Hamımızın da bildiyi kimi, hamiləlik dövründə bədən quruluşunun dəyişməsi nəticəsində ön bölgədəki qarın əzələləri dartılıb uzanır və bunun nəicəsində qarın əzələləri zəifləyir. Şişmiş şarın havası endirildikdən sonrakı vəziyyəti fikirləşin. Uşağın ön tərəfə verdiyi ağırlığın əsirindən qarın mərkəzini tarazlamaq üçün bel bölgəsindən arxaya doğru olan əyrilik artar. Bu səbəbdən bel bölgəsini əmələ gətirən oynaqlara düşən yük artar. Əlavə yüklər bu bölgədə ağrı əmələ gətirir. Keysəriyyə əməliyyatı edənlərdən heç bəhs etmirəm belə, çünki onların qarın əzələlərinin kəsilməsi nəticəsində daha problemli bel ağrıları olacaqdır. Daha irəlidə isə bel çuxurunun artmasına bağlı olaraq ayağa gedən sinirlərin keçdiyi kanalda daralma olur və bu sinirlər sıxılır. Ombada, ayaqda, ya da bunların hamısında keyimə, gizildəmə, əzələ gücündə azalma kimi problemlər görünə bilir.
Bel yırtığının ən yaxşı dərmanı hamilə qalmaqdır. Hamiləlikdə olan mexaniki dəyişiklik bel yırtığının müalicəsini edəcək dəyişikliklərdir. "Bəli, bel yırtığı hamiləlik dövründə keçdi" deyənlər az deyil. Hamiləlik dövründə və sonrasındakı bel ağrısına fərqli baxsaq, beldəki əlavə ağrı əlavə yükün artması səbəbindən əmələ gəldisə, bizim etməyimiz lazım olan şey o yükdən azad olmaqdır.
Bel çuxurunu azaldacaq və ya artırmayacaq bəzi taxniki hərəkətlər bu müalicənin özüdür. Bəzi xüsusi idmanlar, manual müalicə və terapevtik vasitələrdir. Bu idmanları açıqlamadan əvvəl idmanın təməl prinsiplərindən bəhs edək.
İdmanda 2 qızıl qayda:
1. İdman əsnasında nəfəsinizi tutmayın.
2. İdmanı yavaş və ritmik edin.
Hamiləlikdə edəcəyiniz idman qan dövranı və tənəffüs sisteminizin daha yaxşı işləməsinə kömək olar.
Daimi edəcəyiniz idman keysəriyyə əməliyyatı riskini azaldar, ananın doğuşdan sonra vəziyyətinin yaxşılaşmasını surətləndirər.
Ana namizədləri idmana başlamazdan əvvəl mütləq qadın xəstəlikləri və doğum mütəxəssisləri tərəfindən idmana mane olacaq bir vəziyyətin varlığına dair müayinədən keçməlidir.
- Qidalanmanıza diqqət etməlisiniz (edilən idmanla vücudunuzun mayeyə və karbohidrata ehyiyacı artar).
- İdman fürsət tapdıqda deyil, daimi edilməlidir.
- İdman əsnasında bədəninizin istiliyi 38 dərəcəni keçməməlidir.
- Nəbz 140-ı keçməməlidir.
- Təngnəfəs olmamalısınız.
- Hamiləlik dövründə bütün oynaqların elastikliyi artır. Oynaqları məcburedici hərəkətlər etməməlisiniz. Hamiləliyin ikinci yarısından etibarən arxası üstə olan mövqedə təzyiqiniz birdən düşə bilər, buna görə də bu mövqedə edilən idmanın vaxtını qısa etməlisiniz.
- Hamiləlik dövründə ediləcək ən yaxşı idman yerimək və üzməkdir.
Hamiləlikdə bel ağrısı zamanı edəcəyiniz 2 hərəkət
1. Arxası üstə dizlər bükük vəziyyətdə uzanaraq, bel çuxurunu azaldaraq belimizi yerə basdırırıq, bu hərəkəti ən çox 10 dəfə təkrar etməklə gündə 2 dəfə edirik.
