Oftalmoloq Xəlil Özcanın fikrincə, 3 ölçülü televizorlardan gündəlik istifadə heç də yaxşı deyil. Çünki bu cür televizorlar normal televizorlarla müqayisədə gözü daha çox yükləyir. Eynəkli 3 ölçülü televizorların eynəkləri isə göz üçün böyük təhlükədir. Çünki bu cür eynəklərdən 2-3 saat istifadə olunsa belə gözə böyük yük düşür: "İnsan 2 gözü sayəsində ətrafında olan hər şeyi - hadisələri, əşyaları 3 ölçülü görür. Topun yaxınlaşmasını, əlin digər ələ necə toxunmasını insan gözü bəlkə də 3 ölçüdən daha yaxşı görür. Gözün bir-birindən az da olsa ayrı olması iki fərqli perspektivi beyinə ötürür. Bir gözün gördüyü və ikinci gözün gördüyü iki mənzərə beyinə ötürüldüyündə beyin 3D rəsmlərini hesablayır. 3D televizorları və ya filmləri də bu yolla hazırlanır. İki fərqli linzadan çəkilən görüntülər insanda elə hiss yaradır ki, sanki televizordan kənara əşyalar, insanlar çıxa bilir. Bu, tamamilə göz yanılmasıdır. Bu gün 3 ölçülü istehsal olunan televizorlara bütün ailə baxarkən eyni effektləri görür. Ekranın ön hissəsində daxili linzalara malik nazik lentikulyar örtük yerləşdirilir. Bunun nəticəsində işıq şüaları sınaraq displeyin qarşısında 9 nöqtədə toplayır. Əgər izləyicinin gözü bu 9 zonadan birinə düşərsə, onda həcmli təsvir illüziyası yaranır. Bununla da bütün ailə bir televizordan eynəksiz 3 ölçülü film izləyə bilir".
Oftalmoloq bildirir ki, bu cür televizorların mənfi təsirini izləyici çox vaxt başqa amillərə bağlayır. Onlar televizorla bədəndəki narahatlıq arasında bağ qura bilmir. Ürək bulantılarının, baş ağrıların, göz qızartısı, sulanması, damarların üzə çıxmasının səbəbi də elə bu televizorlardır: "Gözündə heç bir problemi olmayan insanlar uzun müddət 3D izlədikdən sonra mənfi təsiri hiss edə bilərlər. Lakin gözlərində zəiflik, ağrı olan izləyici uzağı 2 filmdən sonra gözlərindəki ciddi narahatlığı hiss edəcək. 3D eynəkləri, eləcə də televizorlarından mütəmadi istifadə göz yorğunluğu, baş ağrısı, gözlərin ikili görməsinə səbəb ola bilir. Bundan əlavə, əgər izləyici hər kəs kimi 3D görüntüləri istər televizordan, istərsə də gözlüklə görə bilmirsə, bu o deməkdir ki, izləyicidə göz tənbəlliyi, yaxud göz zəifliyi mövcuddur. Tam sağlam olmayan göz 3D ölçülü filmləri izləsə belə adi televizor effektlərini görəcək".
Müsahibimiz 3D eynəkləri ilə film izləyənləri daha diqqətli olmağa çağırır. Belə ki, onun sözlərinə görə, bu cür eynəklərin şüşələri tünd olduğundan film izlənilən an göz bəbəklərində böyümə olur. "Daha sonra göz hədddindən artıq işığa məruz qaldığında qədərindən daha çox işıq qəbul edir ki, bu da gözün zədələnməsi deməkdir".
Bu gün kinoteatrlarda da 3D filmlərinin nümayişləri olur. Bu filmlərə gənclər arasında maraq böyükdür. Hətta elə filmlər var ki, onlar 2D və 3D kimi izləyicilərə təklif olunur. Kinoteatrlardan bildirirlər ki, bu filmlərə maraq böyükdür. Xüsusən də gənclər arasında. Ancaq dünya alimlərinin apardığı araşdırma nəticəsində məlum olub ki, tamaşaçıların əksəriyyəti üçölçülü təsvirli filmlərə baxa bilmir, çünki belə filmlərə baxdıqdan sonra vəziyyətləri pisləşir, onlarda ürəkbulanma, başgicəllənmə, başağrısı əlamətləri müşahidə olunur. Bu isə lokomosiya xəstəliyinin (orqanizmin bir yerdən digərinə hərəkəti) klassik əlamətləridir. Məsələ bundadır ki, ekranda yaradılan üçölçülü məkan illüziyası beyinin və görmə orqanlarının fəaliyyətinə pis təsir göstərir.
Oftalmoloq xüsusilə vurğulayır ki, 8 yaşından kiçik olan uşaqlara qətiyyən 3D filmlərinə baxmağa icazə verilməməlidir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Zövq" tortu (foto resept)
Qarışqanın iybilmə xüsusiyyəti
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi(1)
Günün ulduz falı
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Prodüser Burak Özçvitdən üzr istədi-FOTO
İzmirdə ardıcıl yeraltı təkanlar baş verib
Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi
Düşmən kvadrokopteri məhv edilib - RƏSMİ
Ələ keçirilən düşmən qənimətlərinin görüntüləri yayıldı - VİDEO
Məşhur yazıçının məzarı 150 il sonra aşkar edildi
Kələm dolması(foto resept)
Azərbaycanda vergi yığımında dəyişiklik
Rio-2016: Daha bir atletimiz mübarizəyə başlayır
Azərbaycanda dəniz suyunu duzsuzlaşdıran zavod və müasir tinglikdən ibarət kompleks istismara verilib
Eynəyi necə seçməli?
Gəlinlər üçün toy günü manikürü
“Hercai”nin məşhur aktrisası 93 kq arıqladı – FOTO
Azərbaycan ordusunun Kəlbəcərə daxil olması “Haber Global”da - VİDEO
Moskvada koronavirusa yoluxma azalmaq bilmir: Qaydalar iki aylıq sərtləşdirildi
Emre Aşık boşandığı xanımına hər ay 25 min ödəyəcək
"Bizim Tarla" - Kürü məhsulları
Kartof pəhrizi
Azərbaycanda soyadların verilməsində yenilik
Böyük boy fərqi olan cütlüklər xoşbəxtdir
38 yaşlı aktrisa üçüncü dəfə ana olacaq
Smartfonlar insanı koronavirusa yoluxdura bilərmi?
4 uşaqlı ana bədən quruluşu ilə heyrətləndirdi-FOTO
Oktyabrın sonunda Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək
Günün ulduz falı - 19.01.2014
Azərbaycanda hansı sosial şəbəkə daha populyardır?
Tas kababı (foto resept)
Azərbaycanda bu gecə ən çox qar hara yağdı?
Ərp bağlamış boğaz...
Düşüncə dərsi (6)
Koronavirusun yeni ehtimal olunan episentri açıqlandı
112 yaşlı britaniyalı Ginnesin rekordlar kitabına düşdü -VİDEO
Azərbaycanda icbari tibbi-sığorta tətbiq olunacaq
Rəngarəngliyi sevən xanımlara
Azərbaycanda əhalinin sayı hər il bu qədər artacaq
Ayaqqabı dünyası
Bakı bulvarından Yeni il sürprizi
Bred Pittlə Cenifer Enistonun yaşadığı malikanə illər sonra satıldı-VİDEO
Xərçəngin təbii müalicə üsulu tapıldı - VİDEO
Dəbli qocalar
Ziyafət üçün baş örtükləri
Yürüyüş zamanı meditasiyanın faydaları
Zövqlü çanta modelləri
Facebook istifadəçilərinə xoş xəbər
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
- ŞƏRHLƏR