Saçlarınızın sağlam olmağını istəyirsiniz?
İstəmək azdır, tədbir də görmək lazımdır. Saçları rəng qoymaq, kəsdirmək, onları xüsusi maskalarla qidalandırmaq və s. lazımdır. Odur ki, aşağıdakı məsləhətləri diqqətlə oxuyun. Bir də unutmayın ki, gözəl görünmək üçün ən vacib 2 şərt var- cazibədar saç düzümü və bahalı ayaqqabı. Bunlar olduqdan sonra əyninizə adi çit paltar geyinsəniz də, əla görünəcəksiniz! Gözəl tellərinizlə hamıdan seçilmək istəyirsinizsə ardını oxuyun.
Parıltılı saçların üç qaydası
Saçlar addımbaşı şaxta, külək, fenin istisi, rənglənmə, kimyəvi burulma və s. bu kimi təhlükələrə məruz qalır. Amma bu məqalədə yazılanlara vaxtında əməl etsəniz, həm saçlarınızı bərpa edəcək, həm də nəzərə çarpacaq dərəcədə dəyişiləcəksiniz. Saçların rənglənməsi imici dəyişib daha cazibadar və yaraşıqlı görünmək üçün ən əlverişli üsuldur. Amma aparılan son sorğunun nəticələrinə əsasən, indi daha çox təbii rənglər dəbdədir. Buna görə də saçlarınızı rənglətdirmək istəsəniz, təbii rənginizin açıq və ya əksinə, tünd çalarını seçin.
1. Saçlarınızın sağlam və parlaq görünməsi üçün
Saçlarınızı rənglətdirməzdən əvvəl yüz ölçüb bir biçin. Sifətinizdə çil varsa , sarı və ya qara rənglərlə təcrübə aparmağa tələsməyin- bunlar yalnız hamar dərili gənc qızlara yaraşır. Dəriniz qıcıqlanmaya meyillidirsə qırmızı çalarlardan qaçın. Sifətinizin dərisi soyuq, yəni ağ və ya bozumtuldursa, sarı, qırmızı, qəhvəyi, tünd qəhvəyi və qara rənglər sizə yaraşacaq. Dəriniz sarıdırsa, saçlarınızı saraltmaq məsləhət deyil. Belə olan təqdirdə sifətiniz daha da solğun görünəcək. Bu halda tünd rənglərə üstünlük verməyiniz məsləhətdir. Mavi gözlü ağ qızlara – açığ rəngli saçlar, qəhvəyi gözlü qaraşınlara – tünd saçlar; gözləri yaşıl və tünd- mavi, dərisi isə ağ olan və ya mavi gözlü qaraşın qızlara – tünd və ya açıq-sarı; gözləri yaşıl və tünd-mavi, dərisi isə orta qaralmış olanlara – tünd-sarı, habelə açıq qəhvəyi və qəhvəyi; gözləri yaşıl, tünd- mavi, dərisi isə çox qaralmış olanlara–qəhvəyi rəngin bütün çalarları yaraşır.
2. Saçlarınıza qulluq edin
Saçlarınızı qaynadılmış və ya sodayla qarışdırılmış su ilə yumağınız məsləhətdir. Suyun hərarəti təqribən 50 dərəcə isti olmalıdır. Saçlarınızı yumazdan əvvəl onları mütləq darayın və şampunla yuduqdan sonra kondisioner və ya yaxalayıcı balzam vurun. Amma unutmayın ki, balzamı yalnız saçların uclarına vurmaq olar. Saçlar yaş halda daha zəif olduğundan, onları yuduqdan dərhal sonra fenlə qurutmaq olmaz. Onların bir az qurumalarını gözləyin. Saçların tökülməsinin qarşısını almaq üçün isə ən yaxşı vasitələrdən biri, baş dərisini masaj etməkdir. Bu saçları dibindən möhkəmləndirir, qan dövranını yaxşılaşdırır, follikulların qidalanmasını tənzim edir. Dairəvi hərəkətlərlə başınızın dərisini yavaş-yavaş masaj edin, bu həm də gərginliyi və stresi aradan qaldıracaq. Saçlarınıza uyğun şampun seçin. Şampunu birbaşa başınıza boşaltmayın. Şampunu ovcunuza tökün, sonra isə yavaş-yavaş saçlarınıza vurun. Unutmayın ki, şampunu uzun müddət saçlarda saxlamaq olmaz.
