Əziz Qadin.Netlilər, "Qadin.Netlə birlikdə həftə-həftə hamiləlik" layihəsinin davamı olaraq sizə bu gündən etibarən hər həftə yeni hamiləlik həftəsini təqdim edəcəyəm. Ümid edirəm ki, xəbərimizin hər həftəsindən yararalanar, verilən məsləhətlərə əməl edəcəksiniz.
Bu həftədən etibarən siz hamiləliyin 3-cü ayına qədəm qoymuş olursunuz. Çox güman ki, kənardan kimsə sizin hamilə olduğunuzu anlaya bilməz. Bunun üçün məyus olmağa dəyməz. Qarşıdakı həftələrdə qarnınız gizlədə bilməyəcəyiniz şəkildə ortaya çıxacaq.
Hamiləliyin 9-cu həftəsi - ana ilə embrion arasındakı əlaqələrin güclü sınaqdan keçirilən bir dövrüdür. Hamiləliyin ilk üç ayında bir çox öz başına düşüklərin əmələ gəlməsi məhz bu həftədə baş verir. Bu ona görə baş verir ki, 7-ci həftədə inkişafını artıran sarı cisim bütün var gücü ilə işləyib. Hamiləliyin 8-9-cu həftələrində progesteron və estrogen hormonunun əmələ gəlməsi zəyifləyərsə, sarı cism öz hərəkət sürətini azaldır. Bu hormonların vacibliyi və əhəmiyyəti xüsusilə dölün inkişafı üçün lazımdır. Bu həftədə əsasən vacib olan dölün inkişafı və onun yeni funksiyalar yerinə yetirməsidir. Əgər əvvəlki həftələrdə döl yaxşı inkişaf etmişdisə, onda hormonların səviyyəsi normal olacaqdır. Yox əgər dölün formalaşmasında maneələr yaranıbsa, onda döl öz inkişafında yeni xüsusiyyətlər formalaşdırmaq gücünə malik ola bilmir və bununla da hormonların səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Çox təəssüf ki, bütün bunlar dölün inkişafını pozur və uşaq salma ilə nəticələnir. Əgər sizdə zob problemi varsa, onda hamiləliyinizin 9-10-cu həftəsində endokrinoloqa müraciət edin. Belə ki, qalxanvari vəzin düzgün işləməməsi gələcək körpəyə çox mənfi təsir edə bilər. Əgər hamiləliyinizin 9-cu həftəsində sizdə sarımtıl maye əmələ gəlirsə, heç də narahatlığa əsas yoxdur bu normal haldır. Hamiləliyin bu müddətində işləyən xanımlar yaxşı olar ki, məzuniyyət götürsünlər və günün çox hissəsini açıq havada olsunlar. Əvvəlki həftələrdə olduğu kimi bu həftədə də ağır yük qaldırmaqdan çəkinmək və stres yaradan amillərin əhatəsindən uzaq durmanız məsləhətdir. Bu müddətdə də yaxşı olar ki, doğmalarınızın və yaxınlarınızın əhatəsində olasınız. Yaxınlarınız və doğmalarınız sizi öz diqqət və qayğısı ilə əhatə etməli və stresin yaranmasına icazə verməməlidirlər. Hamiləliyin bu həftəsində döşlərdə şişkinlik qabarıq dərəcədə özünü biruzə verir. Ucunda xırda sızanaq görsəniz onları sıxmağa və ya qaşımağa ehtiyac yoxdur. Döş giləsində həssaslıq normaldır. Gilənin və ətrafının rəngi tündləşməyə başlayacaq. Büsthalterinizi bir ölçü böyüklə əvəz edin ki, süd vəziləriniz sıxılmasın və sərbəst nəfəs alıb verə biləsiniz. Əgər normal hamiləlik müddəti keçirirsinizsə, yataq rejimində deyilsinizsə hər gün səhər və axşam saatlarında 15-20 dəqiqə ərzində təbiət qoynunda gəzin. Təzyiqinizi hər gün ölçməyi unutmayın. Daha bir yeni amil isə-saçlarınızın bir qədər quru olmağa başlamasıdır. Lakin buna baxmayaraq saçlarınız və dırnaqlarınızın normaldan daha tez uzandığının şahidi olacaqsınız.

Mədə bulantıları və qusmalar bu həftələrdə də davam edir. Gün ərzində normadan çox qaytardığınızı düşünürsünüzsə, həkiminizə bildirin. Lakin çalışın bu müddəti hər bir ana namizədi kimi cəsarətlə keçirə biləsiniz. İştahanızın olmamağı, yemək qoxularından iyrənməyiniz normaldır. Bütün bunlar körpənizin inkişafı üçün əvəzsiz rolu olan hormonların çoxluğundan xəbər verir. Bulantılar adətən səhər yuxudan oyanarkən və ya axşam yatmazdan öncə güclənir. Unutmayın, bu keçiçi bir vəziyyətdir. Bütün hamiləlik boyunca davam etmir. Qarşıdakı həftələrdə toksikoz azalmağa doğru gedəcək və siz iştahanızın olduğunu hiss edəcəksiniz.

