Çatlar üçün təbii yollar
Hamiləlik, yetkinlik, kilo alıb-vermə kimi dərinin sürətlə inkişafı dövrlərində tez-tez görülən çatlaqlardan xilas olmaq üçün bitki mənşəli müalicə edə bilərsiniz. Çatlaqların qarşısını almaq və müalicə etmək üçün ən təsirli bitki mənşəli üsulları buyurun, oxuyun.
Dəri çatlaqları ən çox qıç, omba və sinələrdə ortaya çıxır. Bu izlər sürətli və böyük kilo dəyişikliklərində və hamiləlikdə dərinin genişlənməsi səbəbiylə meydana gəlir. Çatlaq aradan qaldırıcı və qarşısını almaq üçün kremlərin yanında edə biləcəyiniz çox təsirli müalicələr də çatlaq izlərini yox etmənizi, ya da ən azından daha az görünmələrini təmin edə bilər.
Çatlaqlar üçün evdə hazırlana biləcək bitki mənşəli maskalar
İtburnu toxumu və şirin badam yağı dərini nəmləndirir, bu səbəblə çatlaq izləri olan dərinin yenilənməsində xüsusi bir yerə malikdir. İki məhsulu qarışdıraraq, hər gün duşdan sonra tətbiq edə bilərsiniz.
Atquyruğu
Sağlamlığa bir çox faydası olan atquyruğu bitkisinin tərkibində olan silikon, dəri üçün təbii bir yeniləyici və çatlaq izlərində də çox təsirlidir. Bir litr 40% spirt içində 100 qram atquyruğu bitkisini ən az bir ay müddətində gözlədin. Daha sonra qarışığa 8-10 damla limon suyu əlavə edin və yarım litr su ilə qarışdırın. Bu qarışığı çatlaq dəri bölgəsinə dairəvi hərəkətlərlə gündə iki dəfə masaj edərək tətbiq edin.
Yerkökü
Etməniz lazım olan ilk şey yerkökünü yumşalana qədər buxarda bişirməkdir. Ardından püre halına gətirib çatlamış bölgəyə tətbiq edin. Yarım saat ərzində gözlədin, daha sonra soyuq suyla durulanın. Çünki isti su çatlamış dəriyə daha çox zərər verə bilər.
Çuğundur və şaftalı
Əgər bədəninizin bəzi bölgələrində ağ rəngli çatlaqlarınız varsa, bu üsul tam sizin üçündür. 5 ədəd çuğundurun və 5 ədəd şaftalının qabıqlarını götürün, hamısını blenderdən keçirin və qarışığı çatlaq bölgələrə tətbiq edin.
Çatlaqları aradan qaldıran təbii avokadolu kremlər
Dərinizi nəmli tutmaq üçün təbii kremlər çox əhəmiyyətlidir. Kremlər çatlaqları aradan qaldırmağa kömək edə bilər, burada ən əhəmiyyətli nöqtə kremləri nizamlı istifadə etməkdir. Beləcə dəriniz hər zaman nəmli və elastik olur; çatlaqlarınız görünməz.
Aloe vera və avokado kremi
Aloe vera və avokado qarışığı çox güclü bir yeniləyicidir və çatlaqların aradan qaldırılmasına kömək edər. Yarım avokadoyu, bir aloe vera yarpağını və bir çay qaşığı zeytun yağını blenderdə bir məcun əldə edənə qədər qarışdırın. Problemli bölgəyə bu qarışığı dairəvi hərəkətlərlə masaj edərək tətbiq edin və 20 dəqiqə gözlədin. Ardından soyuq suyla durulanın.
Avokado, yulaf və şirin badam yağı kremi
Bir əvvəlki reseptdə olan aloe vera 2 qaşıq yulafla, zeytunyağını isə şirin badam yağı ilə dəyişdirməlisiniz. Bunu əlinizlə də qarışdıra bilərsiniz. Eyni şəkildə tətbiq edin, gözlədin, amma bu dəfə ilıq suyla durulanın.
Avokado, bal və limon kremi
Əvvəlki iki kremi etdiyiniz kimi bütün vəsaitləri blenderdə, ya da əllə qarışdırın. Qarışığın yumşaq hala gəlməsi vacibdır. Problemli bölgələrə çəkin ,10-20 dəqiqə arası gözlədin. Ardından ilıq suyla yaxşıca durulanın.
Çatlaqların qarşısını necə alaq?
Çatlaqları qarşısının alınmasının ən əhəmiyyətli şərti çəkinizi sabit tutmaqdır. Çəki almaq və ya vermək dərinizdə qarşısı çətin alına biləcək çatlaqlar meydana gətirə bilər. Unutmayın, qarşısını almaq müalicə etməkdən hər zaman daha asandır. Buna görə ən yaxşı yol çəkinizə diqqət yetirmənizdir.