3. Saçlarınızı qidalandırın.
Saçlarınızın sağlam görünməsi üçün yediklərinizə fikir verin. Şirniyyat, qəhvə, spirtli içkilər, yağlı və duzlu ərzaqları azaldın. Sizə B və C vitaminləri, habelə tərkibində dəmir olan vitamin komplekslərini qəbul etməyi məsləhət görürük. Saçların ağarmasının qarşısını almaq üçün ildə iki dəfə 1-2 ay ərzində A, E və C vitaminləri qəbul edin. Qara saçların ağarmaması üçün hər dəfə onları yuyandan sonra dəmlənmiş qara çayla yaxalayın. Saçlarınızı vaxtından əvvəl ağarmasın deyə onları gicitgəndən hazırlanmış məhlulla yuyun. Məhlulu hazırlamaq üçün 50 qram qurudulmuş gicitgənin üzərinə 500 ml su və 500 ml sirkə əlavə edib, yarım saat qaynadın. Alınmış məhlulu bir neşə gün dalbadal hər gecə başınızın dərisinə sürtün.
Şampun alarkən hansını seçəcəyinizi bilmirsinizsə, aşağıdakı məsləhətlərlə tanış olun. Saçlarınızın sağlamlığından tutmuş parıltısına qədər bir çox şey şampundan asılıdır.
Yağlı saçlar üçün şampun - Belə şampunların tərkibində yağları aradan qaldıran maddələr var. Amma saçları belə şampunla tez-tez yumaq olmaz, çünki baş dərisi quruyub, qabıq verə bilər.
Normal saçlar üçün şampun - Bu şampunlar saçları yaxşı təmizləyir və eyni zamanda yağın təbii ifrazını əngəlləmir.
Quru saçlar üçün şampun - Nəmləndirici xüsusiyyətləri sayəsində baş dərisini qurutmur, əksinə qidalandırır.
Mütəmadi istifadə üçün yumşaq şampun - Çox zəif olduğundan baş dərisini qıcıqlandırmır və saçları qurutmur. Belə şampun gündəlik istifadə üçün ən ideal seçimdir.
Kəpək əleyhinə şampun - Bu şampunun tərkibindəki xüsusi vasitələr sayəsində hüceyrələrin bölünməsi ləngiyir və kəpəyin əmələ gəlməsinin qarşısı alınır. Bundan əlavə xüsusi maddələrin köməkliyi ilə baş dərisində mövcud olan qabıq tədricən təmizlənir. Amma belə şampundan uzun müddət istifadə etmək məsləhət görülmür ən çox 1 ay istifadə olunmalıdır. Sonra mütləq fasilə etmək lazımdır, əks təqdirdə saçlar cansızlaşacaq və quruyacaq...
XƏBƏR LENTİ
“Twitter” psixi pozuntusu olan insanları tanıyır
Məktəbə uyğunlaşmanı necə asanlaşdırmalı?
Bu günün hava proqnozu
COVID-19-un daha yoluxucu hala gəldiyi AÇIQLANDI
44 min insan koronavirusdan şəfa tapıb
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir
Granola (foto-resept)
Şəhər sakinləri “həşərat istilası”nın əsarətində - VİDEO
Azərbaycanı İrəvanda təriflədilər
Günün ulduz falı
Putinin Qarabağ səyləri
Brend çanta modelləri
Kanye Uestdən qəribə açıqlama
Eşq
Azərbaycan ordusu döyüşə hazır vəziyyətə gətirildi
Alışdığımız görünüş, yoxsa reallıqmı?
Bu nənəni 2 milyon nəfər izləyir - FOTO
Həyatını mobil telefon qutaran əsgərin ailəsi danışdı - VİDEO
Arzuların arzusu
“Biz qayıdırıq, gözlə, Xocalı!” - VİDEOÇARX
Hər gün qatıq yesəniz...
Ağılı başdan alan virus tapıldı
450 gün açıq kosmosda qaldı, məhv olmadı
Yay üçün donlar
3 il boyunca "hamilə olan" qadın
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
Zövqlü don modelləri
3500-cü ildən gələn qadın:"Yadplanetlidən hamilə qalmışam”
İran Ermənistan arasında mərmi qalmaqalı
Barış Arduç “Çukur”da
Hər gün 1 qaşıq zeytun yağı yesəniz...
Özbək şorbası (foto resept)
Aktauda Heydər Əliyevin xatirəsi yad edilib
Pulu qənaətlə necə xərcləməli?
Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir?
"Traktorsazi"nin yeni baş məşqçisi var
Ebola məğlub olur
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Gələn ay qeyri-iş günlərinin sayı açıqlandı
Harri və Meqan 15 milyonluq villaya köçdülər
Cardi B son halı ilə QORXUTDU-FOTO
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Günün ulduz falı
Selena Gomezdən yeni FOTOsessiya
Çox sevildiyi üçün boşanmaq istəyir-Qadından qəribə addım
İspaniyadan Azərbaycana Qarabağ dəstəyi
Bakının mərkəzində "ayı" peyda oldu
İnsanlığın öldüyü yer
Yazmağı öyrənirəm - 5
TQDK bu gün cavabları elan edəcək
- ŞƏRHLƏR