
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, elə adamlar var ki, hətta yaxşı tanıdığı insanların belə adlarını unudurlar. Uzun müddət keçəndən sonra hansısa adamı görməyəndə onun kim olduğunu, adını, soyadını da xatırlamayanlar var. Həmsöhbətimizə görə, bu cür yaddaş pozuntusu olan adamlar kiminləsə yeni tanış olanda var gücləri ilə onun adını yadda saxlamağa çalışırlar:
"Bunun üçün müxtəlif üsullara əl atır və özləri ilə mübarizə aparırlar. Məsələn, biri ilə yeni tanış olanda onun adını dəfələrlə təkrarlayır, həmin adama tez-tez adı ilə müraciət etməyə çalışırlar. Bu üsul adları yadda saxlamağa kömək edir. Belə ki, şəxs fikrini məhz həmin insanın adına yönəldir. Amma təəssüf olsun ki, müəyyən qədər vaxt keçəndən sonra yaddaş pozuntusu olan bu adamlar adları yenidən unudurlar. Bəziləri adını xatırlaya bilmədikləri şəxsin dəqiq kim olduğunu, nə ilə məşğul olduğunu, harada tanış olduqlarını yaxşı bilirlər, amma adlarını heç cür xartırlaya bilmirlər. Bu, böyük bir problem olmasa da, insan belə bir vəziyyətlə üzləşdikdə utanır".
Psixoloqun dediyinə görə, insanların çoxunda bu cür yaddaş pozuntusu özünü göstərir. İnsanlar unutqanlığını müxtəlif bəhanələrlə izah edirlər. Əslində isə bunun kökü başqadır. Belə ki, uşaqlıqda alınan travmalar ömür boyu iz buraxır: "Bəzən bu izləri, ümumiyyətlə, silmək olmur. Onları yüngülləşdirmək, fəsadlarını aradan qaldırmaq olur. Fikir vermisinizsə, unutqanlıqdan əziyyət çəkən uşaqlara valideynləri adətən "Sən həmişə hər şeyi unudursan", "Sən heç vaxt heç nəyə diqqətlə qulaq asmırsan"", "Sən heç vaxt yadda saxlamırsan" deyirlər. Valideynlər uşaqları diqqətli omadığı və onlara yaxşı qulaq asmadığı üçün danlayanda uşaq məhz unutqan və diqqətsiz olduğuna əmin olur. Bu, uşaqların özləri haqqında ilk düşüncələridir. Nəzərə alsaq ki, valideynləri uşaq üçün çox önəmlidir, onlar valideynlərin dediklərinə inanırlar. Uşaq bu cür danlananda həqiqətən unutqan olduğuna inanmağa başlayır. Əksər hallarda uşaqlar valideynlərin belə dediyini unudur və böyüdükdən sonra nəyə görə unutqan olduqlarını anlaya bilmirlər. Çox vaxt insanlar düşünürlər ki, "görəsən, mənimlə niyə bu baş verir?" Bunun səbəbi isə uşaqlıqda bizə unutqan olmağımızın şüuraltı olaraq yeridilməsidir".
Unutqanlığın başqa bir səbəbi isə şəxsi əhatə dairəsinin mühafizəsidir. Psixoloq qeyd edib ki, ad şəxsiyyəti simvolizə edir. Başqasının adını yadda saxlamaq, ona adı ilə müraciət etmək onunla əlaqə yaratmaq deməkdir. Daxilində yüksək aqressiyası olan insanlara isə bunu etmək çox çətindir. Belə adamlar münasibət qurmağa deyil, onları pozmağa meyllidirlər. Eləcə də özü haqqında dəqiq təəssüratı olmayan insanlara da bunu etmək çətindir. Ona görə ki, onlara başqa adamı da şəxsiyyət kimi qəbul etmək çətin gəlir.
Qurbanovanın sözlərinə görə, həm daxilində yüksək aqressiyası, həm də özü haqqında dəqiq təəssüratı olmayan insanlar öz şəxsi əhatə dairəsinə kimisə buraxmağa qorxurlar. Onlar adları yadda saxlamamaqla və ya unutmaqla öz əhatə dairələrini mühafizə edirlər. Belə ki, insanı yadda saxlamamışıqsa, o, bizim daxili dünyamızda yoxdur.
