Əziz Qadin.Netlilər, "Qadin.Netlə birlikdə həftə-həftə hamiləlik" layihəsinin davamı olaraq sizə bu gündən etibarən hər həftə yeni hamiləlik həftəsini təqdim edəcəyəm. Ümid edirəm ki, xəbərimizin hər həftəsindən yararalanar, verilən məsləhətlərə əməl edəcəksiniz.
Bu həftədən etibarən siz hamiləliyin 3-cü ayına qədəm qoymuş olursunuz. Çox güman ki, kənardan kimsə sizin hamilə olduğunuzu anlaya bilməz. Bunun üçün məyus olmağa dəyməz. Qarşıdakı həftələrdə qarnınız gizlədə bilməyəcəyiniz şəkildə ortaya çıxacaq.
Hamiləliyin 9-cu həftəsi - ana ilə embrion arasındakı əlaqələrin güclü sınaqdan keçirilən bir dövrüdür. Hamiləliyin ilk üç ayında bir çox öz başına düşüklərin əmələ gəlməsi məhz bu həftədə baş verir. Bu ona görə baş verir ki, 7-ci həftədə inkişafını artıran sarı cisim bütün var gücü ilə işləyib. Hamiləliyin 8-9-cu həftələrində progesteron və estrogen hormonunun əmələ gəlməsi zəyifləyərsə, sarı cism öz hərəkət sürətini azaldır. Bu hormonların vacibliyi və əhəmiyyəti xüsusilə dölün inkişafı üçün lazımdır. Bu həftədə əsasən vacib olan dölün inkişafı və onun yeni funksiyalar yerinə yetirməsidir. Əgər əvvəlki həftələrdə döl yaxşı inkişaf etmişdisə, onda hormonların səviyyəsi normal olacaqdır. Yox əgər dölün formalaşmasında maneələr yaranıbsa, onda döl öz inkişafında yeni xüsusiyyətlər formalaşdırmaq gücünə malik ola bilmir və bununla da hormonların səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Çox təəssüf ki, bütün bunlar dölün inkişafını pozur və uşaq salma ilə nəticələnir. Əgər sizdə zob problemi varsa, onda hamiləliyinizin 9-10-cu həftəsində endokrinoloqa müraciət edin. Belə ki, qalxanvari vəzin düzgün işləməməsi gələcək körpəyə çox mənfi təsir edə bilər. Əgər hamiləliyinizin 9-cu həftəsində sizdə sarımtıl maye əmələ gəlirsə, heç də narahatlığa əsas yoxdur bu normal haldır. Hamiləliyin bu müddətində işləyən xanımlar yaxşı olar ki, məzuniyyət götürsünlər və günün çox hissəsini açıq havada olsunlar. Əvvəlki həftələrdə olduğu kimi bu həftədə də ağır yük qaldırmaqdan çəkinmək və stres yaradan amillərin əhatəsindən uzaq durmanız məsləhətdir. Bu müddətdə də yaxşı olar ki, doğmalarınızın və yaxınlarınızın əhatəsində olasınız. Yaxınlarınız və doğmalarınız sizi öz diqqət və qayğısı ilə əhatə etməli və stresin yaranmasına icazə verməməlidirlər. Hamiləliyin bu həftəsində döşlərdə şişkinlik qabarıq dərəcədə özünü biruzə verir. Ucunda xırda sızanaq görsəniz onları sıxmağa və ya qaşımağa ehtiyac yoxdur. Döş giləsində həssaslıq normaldır. Gilənin və ətrafının rəngi tündləşməyə başlayacaq. Büsthalterinizi bir ölçü böyüklə əvəz edin ki, süd vəziləriniz sıxılmasın və sərbəst nəfəs alıb verə biləsiniz. Əgər normal hamiləlik müddəti keçirirsinizsə, yataq rejimində deyilsinizsə hər gün səhər və axşam saatlarında 15-20 dəqiqə ərzində təbiət qoynunda gəzin. Təzyiqinizi hər gün ölçməyi unutmayın. Daha bir yeni amil isə-saçlarınızın bir qədər quru olmağa başlamasıdır. Lakin buna baxmayaraq saçlarınız və dırnaqlarınızın normaldan daha tez uzandığının şahidi olacaqsınız.
Mədə bulantıları və qusmalar bu həftələrdə də davam edir. Gün ərzində normadan çox qaytardığınızı düşünürsünüzsə, həkiminizə bildirin. Lakin çalışın bu müddəti hər bir ana namizədi kimi cəsarətlə keçirə biləsiniz. İştahanızın olmamağı, yemək qoxularından iyrənməyiniz normaldır. Bütün bunlar körpənizin inkişafı üçün əvəzsiz rolu olan hormonların çoxluğundan xəbər verir. Bulantılar adətən səhər yuxudan oyanarkən və ya axşam yatmazdan öncə güclənir. Unutmayın, bu keçiçi bir vəziyyətdir. Bütün hamiləlik boyunca davam etmir. Qarşıdakı həftələrdə toksikoz azalmağa doğru gedəcək və siz iştahanızın olduğunu hiss edəcəksiniz.
