaz. Əfqanın “Qız atası” pyesindəki kimi, görkəminin pozulacağını bəhanə gətirərək özünü analıq səadətindən məhrum edən gəlinlər necə də cılız görünürlər.
Analıq kimi müqəddəs varlıqdan məhrum olmaq istəyən gənc ərli qadınlar unutmamalıdırlar ki, onlar cəmiyyətə xəyanət edirlər.
Uşağa məhəbbət böyükləri yalandan, ədalətsizlikdən, kobudluqdan, iflasdan, bədbinlikdən, nəhayət, ağılsız qərar qəbul etməkdən qurtarır.
Uşaq ata və ananın arasında sanki canlı körpüdür. Cüzi işin üstündə münasibətləri pozulmuş ər-arvad öz hərəkətlərinə görə xəcalət çəkir və mehribanlaşırlar.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Britaniyalı nazir: “Qarabağla bağlı razılaşmanı alqışlayırıq”
Çin Ayda bioloji eksperiment apardı
Kələmli qarğıdalı salatı (foto resept)
Jerar Depardye şirləri güllələdi və yedi
Sevimli köynəklər
Hələ də Windows XP işlədirsiniz?
Azərbaycanda ilk: qıza at belində evlilik təklif etdi
Azərbaycanda endirim kampaniyaları ilə bağlı yeni TƏLƏB
Əsgərlər niyə buraxılmır?
Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınan Azərbaycan vətəndaşlarının SAYI
Cüneyt Arkından Türkan Şoray etirafı
Rusiya Azərbaycana doqquz vaqon humanitar yardım göndərdi
İrina Şeyk yeni paylaşımı ilə izləyicilərini sevindirdi - FOTO
Ayda şəhər tapıldı: onu kim salıb, kim dağıdıb?
Məşhur model öz biznesindən danışdı
Ermənilərin Kəlbəcərdən miskin köçü: Çərçivələri, unitazları da aparırlar - VİDEO
Qarda qəza baş versə, hərə öz maşınını düzəltdirməlidir?
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Başqalarını koronavirusa yoluxduranlar cinayət məsuliyyətinə cəlb oluna bilər - RƏSMİ
Övladımızın məktəbə gecikməməsi üçün nə edək?
İstirahət güşələrimiz - Tovuz
700 manata da buket varmış - FOTO
Dollardan üz çevirdi
Naxçıvanla sərhəddə ölənlərin sayı 14-ə çatdı
2013-ün ən dəbli ayaqqabıları
"WhatsApp"da virus YAYILDI
Dünyanın ən sürətli futbolçuları seçildi
Qalın dabanlı ayaqqabı modelləri
Azərbaycanda qızın mədəsindən çıxanlar həkimləri HEYRƏTLƏNDİRDİ
Kondisioner cəmiyyət üçün ikinci ölümdür
"Yunan-Roma" güləşü üzrə ənənəvi respublika turniri başladı
Acı bibərin xərçəngə təsiri
Dubayda iki göydələn arasında gəzişmək mümkün olacaq
Boksçumuz dünya çempionatında ikinci qələbəsini qazandı
Necə? Məni unutmusan?
Magistr olmaq istəyənlərə xəbər var
Kompyuter hissələrindən hazırlanmış əşyalar
Milyonlar heyrətləndi: səmada uçan şəhər
4 yaşlı oğul atanı peşman etdi
Cennifer və Kendall məşhur brendin siması oldular-FOTO
Uşaqlar üçün qəlyanaltı ideyaları
Dünya mətbəxi - İspaniya
Notr-Dam kilsəsinin sirli tarixi
Dərinin quruluğunu aradan qaldıran maska
Şokoladlı dondurma (foto resept)
Serdar Ortaç şəhərin mərkəzində velosiped sürdü
Ramazanın 11-ci gününün duası, imsak və iftar vaxtı
Hər mövsümün tərzinə çevrilən, ağ şalvarlar
Məzuniyyətdən sonra depressiya?
Hamilələr üçün ziyafət geyimləri















- ŞƏRHLƏR