Çatlaqların qarşısının alınmasının digər bir yolu isə masaj etməkdir. Xüsusilə hamiləlik dövründə çatlaqların artma ehtimalı yüksək olduğundan, hamilələrə masaj etmək məsləhətdir. Şirin badam yağıyla, ya da buğda yağı ilə masaj etməlisiniz.
Masaj üçün ya da çatlaqları qarşısını almaq üçün istifadə edə biləcəyiniz digər məhsullar:
• Kakao yağı, ya da şi yağı: Bunu qarınınız, omba və sinələriniz üçün ən azından gündə iki dəfə istifadə edə bilərsiniz.
• Çatlaq meydana gəlməsinə meylli bölgələrə E vitamini, A vitamini və gül yağı qarışığıyla masaj etmək çatlaq meydana gəlməsini maneə törətmək üçün ən yaxşı yoldur. Bu qarışığı ağırlıq qaldıran insanlara da istifadə edə bilərsiniz.
• C vitamini də çatlaqları qarşısını almaq üçün yaxşı bir variantdır.
• Zülal baxımından zəngin bir pəhriz də tuta bilərsiniz.
• Çox su içərək dərinizi hər zaman nəmli saxlaya bilərsiniz.
• Çox yağlı yeməklərdən qaçının, çünki yağ qarında, qıçlarınızda və omba bölgənizdə toplanır. Bu çatlara zəmin hazırlayar.
• Təzə meyvə və tərəvəzləri daha çox istehlak etməyə diqqət edin. Bunlar dərinizin elastikliyinin artmasına köməkçi olar.
• Dərinizin elastikliyini qorumaq üçün yüngül məşqlər edə bilərsiniz.
XƏBƏR LENTİ
Çox qısqancam, nə etməliyəm?
Yeməkdən sonra edilən səhvlər
Azərbaycanda daha bir kənd polislər tərəfindən nəzarətə götürüldü
Küçə iti aktyorun yaralandığını sandı – VİDEO
Ağdərənin işğalından 26 il ötür
Ayda mobil rabitə şəbəkəsi yaradılacaq
Sağlamlıq məsləhətləri
Azərbaycan dili - XIX Dərs
Leonardo Di Kaprio: Bu roluma görə utanıram
Dadlı tort (foto resept)
Yalnızsan
Baş prokuror: “Hərbçilərimiz Füzulidə bayraq sancmağa bir yer tapmadı”
Ukrayna 8 Martdan da imtina edir
"Facebook"da böyük dəyişiklik olacaq
Qripdən sağalmağı sürətləndirən üsullar
Baş ağrısı və göz sulanmasının əyləncəli səbəbi
Usta yalançını necə tanımalı?
Bu gün Kəlbəcər işğaldan azad olur
Sağlam qalmaq üçün bunlara əməl edin
Bu günün tarixi
23 dekabr qeyri- iş günüdür-SƏBƏB
Azərbaycanda koronavirusa yoluxanların sayı 10 mini ötdü
Fransada ara qarışdı
O fotoşəkli İlham Əliyev də imzaladı
"Son zəng" xəbərdarlığı edildi
Ulduzların sirri
Ukrayna prezidendi oğluna qadağa qoydu-FOTO
Göbələkli toyuq plovu (foto resept)
Qorxulu buludlar
2019-un ən zərif gəlinlik modelləri
Valideynlərə təcili kömək -3
Brokoli ruleti (foto resept)
Qonşu ölkədə koronavirusa rekord yoluxma
Uğursuz turist - Hansı şəhərə getdisə, terror oldu - FOTO
Azərbaycanda zəlzələ oldu
"O ses Türkiye"nin iştirakçısı 123 kiloqram arıqladı - FOTO
Facebook pulsuz antivirus paylayır
Bakıda istilər səngiyir
Halle Berry gözəlliyinin sirri
Hər kəs bu tarixi gözləyir-10 Yanvar
Bu görüntülərə biganə qalmaq mümkün deyil
Koronavirusun əsas daşıyıcıları açıqlandı
Bakıda yeni qadağa
Yanacaq sərfiyyatını azaldan yeni aviamühərrik hazırlanır
Yaponlardan növbəti yenilik - Uçan ağaç!
Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir?
Şəkərsiz limonad (foto-resept)
Tibb tarixində ilk-FOTO
Novruz bayramında neçə gün evdə qalacağıq?
Bella və Cici Hadid bacıları Kim Kardaşyanı terroru dəstəklədiyinə görə “Instagram”da izləmədən çıxarıb
- ŞƏRHLƏR