2. Yenə eyni mövqedəykən sadəcə başı yerdən qaldırıb, qarın əzələlərimizin yüngülcə sıxılmasını təmin edirik. Sonra başımızı yerə endiririk. Bu hərəkəti gündə 2 dəfə, ən çox 10 dəfə təkrar edirik.
Pelvik mərtəbə (Kegel) idmanı
Kegel idmanı normal doğum əsnasında gücənərkən uşağın daha güclü itələnməsində kömək edir.
Sidik saxlamamaq probleminə köməkçi olur.
Doğum sonrası prolapsdan qoruyur və ağrıların azalmasında çox yararlı bir idmandır.
Kegel idmanları qarın bölgəsində çat əmələ gəlməməsində kömək olur.
Bu idmanları tez-tez təkrar etmək lazımdır.
XƏBƏR LENTİ
5-6 kiloqram arıqlamaq istəyirsinizmi?
Məşhur aktyori yeni İMİCDƏ-FOTO
Son 10 ilin ən yaxşı filmləri
Azərbaycanın işğal edilmiş ərazilərində erməni əsgər öldü
Cardi B geyimi ilə diqqət çəkdi-FOTO
"Whatsapp" haqda bilmədikləriniz
Azərbaycan tarixindən yüz şəxsiyyət-57
Yaponlar virtual valyuta buraxdılar
AŞ PA-nın yeni sədri Azərbaycanla münasibətindən danışdı
Platform ayaqqabılar
Günün qoroskopu: Qətiyyətli olun!
Meqan Marklın atası qızı haqda elə sözlər dedi ki… -FOTO
Buse Alişanı müdafiə etdi-FOTO
III Dünya müharibəsi gedir
II və III qrupların qəbul imtahanının TARİX AÇIQLANDI
Birinci xanım xəstə uşağın müalicəsini öz üzərinə götürdü
Pazllar ("Caillou")
Ronaldonun sevgilisi 1 milyonluq aksessuarları ilə DİQQƏT ÇƏKDİ-FOTO
Həftənin ilk iş gününün HAVASI
Yüzdən çox insan itikin düşüb
Hər kəsin sevdiyi serial cütlüyü onlar oldu-FOTO
“Space” kanalı cəzalandırıldı: Yayımı üç saat dayandırılacaq
HAVA necə olacaq?
Çobanyastığı çiçəyinin faydaları
Uşaqlara vaxt tapılmırsa...
Xalq belə deyib
İmişlidə dolu damları dağıtdı, pəncərələri qırdı
Tramp: “İqtisadiyyat çökəcək, şəhərlər od tutub yanacaq”
“Qalatasaray”a şok cəza
Ebola virusunun aşkar olunması üçün iki yeni test
Türkiyə Jandarmasının komandanı Azərbaycana gəlir
"Oskar"da səhv: bütün dünya aldandı
Heraldika
Moruqlu biskvitli piroq(foto resept)
Dəhşətli xəbərdarlıq: 13 milyon insan bu xəstəliyin qurbanı olacaq
Sürpriz toyuq ruleti (foto resept)
HAVA necə olacaq?- 21 fevral
Gələn il neçə gün bayram edəcəyik?
Yürüyüş zamanı meditasiyanın faydaları
"Hər gün Azərbaycandan Ermənistana əsgər tabutları gedəcək"
Körpələrimizi güvəcə necə öyrədək?
Hazal Kaya onları toyuna dəvət etməyib
Spirtli içkilərlərdən zəhərlənməyə səbəb nədir?
Muncuqdan bilərziklər
Ayaqların donması və tərləməsi
Leyla və Emin: "Biz dost qalırıq"
Sfinksin burnunu kim qoparıb? - FAKT
Göyərtili börək (foto resept)
Bu dərmanlar ən az 2 dəfə ucuzlaşdırıldı
Ermənilər rus əsgərinin edam olunmasını tələb edirlər
- ŞƏRHLƏR