Daşıyıcı analıq anlayışı ölkəmizdə qanunla qadağan olmasına baxmayaraq xaricdə geniş şəkildə tətbiq olunmaqdadır. Daşıyıcı analıqda körpə sahibi olmaq istəyən ailələrin öz yumurta və sperma hüceyrələrini istifadə edirlər, ancaq körpə başqa bir qadının bətnində daşınır. Ananın hamiləliyə uyğun uşaqlığı olmadığı üçün (və ya uşaqlığı heç olmadığı üçün) cütlüklərin yumurta və sperma hüceyrələri döllənərək əldə edilən hamiləlik başqa bir qadının uşaqlığına nəql edilir. Bu hamiləliyi daşıyan və doğan qadına "daşıyıcı ana" deyilir. Burada körpə genetik olaraq öz ana və atasının genetikasını daşıyır, yəni onu sahiblənən valideynləri bioloji ana-atası olur.
Nadir hallarda uşaqlığı olmayan qadının yumurta vermə tutumu olmadığı zaman daşıyıcı ana eyni zamanda "yumurta verən" ana da ola bilər. Bu vəziyyətdə daşıyıcı ana körpənin eyni zamanda bioloji anası da sayılır və bu zaman körpəni sahiblənən ananın körpəylə genetik bağı olmur. Bu cür vəziyyətlərdə yumurta daşıyıcı anadan deyil, üçüncü bir qadından da (istəyə uyğun qohumlardan da) alına bilər. Amma bu, nadir hallarda olur, ən çox rast gəlinən yuxarıda izah edilən ananın öz yumurtasının və başqasının bətnindən istifadə halıdır.
Kimlər daşıyıcı analıq üsuluna müraciət edir:
- Doğuşdan uşaqlığı olmayan qadınlar;
- Sonradan əməliyyat ilə uşaqlığı alınmış qadınlar;
- Uşaqlıq var, lakin uşaqlıq içərisinin hamiləliyə uyğun olmadığı hallar (Asherman sindromu kimi;)
- Təkrarlanan hamiləlik itkisi yaşanan bəzi hallarda;
- Ananın ciddi ürək və başqa xəstəliyi səbəbiylə hamilə qalmasının və doğum etməsinin həyati risk yaradacağı vəziyyətlərdə.
Daşıyıcı analıq bəzi ölkələrdə qadağan deyil. Hətta bəzi ölkələrdə çox məşhurdur və daşıyıcı analıq edərək pul qazanmağa çalışan qadınlar vardır. Bəzi ölkələrdə isə bu hadisənin gəlir mənbəyi olmasının qarşısını almaq üçün yalnız qohumlardan birinin daşıyıcı ana olmasına icazə verilir.
Daşıyıcı analıq tətbiqində iki alternativ vardır. Birincisi, əgər ailələrdən qadının yumurtası keyfiyyətlidirsə, yumurtasından istifadə edilə bilər. Əgər aybaşıdırsa, bu zaman xəstəliyin ikinci günündə hormon analizləri aparılır. Əgər xəstə müxtəlif səbəblərdən aybaşı olmursa, o zaman xəstə follikulyar fazada ikən hormon profili çıxardılır. Xəstədən əldə edilən yumurtalar yoldaşının sperması ilə birləşdirilir. Yaranan embrionları daşıması üçün daşıyıcı anaya köçürülür.
Digər bir alternativ belədir: əgər yumurtanın keyfiyyəti aşağıdırsa, o zaman gənc və sağlam, həmçinin fiziki xüsusiyyətləri sizə uyğun olan yumurta donoru tapılır və donordan əldə edilən yumurtalar kişinin sperması ilə döllənərək daşıyıcı anaya köçürülür.
Bütün hallarda daşıyıcı ana ilə müqaviləyə ehtiyac duyulur. Buna görə ixtisaslaşmış vəkillə əlaqə saxlanılır. Vəkilin hazırladığı müqavilə sizin hüquqlarınızı qorumaq üçün etibarlı olacaq. İlk mərhələdə sizə uyğun daşıyıcı ana tapılır. Daşıyıcı ana tapılandan və onunla razılığa gəlinəndən sonra müqavilə hazırlanır. Onun sayəsində körpənin bütün qanuni haqları sizə aid olur, daşıyıcı ana uyğun gəlməsi lazım olan şərtlərlə razılaşır və sizə oxumaq, imzalamaq üçün göndərilir. Siz də diqqətlə oxuyub imzaladıqdan sonra müalicə mərhələsinə keçilir.
Allah övladı olmayanların hər birinə bu şirin paydan qismət etsin... Amin!
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR