Hamiləlikdə rahat yuxu əhəmiyyətli olduğu qədər də çətindir. Hamiləliyin ilk aylarında əksər xanımların rəngarəng və çox rahat yuxusu olur. Aylar bir-birini əvəz etdikcə günü-gündən böyüyən qarın rahat yatış formasını seçməyə mane olur. Kimisi hamiləlikdən əvvəl üz üstdə yatırdısa artıq bu sevimli yatış formasına 9 ay ərzində vida etməli olur. Araşdırmalara görə yuxusuzluq problemi hər hamilədə fərqli aylara təsadüf edir. Kimində 5-ci, 6-cı aylara rast gəlirsə, başqa bir hamilədə yuxusuzluq 7-ci, 8-ci aylardan başlayır. Lakin hansı ayda olmasından aslı olmayaraq yuxusuzluqdan əziyyət çəkən hamilə xanımlar üçün bir neçə məsləhət təqdim etmək istəyirəm. Onlara riayət etsəniz rahat yuxunuza yenidən qovuşacaqsınız.
1. Gündəlik vərdişlərinizə sadiq qalın. Yuxu saatınızı qəti qaçırmayın. Bir gün erkən yatıb, sabahsı gün gec yatmayın. Hər gün eyni saatda yatağınıza girin.
2. Sol tərəfə yatmağa öyrəşin. Sol tərəfə yatış hər bir hamiləyə vacibdir. Belə ki, bu yatış formasında qan dövranınız daha yaxşı olar və körpənizə lazımı oksigen çatdırmış olarsınız. Bundan əlavə əl və ayaqlarınızdakı şişlər də çəkilmiş olar. Təbii ki, sağ tərəfə yatmağınızda heç bir qəbahət yoxdur. Hansı sizin üçün daha rahatdırsa onu seçin. Seçiminizi edərkən körpənizi də düşünməyi unutmayın.
3. Yuxunuz qaçdığında-tavana baxmaq, ya da yataqda sağa-sola fırlanmaq əvəzinə qalxıb evin içində bir az gəzişməyiniz, kitab oxumağınız və ya həzin musiqi dinləməyiniz daha məqsədə uyğundur. Özünüzü çətinliklərə salmayın. Unutmayın ən vacibi sizin və körpənizin rahatlığıdır.
4. Narahatlıqdan uzaq olun. Yuxusuzluğun ən böyük səbəblərindən biri doğum və ya analıq haqqında beyninizdə dolaşan saysız-hesabsız düşüncələrdir. Unutmayın ki, gec ya da tez körpəniz dünyaya gələcək və bu növ fikirlərlə beyninizi yormağa gərək yoxdur. Gələcəklə bağlı inamlı və hüzurlu olun. Hər şer zamanla öz yerini tutur.
5. Yatağınızda müxtəlif sərtlikdə və ya yumuşaqlıqda bir neçə yastıq olsun. Özünüz üçün ən rahat dəstəyi istədiyiniz yastıqla yaradın. Bu rahatlıq hissi hər gün dəyişə bildiyi üçün yanınızda birdən çox yastıq saxlamaqda fayda var. Əgər yastıqlarla rahatlıq tapa bilmirsizsə hamilələr üçün nəzərdə tutulmuş xüsusi yastıqlardan istifadə edə bilərsiz. O sizə hamiləlik zamanı rahat gecə yuxusu bəxş edə bilər. Eyni zamanda süd vermə zamanı da əvəzolunmaz dəstəkçi rolunu oynaya bilər. Bəzi analar həmin yastıqlardan oturmaq vərdişini yeni öyrənmiş körpələrinin təhlükəsizliyi üçün də istifadə edirlər.
6. İdman etmək hamilə olmayanlar üçün vacib olduğu kimi, hamilələr üçün də vacibdir. Lakin hamiləlikdən əvvəl idman vərdişiniz yoxdursa, hamiləlik zamanı bədəninizi əlavə yükə salmamaqda fayda var. Hamiləlikdə idman eyni zamanda rahat yuxu təminatçısıdır. Edəcəyiniz hərəkət ardıcıllığını həkiminizlə birlikdə planlaşdırın və yuxu saatına yaxın vaxt ərzində qəti idmanla məşğul olmayın.
7. Yataq paltarlarınızı diqqətli seçin. Bel və ya sinə hissəsində sərt düymə olan, ya da sıxan paltarlardan, tərlədən parçalardan uzaq durun. Təbii parçalardan tikilmiş geniş gecəliklərdən istifadə edin. Bu eyni zamanda günlük geyimlərinizə də aiddir.
8. Normal şərtlər altında mədəni yoran qidalardan xüsusilə hamiləlik dövründə uzaq durmalısız. Qızarmış və ya yağlı yeməklərdən, həddindən artıq istiotlu, qazlı içkilərdən, kafeindən və şokoladdan mümkün olduğu qədər uzaq durun. Yuxunu qaçıran qəhvə, çay, kola kimi məhsulları nahardan sonra və gecə qəbul etməyin. Mümkünsə yatmazdan əvvəl yemək yeməyin. Daha doğrusu yeməkdən dərhal sonra yatmayın.
9. Gecə aclıq hissi ilə oyansanız-yemək isitmək əvəzinə sağlam qidalardan yararlanmağınız daha yaxşıdır. Bu qaynadılmış yumurta, meyvə və ya kraker ola bilər. Çox yeməməkdə də fayda var. Çünki yedikdən sonar yenidən yatağa qayıdacaqsınız bu isə mədənizə qədərindən çox yük verəcək.
10. Xüsusilə 6-ci aydan sonra- bəzi hamilələr xoruldadıqlarından və ya nəfəs darlığından şikayət edirlər. Bu şikayətlərin aradan qalxması üçün kürəyinizi və başınızı yüksəyə qoymağa çalışın. Yatmazdan əvvəl ilıq duş almağın rahat yuxu üçün faydası böyükdür.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dişlərinizə hansı vərdişlər zərər verir?
Metroda şalvarsız gün
Qadın sürücülər
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
İstanbulu dolu vurdu - VİDEO
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi
Hande Yenerdən gözlənilməz irad
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Nüfuzlu "Əl-Fəcr" qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilib
Sarı saçlar üçün xüsusi maskalar
Türkiyə Azərbaycanla sərhədi bağladı - SƏBƏB
Kartof zənbilində balıq (foto resept)
Avqustun HAVA buraxılışı
Bakıda 60 min manata "yolka" satılır - VİDEO
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Bananlı pankek (foto resept)
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda
Yeni süni mayalanma mərkəzi yaradılacaq
Alimlərdən inqilabi ixtira
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
İranda şok cəza
Prezidentdən mühüm qərar
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Qeyri-adi etiraz aksiyası
Cennifer Lopesin "əkiz"i tapıldı - FOTO
"Riçard" salatı (foto-resept)
Bakıda ucuzluq olacaq
Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib
Facebook film çəkməyə başlayır
Ən məşhur fil öldürüldü
Geyim kombinasiyaları
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Möcüzəvi minerallar - 1
Arzularını gerçəkləşdirən yaşlılar
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Səs gigiyenası üçün bilməli olduqlarınız
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
2013-cü ilin gəlinlik modelləri
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Yumşaq tort keksi (foto resept)
Məntiqi test
"Microsoft" ucuz telefon nümayiş etdirib
ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub
Hamiləlik zəhərlənməsi
- ŞƏRHLƏR