Gələcək körpəniz
Gələcək körpədə bu həftədə beyincik formalaşmağa başlayır. Körpədə sümüklər bərkiməyə doğru irəliləyir, ayaq, əl barmaqları formalaşır. Körpədə limfa düyünləri əmələ gəlməyə başlayır. Mərkəzi sinir sistemi öz fəaliyyətinə başlayır. Daha sonra körpədə əsas əzələlərin işinin inkişafı sürətlə gedir. Bunun sayəsində körpəniz bətninizdə ilk hərəkətlərini etməyə başlayır. Bunu siz hiss edə bilməzsiniz. Yalnız ultrasəs müayinəsində müşahidə edə bilərsiniz. Bu günə kimi ultrasəs müayinəsindən keçməmisinizsə bu həftə ilk ola bilər. Körpənizin ürəyinin döyüntülərini dopler vasitəsi ilə eşidə bilərsiniz. Həkiminizdən körpənin şəklini istəməyi unutmayın.
9 həftəlik hamiləlikdə ultrasəs müayinəsi zamanı edilən fotoda uşağınızın üz quruluşunu aydın görə bilərsiniz. Körpənin çənəsi hələ sinə nahiyəsinə bitişik olur. Dirsək çıxıntısı hiss edilir. Quyruq adlandırdığımız çıxıntı yox olmağa başlayıb. Növbəti həftədə artıq olmayacaq. Gözləri formalaşmış olsa da bir-birinə yaxın yerləşmişlər. Qarşıdakı həftələrdə öz yerini tutacaqlar. Uşağın boyu (başından oturacağına kimi) 15-20 mm, çəkisi isə tam 1-2 qram təşkil edəcəkdir.

Uşaqlığınız körpənizin daha rahat yerləşməsi üçün böyüməyə başlayır və tədricən çanağınızdakı bütün boşluğu əhatə edir. Sizi sıxan alt paltarları və xüsusən də çanaqdan kip bağlanan şalvar geyinməməyə çalışın. Unutmayın ki, bətninizdəki körpənin sağlam inkişafı üçün ayda bir dəfə ginekoloq müayinəsindən keçməlisiniz. O, körpənizin inkişafına nəzarət edəcək və sizə həftənizə uyğun hansı vitamin və mineralları qəbul etməyinizi məsləhət görəcəkdir.
Əziz ana olmağa hazırlaşan və ana olmaq arzusunda olan xanımlar, ümid edirəm ki, bu yazı sizlər üçün maraqlı oldu. Bütün ana olmağa hazırlaşan xanımlarımıza Allahdan sağlam və gözəl körpə arzulayıram.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Manana Yeni İmicdə-VİDEO/FOTO
65 yaşlı kişinin bu addımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yaşıl pomidor turşusu (foto resept)
Hərəkətin möcüzəvi gücü (2)
Dünyada ən güclü smartfon hansıdır?
İçi doldurulmuş yumurta (foto resept)
Yanan bina sakinlərinə vacib xəbər
Ramazan ayının dördüncü gününün duası
Azərbaycanda əcnəbilərlə evlənənlərin sayı artıb
Şəhid əsgərimiz təltif edildi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Uşağınız hələ dil açmayıb?
Tələbələrimizin təqaüdləri niyə gecikdirilir?
Sinoptiklər istirahət günlərinə Azərbaycan üçün nə vəd edirlər?
Sabahın HAVAsı
HAVA necə olacaq?
Qəbul imtahanlarında iştirak üçün müəyyən edilən qiymətlər yüksək deyil - DİM sədri
Qara uzun ətək, qara çəkmə, qara çanta - Colinin budəfəki obrazı
Sabahın HAVAsı
Marqarin yağları haqqında
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Qaşlarına görə ölümlə hədələnir - FOTO
Qışın ən həyəcanlı istirahəti: xizək
Şəhid əsgərimizin medalı ailəsinə təqdim edildi
Kafe və restoranlarda müştəri qəbulu şərtləri açıqlandı - RƏSMİ
Qeyri-adi gözəllik məsləhətləri
Vilayət Eyvazov rəis müavinini işdən çıxardı
Kələm yarpağı ilə sellülitə son
Azərbaycan atletləri Avropa birinciliyində medalların sayını 5-ə çatdırıblar
Fitness haqqında bilinməyən 3 fakt
Milyarder 2 milyardlıq yaxtasında qonaqlıq verdi-FOTO
Tərz sahibi olmaq istəyənlər üçün 3 kombin
Bakı Avtovağzalında qiymətlər aşağı salındı
Qara Tərlan-Təslim nitqi (1832)
"Qaqa" sözü necə yaranıb?
Ərdoğan kimdən küsdü?
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Xoşbəxt olmağın 5 asan qaydası
Azərbaycanda əl heykəlləri dəbə düşüb - QİYMƏTLƏR
Daha bir idmançımız Avropa Çempionu oldu
Azərbaycanda "inqilab ssenarisi": alver, acgözlər, villalar və milyonlar
BÜRCLƏR bizə nə vəd edir?-10 Avqust
Kişilərin sevdiyi 4 qadın tipi
Uşaqlar yay tətilində nə etməlidirlər?
Hava haqqında
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Ekoloqdan sərt qış xəbərdarlığı: "Bunun tam əksini gözləmək lazımdır"
Kreativ əl işləri
TƏBİB-dən Azərbaycanda koronavirusa yoluxan şəxslərlə bağlı AÇIQLAMA
Film üçün tanınmaz hala düşdülər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]