Bir gün bir qatarda, bir kupedə, bir dünyada qonağım oldunuz....Olqa....mənalı təbəssümünüz, qayğisiz, kədərsiz, atəşli baxışlarınızla...qonağım və yol yoldaşım oldunuz. Dar, işıqları tutqun bir kupeyə „Poison“ ətriylə birgə sanki bir işıq da doldu, Olqa... Çöldəki qarları əridəcək belə ehtirasınız, şıqraq gülüşünüzün bu soyuq qışa gətirdiyi bahar ətriylə.... Gözlərinizdəki mavi dünyanın dərinliyindən gələn, qızılı saçların şəlaləsindən süzülən bir sevgi istəyi ilə... Pikassonu belə cəlbedəcək bir təbəssümlə... Baxışlar, təbəssümlər, uzun, nazik barmaqların havada çəkdiyi gözəgörünməz cizgilər belə arzulanan bir sevginin həsrətindən, sanki sahilini görən bir dalğa kimi qayalara çırpılıb yox olmaq, parçalanmaq, sönmək, yenidən dənizə dönmək istəyindən xəbər verirdi...
Olqa, evliyəmmi deyə siz soruşarkən, mənsə „hə“ deyərkən, susub sonra niyə bəs təksiniz, mən sizinlə, yarızarafat, yarıciddi, Sibirə belə gedərdim, dediniz.... Əsir edilmiş bir səadətin ulduzunun soyuq işığı yeni bir sevgi yolunu işıqlandıra bilərmi? Je suis désolé, mon cher, nə mən poruçik Annenkov, nə də siz mademoiselle Pauline deyilsiniz. Olqa, bir sevginin yolu bu qatarın yoluyla ölcülməz, bir sevginin ömrü bir istəyin sərhədlərinə sığmaz, bir sevginin zamanı, məkanı olmaz... Dənizdən də mavi gözlərinizin dərinliyi məni batırmaz. Mən sevginin əsiri, siz sevginin azad sahibəsi.... Siz qonaq, mən əbədi yolçu! Mən payız yağışlarının islatdığı bir yarpaq, siz bahar təravətinin əbədiliyinə inanan çiçək. Dəfələrlə sevmək olmaz, məhəbbətdən qaçmaq üçün məhəbbətə qaçmaq olmaz. Siz danısır, mən isə sakit bir təbəssümlə dinləyirəm. Sözləriniz isə qatar təkərlərinin yeknəsəq səsində kəsilir, mənə çatmırdı... Mənim isə xəyallarım uzaqlarda, lap uzaqlarda yollarımı gözləyən bir cüt qara, kədərli gözlərin, „Poison“ deyil, dəniz ətirli saçların yanında... Bir bilsəydiniz, Olqa, həmin saçların ətrini heç nə əvəzləməz. Siz qonaq, o isə mənim uzaq yollarımın istək ünvanı, o mənim qadınım, mənim həyatım, mənim sığındığım bir sevgi dünyasının sahibəsidi...
"Edmond Dantes"
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Müəllimlərin onlayn yerdəyişməsi başlayır
Türkiyədən Dağlıq Qarabağ BƏYANATI
Bu yolla qırışlarınızdan xilas olacaqsınız!
İnstaqramda ən çox izlənilən məşhurlar - Siyahı
Ermənistan ordusu cəbhə xəttində yenə təxribat törədir
Everestin 80 yaşlı fatehi
Köçəryan Qarabağda
Can Yaman serialın çəkiliş görüntülərini paylaşdı-VİDEO
Hollivud ulduzlarının pəhrizləri - 1
Şəkərin yaratdığı xəstəliklər
İnternet televiziyalar kabellə yayımlanacaq? - RƏSMİ AÇIQLAMA
Tələbə 6 gün meşədə tək yaşadı-FOTO
İdmançılarımız qayıtdılar
Unun içinə pulları kim qoydu?-FOTO
Sobada pomidor dolması (foto resept)
Evləri bananla isidəcəklər
Sabahın HAVAsı
Gözdən əlillər üçün “ağıllı əlcəklər” hazırlanacaq
Qısa boğazlı çəkmələr
Tarixi şəhər - Mardin
Plan
Ya ümidsizsiniz, ya ümid sizsiniz...
Ana və qız arasında konflikt: necə davranmalı
Emberin məhkəmə rəyi üzə çıxıb
“Qalatasaray”ın ikinci prezidenti və arvadı koronavirusa yoluxdu
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Hacıbala Abutalıbov: "Evləri yanmış sakinlərə bu günlük hələlik 1000 manat kompensasiya veriləcək"
Saqqız çeynəməyin 5 faydası
Dəridəki məsamələri sıxlaşdıran çiyələk maskası
Müstafa Sandalın keçmiş xanımı təəccübləndirdi-FOTO
Tuneldəki dərinlik
Gözəllik müsabiqəsinin iştirakçısı həyat hekayəsi ilə təəccübləndirdi
Yeni hicab modelləri
Tağı Əhmədov: В«Bakı Metropoliteni Sumqayıta metro xətti çəkməyəcəkВ»
Emin Ağalarov SUMQAYITDA -FOTO
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
Suyun sirləri
Ginnesin Rekordlar Kitabına düşən nömrə Bakıda satıldı
Şuşada himnimiz səsləndi - VİDEO
“WhatsApp”da YENİLİK!
Günün qoroskopu: mənfi emosiyalarınızı üzə çıxarmayın
Mədə-bağırsaq xəstəliyi və qurdları
“WhatsApp”dan maraqlı funksiya: Silinmiş mesajları göndərmək mümkün olacaq
41 yaşlı Lara keçirdiyi estetik əməliyyatlarla tanınmaz hala gəldi - FOTO
Həm ziyarət, həm ticarət
Çin yeni peyk buraxdı
"Qoyun dağı" adası
Uşaqlara baxan ana ilə atanın fərqi
Amerikalı həmsədrdən erməniləri məyus edən Qarabağ açıqlaması
Jennifer Lopezin illərə görə dəyişən tərzi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]