Qadin.NET / Gənc ailədə uşaq

Gənc ailədə uşaq

Gənc ailədə uşaq

Görkəmli fransız yazıçısı Viktor Hüqo demişdir: “Dünyada uşaq qığıltısından təntənəli himn yoxdur”. Bu, həqiqətən belədir. Müdrik atalarımız ailədə uşağın roluna xüsusilə yüksək qiymət vermişlər: “Uşaqlar həyatın çiçəkləridir”, “Oğul arxadır, qız yaraşıqdır”, “On arvad alsan, ev dolmaz, bircə uşaqla ev də dolar, ürək də”. Və yaxud:

Göydə ulduz naşıdı,

Kim balamın yaşıdı.

Qız gözümün işığı,

Oğlan ürək başıdı.

Gənc ailədə uşaq

Övladda oğlanmı əsasdır, yoxsa qız? Valideyn oğlu və qızı olmasından asılı olmayaraq, övladına gərək fərq qoymaya. Mahiyyət etibarilə ata və ana üçün hər ikisi əziz övladdır. Təəssüf ki, bəzi valideynlər nisbi də olsa fərq qoyurlar. Bu, əlbəttə, tarixən belə olmuşdur. S.Vurğun “Bəsti” poemasında yazırdı:

Beləydi qayda bizdə... Qız doğanda analar,

Baxıb qara geyərdi su üstündə sonalar.

Yazıq qadın utanıb, qızarardı ərindən,

Min bir varaq qopardı könlünün dəftərindən.

Deyərdilər: “Qız nədir? Qazancı yox, varı yox,

Vəfası yox, qəlbi yox, aşiqə ilqarı yox.

Özgə şamı yandırır... Bu gün-sabah gedəcək,

Köçəri quş kimidir, oylağı tərk edəcək.

Bizim cahil babalar xor baxardı qadına...

Gənc ailədə uşaq

Bu misralar təsadüfən deyilməmişdir. Keçmişin ürəkağrıdıcı adətlərindən biri də ailəyə qızın gəlməsi idi. O, özüylə sanki hüquqsuzluğunu gətirirdi. Lakin tarixin bu hökmsüzlüyünə Böyük Oktyabr sosialist inqilabı son qoydu.

Müasir qız, yaxud qadınlarımız barədə deyirik:

“Aslanın erkəyi, dişisi olmaz”.

Azərbaycan ailələrində övladın dünyaya gəlməsi toy-bayrama çevrilir. Gənc ailələrdə uşağın doğulmasını xüsusi intizarla gözləyirlər. Doğrudur, bir-birinə könül vermiş iki gənc - əvvəllər uşaq haqqında fikirləşmir. Onların ən ümdə arzusu bir-birinə qovuşmaqdır. Əvvəlcə, nişanlanır, sonra nikah bağlayır və təntənəli surətdə toyları olur.

Körpənin verdiyi sevinci heç nə ilə müqayisə etmək olmaz. Əfqanın “Qız atası” pyesindəki kimi, görkəminin pozulacağını bəhanə gətirərək özünü analıq səadətindən məhrum edən gəlinlər necə də cılız görünürlər.

Analıq kimi müqəddəs varlıqdan məhrum olmaq istəyən gənc ərli qadınlar unutmamalıdırlar ki, onlar cəmiyyətə xəyanət edirlər.

Gənc ailədə uşaq

Uşağa məhəbbət böyükləri yalandan, ədalətsizlikdən, kobudluqdan, iflasdan, bədbinlikdən, nəhayət, ağılsız qərar qəbul etməkdən qurtarır.

Uşaq ata və ananın arasında sanki canlı körpüdür. Cüzi işin üstündə münasibətləri pozulmuş ər-arvad öz hərəkətlərinə görə xəcalət çəkir və mehribanlaşırlar.


3 avqust 2012
GO BACK