Gələcək körpəniz
Gələcək körpədə bu həftədə beyincik formalaşmağa başlayır. Körpədə sümüklər bərkiməyə doğru irəliləyir, ayaq, əl barmaqları formalaşır. Körpədə limfa düyünləri əmələ gəlməyə başlayır. Mərkəzi sinir sistemi öz fəaliyyətinə başlayır. Daha sonra körpədə əsas əzələlərin işinin inkişafı sürətlə gedir. Bunun sayəsində körpəniz bətninizdə ilk hərəkətlərini etməyə başlayır. Bunu siz hiss edə bilməzsiniz. Yalnız ultrasəs müayinəsində müşahidə edə bilərsiniz. Bu günə kimi ultrasəs müayinəsindən keçməmisinizsə bu həftə ilk ola bilər. Körpənizin ürəyinin döyüntülərini dopler vasitəsi ilə eşidə bilərsiniz. Həkiminizdən körpənin şəklini istəməyi unutmayın.
9 həftəlik hamiləlikdə ultrasəs müayinəsi zamanı edilən fotoda uşağınızın üz quruluşunu aydın görə bilərsiniz. Körpənin çənəsi hələ sinə nahiyəsinə bitişik olur. Dirsək çıxıntısı hiss edilir. Quyruq adlandırdığımız çıxıntı yox olmağa başlayıb. Növbəti həftədə artıq olmayacaq. Gözləri formalaşmış olsa da bir-birinə yaxın yerləşmişlər. Qarşıdakı həftələrdə öz yerini tutacaqlar. Uşağın boyu (başından oturacağına kimi) 15-20 mm, çəkisi isə tam 1-2 qram təşkil edəcəkdir.
Uşaqlığınız körpənizin daha rahat yerləşməsi üçün böyüməyə başlayır və tədricən çanağınızdakı bütün boşluğu əhatə edir. Sizi sıxan alt paltarları və xüsusən də çanaqdan kip bağlanan şalvar geyinməməyə çalışın. Unutmayın ki, bətninizdəki körpənin sağlam inkişafı üçün ayda bir dəfə ginekoloq müayinəsindən keçməlisiniz. O, körpənizin inkişafına nəzarət edəcək və sizə həftənizə uyğun hansı vitamin və mineralları qəbul etməyinizi məsləhət görəcəkdir.
Əziz ana olmağa hazırlaşan və ana olmaq arzusunda olan xanımlar, ümid edirəm ki, bu yazı sizlər üçün maraqlı oldu. Bütün ana olmağa hazırlaşan xanımlarımıza Allahdan sağlam və gözəl körpə arzulayıram.
XƏBƏR LENTİ
Vicdan nədir?
Ana südü və körpə
Azərbaycan Rusiyada keçiriləcək iqtisadi forumda iştirak edəcək
Günün Ramazan təqvimi (2 iyul)
Kate Middletondan gözəl saçlar üçün tövsiyyələr
Kosmosdakı dəyişikliklər-Ay uzaqlaşır, Yer yavaşlayır...
Məşhur müğənnilərin adı terror təşkilatında çıxdı: Murat Boz, Mustafa Ceceli...
Dünyanın ən bahalı əsəri saxtadır? - BÖYÜK QALMAQAL - FOTO
Bu həna hələ çox su aparacaq...
“Jet sosyete” serialı final edir
Bütün idman obyektlərində ibadət otaqları yaradılacaq
"Fənərbağça"nın əfsanəsi qayıdır
Qış üçün ayaqqabı modelləri
Oxu dəbdədir
60 yaşlı kişi saqqal saxladı məşhur oldu!
Azərbaycan taekvondoçuları "Luxor Open"də 6 medal qazanıblar
"Sen anlat Karadeniz" yeni sezonun tanıtım çarxı yayıldı
Hələ yaşamağa dəyər
Trampın heykəli 28 min dollara satıldı
17 yaşlı Noa evtanaziyanı seçdi-FOTO
Kəvərli tart (foto resept)
Muratda Aslıya 30 minlik tətil surprizi
Pişik qatili dahi bəstəkar – YANLIŞ BİLDİKLƏRİMİZ
Çox ağıllı insanların ən çox diqqət çəkən 6 özəlliyi
Günün ulduz falı
Azərbaycanda müəllimlərin işə qəbulu üçün növbəti müsabiqə elan edilib
ASAN Xidmət mərkəzlərində rüsumlar
İstirahət günü Azərbaycanda hava necə olacaq?
Putin Azərbaycana hərbi donanma ilə gəlir
İzmir zəlzələsində möcüzə: 33 saatdan sonra dağıntılar altından sağ çıxdı - VİDEO
Dayanacaqlara Wi-Fi quraşdırıldı
175 kiloqram arıqladı - həyatı dəyişdi - FOTO
Günün ulduz falı
"Whatsapp" 3 milyon avro CƏRİMƏ OLUNDU
Məşhur futbolçunu 25 il həbs gözləyir
Bill Qeytsdən COVID-19 peyvəndi ilə bağlı bədbin AÇIQLAMA
Rubl Rusiyanı hərəkətə keçirdi
Termometr sınanda...
Mobil telefonların təhlükəsiz olduğu sübut edildi
Azərbaycanda sərnişindaşıma fəaliyyəti dayandırıldı - RƏSMİ
Məşhur model yeni reklama çəkildi-FOTO
Yeni dizaynlı Mercedes-AMG
Miqrant fəlakəti: Avropa gələnlərə qəzəblənib
Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir-VİDEO
“Dərs vaxtı”nın bu günə olan cədvəli açıqlandı - FOTO
Qırışlara qarşı maskalar
Dünən ilin alış-veriş gecəsi idi - FOTO
Gəncənin raket atəşinə tutulması anı - VİDEO
Ordumuz düşməni öz silahı ilə vuracaq
Yay salatı (foto resept)
- ŞƏRHLƏR