Həmsöhbətimiz bildirib ki, mənfi assosiasiyaların olması da adları unutmağın bir səbəbi ola bilər: "Bəzən insanlar hansısa adı pis xatirələrinə görə yadda saxlaya bilmirlər. Bu xatirələr insanda qorxu, utanc, ağrı və başqa mənfi emosiyalar yaradır. Bəzən hansısa adın sahibi özü bizə kimisə xatırladır. Həmin adam uşaqlıqda bizimlə pis rəftar etdiyi üçün adını yadda saxlamaq istəmirik. Kiminləsə tanışlıq zamanı yaranan şəraitdə uşaqlıqda aldığımız travmanı xatırlatdığı üçün həmin adamın və ya adamların adını unuda bilərik".
A.Qurbanova məsləhət görür ki, adları daha yaxşı yadda saxlamaq üçün daha diqqətli olmaq lazımdır: "Əgər tanışlıq zamanı fikrinizin yayındığını və qarşınızdakı şəxsə diqqətlə qulaq asmadığınızı hiss edirsizsə, bütün fikrinizi cəmləyib diqqətli olmağa çalışın. Bunun üçün təcrübə ilə qazanılan daxili intizam olmalıdır. Yadda saxlamağın digər bir üsulu isə özünə unuda bilməyi icazə verməkdir. Kiminsə adını unudacağınıza görə çox həyəcanlandıqca adı daha tez unudacaqsız".
Mənbə:Ekspress.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İlham Əliyev: "Səninki səndə, mənimki məndə"
Belə də qadağalar olar?
Xəzər dənizində zəlzələ oldu
Saxta texniki alət hətta partlaya bilər
Hər kəs bu hadisədən danışır-FOTO
Qənirə Paşayeva Dondar Quşçuda erməni mərmisi düşən evdə - VİDEO
Ticarət mərkəzinə hücum: 15 ölü
Saxta gün eynəklərini necə ayırd etməli?
Boyunuzu uzatmaq istəyirsiniz?(2)
“Sən anlat Karadəniz”in aktrisasının toyu olacaq
Qocalmaqdan qorxursuz? Ölümü gözləmək gərək deyil.
HAVA necə olacaq?- 8 MART
24 ildir yalnız sosiska və kartof qızartması yeyir - FOTO
"Mən 10 kvadratmetrlik yerdə 1092 gün yaşadım"
Azərbaycanda buraxılış və qəbul imtahanları ilə bağlı son məlumatlar açıqlanır - CANLI YAYIM
“General Polad Həşimov xatirələrdə” kitabı nəşr olundu!
Bu domen 3,6 milyon dollara satıldı
Təhsil Nazirliyi şagird sıxlığını aradan qaldırmağa çalışır
Zorakılıq, qızlara yoxsa cəmiyyətə?
Coan Roulinqdən xeyirxah addım
Can Yaman əsgərlik FOTOsunu paylaşdı
"Kara Sevda" məhkəməyə verildi - FOTO
Əməliyyatsız 60 kiloqram arıqlayan aktrisanın indiki halı - FOTO
İş görüşməsinə gedərkən nə yeməli?
Məsum və məhkum
Sevgilisi İrem Derici haqqında bunları dedi-FOTO
Prezident:"O müəssisələr tərəddüdsüz bağlanacaq"
Bananlı parfe (foto resept)
Emin Ağalarov “Forbes”ə müsahibə verdi
Noyabr üçün hava proqnozu
Məşhur aktyor canlı yayımda evlənmə təklif etdi-FOTO
Akalın libasını fanatına hədiyyə etdi
Almaniyada bomba səbəbindən 20 minə yaxın insan təxliyə edildi
Bu şəxslərə ölkədən çıxış YASAQ EDİLDİ
Dilqəmdən daha bir mərdlik
Azərbaycanda karantin yenidən sərtləşdirilir - RƏSMİ
700 bal toplayan Elçin: "2 il televizora baxmamışam"
Günün qoroskopu: ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin
Dörd uşaqlı ailə batan katerdən möcüzəvi şəkildə xilas oldu - VİDEO
Virtual aləmin reallıqları
"Time" jurnalına görə 2019-cu ilin ən yaxşı 10 filmi
Məktəblilərin yaz tətili günləri açıqlandı
Alimlər koronavirusun “zəif nöqtəsini” tapdılar
Prezidenti İlham Əliyev bir qrup şəxsi “Şöhrət” ordeni ilə təltif edib
Orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb
Metroda koronavirusun yayılmasını əks etdirən VİDEO
Salma Hayek ailəsindən danışdı-FOTO
Səhiyyə Nazirliyi yeni peyvənd sifariş verib
İllərin məşhurlara təsiri
Gil maskasının saça faydası














